Fransada burjua ideologiyalarının inkişafı. XVIII əsr maarifçiliyi. Kapitalist ukladının böyüməsi və feodal mütləqiyyət quruluşunun bərqərar olması burjua ideologiyasının inkişafı üçün əsas oldu. Burjua filosofları, iqtisadçıları və yazıçıları feodalizmin bütün əsasları və mütləq monarxiyaya qarşı çıxış edirdilər. Burjua ideoloqları zadəgan qayda-qanunlarını və kilsəni tənqid atəşinə tutdular. Onlar xüsusiyyətçiliyi burjua mütləqiyyətinin möhkəmləndirilməsi və şəxsiyyətin feodal özbaşınalığından azad edilməsini tələb edirdilər. Bu geniş yayılmış hərəkat insanların mənəvi inkişafına və nəhayət ictimai hərəkatların hümanistləşdirilməsinə yönəldilmişdir. Fransada genişlənən bu hərəkatın əsas məqsədi isə elmi və ədəbi fəaliyyət formasında elmi biliklərin yayılması, dövlət və cəmiyyətin mənafeyi naminə islahatların keçirilməsi idi. Fransada hərbi və ticarət donanmalarının yaradılması da Kolberin adı ilə bağlı idi. Onun təşəbbüsü ilə Hollandiyadan gəmilər alınmış və sonra isə onların nümunəsində yeniləri qurulmağa başlanmışdır. Bundan əlavə onun təşəbbüsü ilə ordu və donanma üçün mürəkkəb silah və geyim istehsal edən, eyni zamanda kral sarayını bəzəmək üçün müxtəlif bədii əşyalar hazırlayan manufakturalar da yaradılmışdır. XIV Lüdovikin dəbdəbəli qəbulları və oturduğu möhtəşəm sarayı kral hakimiyyətinin əzəmətinin simvolu hesab olunurdu. Məhz onun nümunəsində Avropanın digər monarxları da şəhərlər kənarında möhtəşəm iqamətgahlar yaradırdılar. Ümumiyyətlə, XIV Ludovikin dövründə aparılmış işğalçılıq müharibələri Fransanı müflis etmişdir. Belə döyüşlərin ən uzunu və daha çox vəsait aparanı Reyn çayının sol sahili uğrunda aparılmış müharibə olmuşdur. 1701-1714-cü illərdə İspaniya ilə aparılmış müharibə isə XIV Lüdovikin nəvəsinin İspaniya taxtına oturması uğrunda aparılmışdır. Son nəticədə buna nail olunmuş və İspaniyada da Fransa Burbonlarının bir qolu hakimiyyətə gəlmişdir.