1
Mövzu 3. Böyük Britaniyada beynəlxalq turizmin coğrafiyası
PLAN:
Böyük Britaniyada turizmin inkiaşaf tarixi.
Böyük Britaniyada turizmin mövcud vəziyyəti və inkişaf xüsusiyyətləri.
Ölkənin turistlərin sayına görə dünya turizm bazarında payı.
Böyük Britaniyanın turizm-rekreasiya potensialı.
Böyük Britaniyada daxili və xarici turizm.
Turistləri cəlb edən əsəs turizm mərkəzləri və turizm bölgələri.
Böyük Britaniya Avropanın şimal-qərb hissəsində Britaniya adalarında yerləşərək, 4 tarixi və
inzibati-siyasi hissədən – İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya – ibarətdir. Böyük Britaniyanın
coğrafi mövqeyinin əsas xüsusiyyəti – ada mövqeyidir ki, bu da dəniz nəqliyyatının inkişafına,
müstəmləkələrin ələ keçirilməsinə, uzaq məsafələrə səyahətlərin həyata keçirilməsinə, dünyanın bir çox
regionları ilə sıx əlaqələrin qurulmasına gətirib çıxarmış, eləcə də ölkəni yadellilərin hücumlarından
qorumuşdur. İngiltərənin keçmiş müstəmləkələri Birlik yaratmışlar ki, oraya İngiltərə kralını ölkənin başçısı
qəbul edən Böyük Britaniyanın keçmiş dominyonları və müxtəlif dövlət idarəetmə quruluşuna malik olan və
öz ölkə başçıları olan ölkələr (Kanada, Avstraliya, Yeni Zelandiya, Qana, Keniya, Şri-Lanka və s.) daxildir.
Bu da regionlararası səyahətlərin getmə və gəlmə turizmində yüksək payına gətirib çıxarır.
İngiltərə Şimali və Qərbi Avropadan Amerikaya və digər regionlara gedən dəniz tranzit yolları
üzərində yerləşsə də, ada mövqeyi ölkəni Avropanın quru nəqliyyat sistemindən uzaq salır. Ona görə də
Avropa turistlərinin İngiltərəyə axını o qədər yüksək deyil. Eyni zamanda Avropa turizm mərkəzlərinin
yaxınlığı ingilis turistlərinin ölkədən getməsini təmin edir. La-Manş nəhəng sualtı tunelinin tikintisi Böyük
Britaniyanı Fransa ilə, yəni Avropa ilə birləşdirmək imkanı yaratdı.
Ada mövqeyinə baxmayaraq, Böyük Britaniya İrlandiya adasında eyni adlı dövlətlə quru sərhədinə
malikdir. İrlandiyanın Olster bölgəsinin tarixən gah İrlandiya, gah da İngiltərənin tərkibinə daxil olması,
burada üsyanların və terror aktlarının baş verməsinə gətirib çıxarırdı. Bu həm də ingilislərin (protestant) və
irlandların (katolik) dini konfessiyalarının müxtəlifliyi ilə də əlaqədardır. Şimali İrlandiyada siyasi gərginlik
– gəlmə turizminin inkişafının qarşısını alan amildir.
XVI əsrdən etibarən İngiltərə uzun müddət getmə turizmi üzrə lider olmuşdur. XVI əsrdə Qrand-tur
adlanan turist axını formalaşmışdır. Qrand-tur – ingilis aristokrat gənclərinin təhsil almaq məqsədilə, İtaliya
və Fransada uzun müddət yaşamaqla 2-3 il müddətinə həyata keçirilən səyahətdir. Adətən bu gənclər öz
tərbiyəçi və qulluqçuları ilə birlikdə kiçik qruplarla səyahətə çıxırdılar. XVIII əsrdə sərin və dumanlı
İngiltərədən Avropa kurortlarına səyahət etmək dəb halını aldı.
Burjuaziya inqilabından sonra İngiltərə dünyada beynəlxalq turistlərin təxminən 70%-ni verirdi.
Kapitalist münasibətlərinin inkişafı əhalinin mobilliyinin artmasına və nəqliyyatın inkişafına gətirib
çıxarmışdır. Təsadüfi deyil ki, yeni nəqliyyat növləri (dəmir yolu, paraxod) meydana gələndən sonra
kommersiya turizmi yaranmış və Tomas Kukun ilk turizm bürosu (1841-ci il) meydana gəlmişdir. Tomas
Kuk – turizm tarixində mühüm yeri olan və turizm sənayesində bir çox ilklərin (inklüziv-turlar, yol çekləri,
çarter reysləri, dünya səyahətləri və s.) banisi olan şəxsdir. Onun yaratdığı şirkət hal-hazırda dünyanın ən
məhşur və nüfuzlu şirkətlərindən biridir.
XIX əsrin ortalarında dağ səyahətləri dəb halını alır və bu da dünyada ilk dağ klubunun yaranmasına
gətirib çıxardı. Əsrin sonlarına doğru Amerikaya miqrasiya ilə və komfortlu gəmilərin yaranması ilə paralel
kruiz səyahətlərinə yaranan dəb, “Titanik” gəmisinin batması ilə tənəzzülə uğradı.
İngiltərə getmə turizmində lider mövqeyini İkinci Dünya müharibəsinə qədər qoruyub saxladı. XX
əsrin 40-cı illərinin sonlarında gedən turistlərin sayı müharibədən əvvəlki səviyyəyə çatdı (1 mln.-dan çox
turist), lakin gedən turistlərin sayına görə liderliyi ABŞ ələ keçirdi. Müharibədən sonrakı dövrdə turizmin
inkişafına dünyada ingilis dilinin geniş yayılması, Britaniya imperiyasının genişliyi, əhalinin yaşayış
2
səviyyəsinin nisbətən yüksək olması, şəhər əhalisinin payının çoxluğu (80%-dən çox), əhalinin yüksək
sıxlığı, əsas Avropa turizm mərkəzlərinə yaxın olması və s. kimi amillər təkan vermişdir.
1970-ci ildə Böyük Britaniyadan 8 mln. nəfər, 1998-ci ildə isə artıq 36 mln. nəfər (Almaniya və
ABŞ-dan sonra 3-cü yer) səyahət etmişdir. İngilislər tərəfindən ən çox səyahət edilən ölkələr İspaniya,
İtaliya, Fransa, Almaniya, Yunanıstan olmuşdur. La-Manşda sualtı tunel çəkildikdən sonra öz avtomobilləri
ilə səyahət edən turistlərin sayı xeyli (gedənlərin təxminən 1/3-i) artmış və Fransaya turist axını
yüksəlmişdir.
Orta ingilis turisti ölkədən təxminən 1000 ABŞ dolları pul çıxarır ki, bu da bir çox inkişaf etmiş
ölkələrdən olan turistlərdən daha çoxdur. İngiltərədə demək olar ki, həmişə turist balansı “-” göstəriciyə
malik olmuşdur. Yalnız XX əsrin 60-cı illərinin sonunda hökümət turist saldosunu “+”-ə çevirə bilmiş,
bunun üçün isə ölkədən çıxarılan valyuta miqdarını 250 funt sterlinqdən 50-yə (140 ABŞ dolları) qədər
endirmişdir. XX əsrin 70-ci illərinin neft böhranı və 80-ci illərin iqtisadi tənəzzülü getmə turizmin artımını
xeyli azaltdı. Lakin, xaricə turist səyahətlərinin liberallaşdırılması, 50 funtluq kvotanın ləğv olunması,
Avropa Şurası çərçivəsində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, Şengen razılaşmasına əsasən turist
rəsmiyyətçiliyinin sadələşdirilməsi – turist balansının yaxşılaşdırılması naminə hökümətin bütün çabalarını
heçə endirdi.
Böyük Britaniya 2015-ci ildə 34.4 mln. nəfər turist qəbul etmiş, turizmdən əldə olunan gəlir isə 45,5
mlrd. ABŞ dolları təşkil etmişdir. Böyük Britaniyaya səyahət edən turistlər gəldikləri ölkələrə görə
paylaşdırılması digər Avropa ölkələrindən fərqlənir. Əgər Avropa ölkələrində regiondaxili səyahətlərin payı
90%-dən çox təşkil edirsə, Böyük Britaniyaya gələn turistlərin ancaq yarısı Avropadan gəlir. Ölkə üçün əsas
bazar ABŞ-dır. Digər uzaq ərazilərdən əsas ölkələr Birlik ölkələri – Kanada, Avstraliya, Hindistan və
başqalarıdır. Yaponiyadan turist axını da kifayət qədər yüksəkdir, Avropa ölkələrindən isə Fransa və
Almaniya liderlik təşkil edir. Daha sonra isə İrlandiya, Benilüks ölkələri, İtaliya və İspaniya kifayət qədər
turist göndərir.
Böyük Britaniyanı ziyarət edənlər əsasən tətil və istirahət (43%), işgüzar (21%), qohum və dostları
ziyarət (21%) məqsədi ilə səyahət edirlər. Xarici turistlərin əsas hissəsini London (bütün gələnlərin 49%-i və
gəlirlərin 63%-i) qəbul edir.
Böyük Britaniyanın AŞ-nın üzvü olmasına baxmayaraq (ölkədə keçirilən referendumda əhalinin səs
çoxluğu ilə Avropa Şurasından çıxmaq qərarı alınmış, hazırda prosedurlar gedir), əhali və hökümət Avropa
Şurasının bir çox təşəbbüslərinə konservativ yanaşır. Belə ki, ölkə Şengen razılaşmasını imzalamamış və
milli valyutanı avroya dəyişməkdən imtina etmişdir. İngilis funt sterlinqi ənənəvi olaraq güclü milli
valyutadır. Bu, ölkəni xarici turistlərin gəlməsi üçün qeyri-sərfəli, öz ölkə vətəndaşları üçün isə əksinə çox
sərfəli edir.
Böyük Britaniyada əhalinin səfərə yüksək dərəcədə meylli olması və geniş beynəlxalq turizm
əlaqələrilə xarakterizə edilir. Ölkədə turistləri cəlb edən
Dostları ilə paylaş: |