Mövzu dağ SÜxurlarinin fiziki xassəLƏRƏ GÖRƏ TƏsnifati


MÖVZU-5. QUYULARIN KAROTAJ EDILMƏSI



Yüklə 435,35 Kb.
səhifə2/16
tarix04.04.2023
ölçüsü435,35 Kb.
#93247
1   2   3   4   5   6   7   8   9   ...   16
C fakepathKONSPEKT-QUYULARIN TAMAMLANMAS (2)

MÖVZU-5. QUYULARIN KAROTAJ EDILMƏSI
Quyuların geofiziki üsulla tədqiq edilməsinin ən geniş yayılanları aşağıdakılardır:
1-elektrik karotajı;
2-qazkarotajı;
3-radioaktiv karotajı.
Elektrik karotajının prinsipi süxurların elektrik cərəyanına göstərdiyi ayrı-ayrı müqavimət üzərində qurulmuşdur. Məsələn, yüksək dərəcədə minerallaşmış (yəni çox duzlar həll etmiş) və su ilə doydurulmuş qum elektrik cərəyanını özündən çox yaxşı keçirir. Lakin neftlə doydurulmuş qum elektrik cərəyanını çətinliklə keçirir və ona böyük müqavimət göstərir. Gillərin cərəyana göstərdiyi müqavimət, quru qumun göstərdiyi müqavimətdən başqa olur və s. Çox sementlənmiş sıx qumdaşılar gil və quma nisbətən cərəyana daha kəskin müqavimət göstərir.
Karotaj edərkən, əvvəlcə cihaz quyunun dibinə endirilir və sonra qaldırılaraq, hər 1m məsafədən müqavimətlər Om ilə ölçülür. Potensiometrin əqrəbi yalnız özündən doğan təbii polyarizasiya və ya spontan (öz-özünə əmələ gələn) polyarizasiya (ПС) sahəsinin qüvvələri təsir edir. PS, yəni spontan polyarizasiya məsaməli layların maye süzməsi prinsipinə əsaslanmışdır.
Elektrik karotaj üsulunda süxurun zahiri (görünən) xüsusi müqavimətini (кажущегося удельного сопротивления по­род) (KC) və elektrik sahəsinin öz-özünə (spontan) quyu lülə­si­nin uzununa yaranan potensialının (потенциал самопроиз­воль­ный-ПС) ölçülməsinə və bu iki ölçünün qiymətini göstə­rən əyrilərin qurulmasından ibarətdir. Şəkil 2.4-da ИKC-in prinsipial sxe­­m­i verilmişdir.
Karotaj edilməsi texnikası belədir:
Quyuya bir-birindən izolyasiya edilmiş üç naqili olan kabel endirilir. Kabellərin uclarında M və N qurğuşun elektrodları vardır, üçüncü naqilin ucuna isə A yükü bağlanmışdır. Bu yük naqil vasitəsilə eyni zamanda buruqda qoyulmuş E elektrik batareyası ilə birlşdirilmişdir. Beləliklə, A yükü qütblərin biridir. 2-ci qütb isə konduktorun üstü B-dir. Buna görə də A yükündən, E batareyasından və B konduktorundan ibarət dövrə yerdə qapanır. Elektrik cərəyanı süxurdan keçərək M və N elektrodları arasnda potensial fərqi yaradır və bu da yuxarıda qoyulmuş potensiometr vasitəsilə ölçülür. Eyni zamanda cərəyanın şiddətini bilərək, ampermetr vasitəsilə müvafiq müqavimətlər qeyd edilir.
Başqa sözlə,quyuya üçdamarlı (жи­ла) izolə edilmiş və hər da­ma­rın ucunda elektrod bağlanmış kabel lüləyə endirilir.

Gərginlik mən-bəyinin (I) köməkliyi ilə (B) elektrodu torpaqlanır və o biri (A) elektrodu quyuya bu­ra­xılır. Bu quyuda elektrik sahəsi yaranır. Bu elektrodlardan ke­çən cərəyanın gücü elektrik dövrəsinə qoşulmuş milliam­per­metr ilə ölçülür.


Şəkil 2.4.Görünən xüsusi müqavimətin ölçü sxemi:


A,B-cərəyan elektrodları;MN-ölçü elektrodları;
П-ölçü cihazı;K-üçölçülü kabel;µA-Ampermetr.

A və B elektrodları arasında yerləşmiş süxurlardan keçən elektrik cərəyanı M və N elektrodlarında potensiallar fərqi yara-daraq yuxarıda potensiometr vasitəsilə ölçülür. Bundan başqa KC (xüsusi müqavimət) diaqram şəklində qeydiyyatdan keçir. Zahiri xüsusi müqavimət (KC və ya ρk) layın qa­lın­lı­ğın­dan və müqavimətindən, qazıma məhlulunun müqavimətindən, quyunun diametrindən, qazıma məhlulunun filtratının daxil olma dərin-liyindən və eləcə də zondun ölçüsündən və yerləşmə məsafəsindən asılıdır. KC-in qeydiyyatı karotaj stansiyasında yerləşdirilmiş avtomatik cihazlarla aparılır.


KC qeydiyyat aparıldığı zaman ПС-də (xüsusi polyar­laş­ma) eyniliklə qeydiyyatdan keçir. Xüsusi elektrik sahəsi qa­zıma məhlulunun süxura təsirindən yaranır.
Potensiallar fərqinin təyininə görə ПС qeydiyyata alınır. Bu da quyuya endirilmiş M elektrodu və yuxarıda yerləşmiş N elektrodu arasında yaranan potensiallar nəticəsində olur. KC (Om∙m) və ПС (mV)-in ölçülməsi nəticəsi olaraq kağız lentdə əyrilər şəklində göstərilənlərə elektrokarotaj diaqramı deyilir.
Qazıma məhlulunda karbohidrogen qazlarının olmasını, qazlı və neftli süxurları qazıdıqda karbohidrogen qaz­la­rının sayının çoxalmasını ölçən üsul qazokarotaj adlanır. Cihaz isə qazokarotaj stansiyası adlanır.
Neftli və qazlı laylar balta ilə açıldıqda quyuda olan qazıma məhlulu özü ilə qazı və xırda süxur parçalarını (şlamı) yer səthinə çıxardır. Qazıma məhlulu yuxarı qalxdıqca məh­lul­da və şlamda olan qaz ayrılmağa başlayır. Bu zaman avtomatik qazokarotaj stansiyasının köməkliyi ilə qazıma məhlulunda olan karbohid-rogen qazları ölçülür. Qazıma məhlulundan qaz deqazatorun vasitəsilə ayrılır və qazoanalizatorda fraksiyaların tərkibi öyrənilir.
Karotajın radioaktiv üsulu ona əsaslanır ki, bütün dağ süxur-ları radioaktiv maddələrdən az və çox asılı olurlar. Quyu kəsli-şinin tərkibindəki layların litoloji tərkibini və fiziki xassəsi aparılmış təbii və süni radioaktivliyin ölçülməsi ilə təyin etmək olar.
Quyuların karotajında radioaktiv üsulun ən geniş yayı­lan­la­rı aşağıdakılardır:
1-qamma-karotaj (ГK);
2-neytron- qamma-ka­ro­taj (НГK);
3-qamma-qam­ma-karotajdır (ГГK).


Yüklə 435,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin