Mövzu dağ SÜxurlarinin fiziki xassəLƏRƏ GÖRƏ TƏsnifati


Hazırda neft quyularının sementlənməsi üsulları aşağıdakılardır



Yüklə 435,35 Kb.
səhifə16/16
tarix04.04.2023
ölçüsü435,35 Kb.
#93247
1   ...   8   9   10   11   12   13   14   15   16
C fakepathKONSPEKT-QUYULARIN TAMAMLANMAS (2)

Hazırda neft quyularının sementlənməsi üsulları aşağıdakılardır:
1.Boquşevski üsulu ilə (adi, bir pilləli üsulla) sementləmə;
2.İki pilləli sementləmə üsulu;
3.Süzgəclə endirilmiş kəmərin sementlənməsi (manjetli sement-ləmə üsulu);
4. “Quyruq” kəmərin sementlənməsi;
5.Quyu dibinin sementlənməsi;
6.Baybakov üsulu ilə sementləmə;
7.Əks sementləmə.
Neft quyularının Boquşevski üsulu ilə sementlənməsi ilk dəfə 1905-ci ildə mühəndis A.A.Boquşevski tərəfindən Bakıda təklif və tətbiq edilmişdir. Bu sementləmə üsulunun texnoloji sxemi belədir. Kəmərin içərisinə içi boş (dəlik) olan alt ağac sementləmə tıxacı buraxılır və bunun üstündən quyuya, sementin istənilən hündürlüyə qədər qaldırılması üçün tələb edilən həcmdə sement məhlulu vurulur. Sement məhlulu quyuya vurulduqdan sonra onun üstündən, dəliksiz üst sementləmə tıxacı buraxılır və sement kəmərinin içərisindən, sementləmə borusunun dəliklərindən çıxaraq, arxadakı halqavari fəzaya qalxmağa məcbur etmək üçün, kəmərin içərisinə tələb edilən həcmdə basıcı qazıma məhlulu və ya su vurulur. Lazımi həcmdə maye quyuya vurulduqdan və üst tıxac kəmərin aşağısındakı istinad halqasının üstündə dayanmış alt tıxaca çatdıqda (hidravlik vurğu alındıqdan) sonra sementləmə başlığının kranları bağlanır və sementləmə prosesi qurtarır.
Müasir neft-qaz quyularının sementlənməsində müxtəlif firmasının tıxaclarından istifadə olunur:
1.Alt tıxac; hissələri – diafraqma (şüşəli də olur), formalaşdırılmış rezin, tökməalüminium oymaq;
2.Üst tıxac; formalaşdırılmış bütöv rezin, alüminium lövhə.
Sementləmə prosesi iki tıxac ilə aparıldıqda Rusiya istehsalı olan ЦГ-350 markalı başlığı tətbiq edilir: hissələri – keçirici, üçlük, nippel, gövdənin qapağı, üst tıxacı buraxıcı vinti, kranı bağlamaq üçün borucuq, alt tıxacı buraxıcı vinti, gövdə.
Dünyada müxtəlif firmaların sementləmə başlıqlarından istifadə olunur.
Sementləmə alt tıxacın tətbiq edilməsi keyfiyyəti artırır, lakin sementləmə prosesini çətinləşdirir. Bəzi rayonlarda sementləmə ancaq üst tıxacla aparılıır, lakin bufer mayesi tətbiq edilir.
Sementləmə prosesində bufer mayesinin tətbiqindən məqsəd qazıma məhlulu sement məhlulundan ayırmaq və quyu divarındakı gil qabığını təmizlədikdən sonra əmələ gələn qabığı dağıtmaqdır.
Hazırda müxtəlif qazıma sahələrində bufer mayesi olaraq su, neft və səthi aktiv maddələrlə (SAM) işlənilmiş məhlullar tətbiq edilir. Çox zaman suyun tərkibinə SAM qatılır.
Adi şəraitdə sementləmə prosesində təzyiqin dəyişməsi belə olur. Sement quyuya vurulduqda ilk növbədə (dövrdə) nasoslardakı təzyiq yalnız quyudakı və manifolddakı hiravlik itkilərə əlaqədardır. Bir qədər sonra bu təzyiq daha da azalır, çünki quyuda sıxlığı qazıma məhlulundan çox olan sement məhlulu vurulur. Odur ki, quyuya sement məhlulu vurulduqda nasoslardan nəinki böyük təzyiq tələb edilmir, hətta çox vaxt kəmər içərisində vakuum əmələ gəlir. Kəmərə basqı mayesi vurulduqda isə sement məhlulu halqavari fəzada yuxarı qalxdıqca təzyiq artır və prosesin sonunda maksimum olur.
Sementləmə prosesinin gedişi sementləmə başlığında olan manometrlərin göstərişi ilə nəzarət altında saxlanılır.
Yüklə 435,35 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin