Mövzu dağ SÜxurlarinin fiziki xassəLƏRƏ GÖRƏ TƏsnifati


MÖVZU-21. İSTISMAR KƏMƏRININ HESABLANMASI



Yüklə 435,35 Kb.
səhifə10/16
tarix04.04.2023
ölçüsü435,35 Kb.
#93247
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
C fakepathKONSPEKT-QUYULARIN TAMAMLANMAS (2)

MÖVZU-21. İSTISMAR KƏMƏRININ HESABLANMASI

Quyu ağzı bağlandıqda kəmərin içərisində yüksək təzyiq yaranır. Bu səbəbdən kəməri göstərilən təzyiqə qarşı möhkəmliyini saxlamalıdır.


Quyuda neft, qaz, su fontanı baş verdikdə açıq fontanın qarşısını almaq üçün quyu ağzındakı preventoru bağlayan zaman aralıq kəmərinin daxilində yaranan maksimal təzyiq aşağıdakı kimi hesablanır:
Pdz=Pℓef (ℓ-z); 0 ≤ z ≤ L olduqda,
Burada, γf – lay flüidinin sıxlığıdır.
-Quyuda udulma baş verdikdə daxili təzyiq
Pdzk(z-H), burada H ≤ z ≤ L
-Quyu ağzı açıq olan zaman quyuda neft-qaz-su fontanı zamanı daxili təzyiq:
Pdzk·z, burada 0 ≤ z ≤ L
Aralıq qoruyu kəmərində hesabatın aparılmasında xarici, daxili izafi təzyiq, öz çəkisindən yaranan oxboyu yük və borunun seksiyalarının seçilməsi istismar kəmərinin hesablanmasında göstərilən qayda ilə aparılır:
Qazılan quyunu məlum olan parametrlərinə görə quyu ağzında və H, h, L, L0 dərinliklərdə xarici və daxili izafi təzyiqlərin qiymətləri təyin olunur, nəticədə isə izafi təzyiqlər epürü qurulur.
Kəmərin hesablanmasını aparmaq üçün görüləcək iş proseslərində yaranan ən ən böyük Px.iz və Pd.iz əsas götürlür.
Qoruyucu kəmərin hesablanma ardıcıllığı aşağıdakı kimi aparılır.
1.Xarici və daxili izafi təzyiqlər epürü qurulur və boruların hesablanması quyuda aşağıdan yuxarıya aparılır.
2.Möhkəmlik ehtiyat əmsalı n1 seçilir, xarici izafi təzyiq epüründə n1·PxİL hesabatı aparılandan sonra alınan qiymətə uyğun gələn boru cədvəldən seçilir. Bu elə seçilməlidir ki, Pkr ≥ n1PxJL. Boruları ən az möhkəmlik qrupuna malik olan D markalı borudan başlayaraq seçmək lazımdır. Əgər D borusunun qrupu göstərilən şərti təmin etmirsə, onda daha yüksək möhkəmlik qrupu olan borunu seçmək lazımdır.
Kəmərin ℓ1 bölməsi üçün seçilmiş borunun daxili izafi təzyiqə n2-yə davam gətirdiyi yoxlanılır.
3. 1-ci seksiyanın yuxarı ucundakı xarici izafi təzyiq müəyyən edilərək cədvəldən, 2-ci seksiya üçün elə boru seçilir ki, onun Pkr təzyiqi L1 dərinlikdə təzyiqə bərabər olsun.
4. 2-ci seksiya üçün P’kr təyin edilir ki, biraya uzunluğu ℓ1 olan 1-ci seksiyanın çəkisi təsir edir.
Epürdə P’krqiyməti müəyyən edilməklə 2-ci seksiyasının buraxılma dərinliyi L’1 müəyyən edildikdən sonra 1-ci seksiyanın uzunluğu ℓ1=L-L’1 təyin olunur.
Bundan sonra cədvəldən 1-ci seksiyanın Q’ çəkisi təyin edilir.
5. İkinci seksiyanın uzunluğunu təyin etmək üçün 3-cü seksiya üçün seçiləcək borunun möhkəmlik qrupu 2-ci seksiyadakından zəif olan boru axtararaq cədvəldən epürə uyğun Pkr olan boru seçilir, seçim edildikdən sonra epürdə olnun buraxılma dərinliyi L2 təyin edilir. 2-ci seksiyanın uzunluğu ℓ2=L1-L2 olduğundan Q2-nin çəkisi hesablanır.
6. 1-ci və 2-ci seksiyalarının (Q1+Q2) çəkisinin cəmi hesablandıqdan sonra 3-cü seksiya üçün P’kr hesablanaraq təyun olunur. Təyin edilmiş P’kr qiymətinə əsasən epürdən 3-cü seksiyanın buraxılma dərinliyi təyin olunur. Bundan sonra 2-ci seksiyanın uzunluğu müəyyən edilir ℓ’2=L’1+L’2. Seksiyanın çəkisi Q2 təyin edilir.
Bundan sonra 2-ci seksiyanın yuxarı borusu üçün n2=PT/Pd.iz. əmsalı tələbata uyğun alınırsa hesabat davam etdirilir.
7. 3-cü seksiyanın uzunluğunu tapmaq üçün, 4-cü seksiya üçün cədvəl dən Pkr uyğun olan boru seçilir və epürdən L3 seçilir.
8. 3-cü seksiyanın uzunluğunu tapmaq üçün 4-cü seksiya üçün P’kr hesablanaraq müəyyən edildikdən sonra 4-cü seksiyanın buraxılma dərinliyi L’4 təyin edildikdən sonra ℓ’3=L’2-L’3 tapılır və Q3 hesablanır.
9. Yuxarıdakı ardıcıllıqla quyu ağzına qədər bütün seksiyalar hesablanaraq seçilir. Seksiyaları seçəndən sonra boruların dartılmaya möhkəmliyi Q ≤ [P] yoxlanılır. [P] – borunun dartılmaya buraxıla bilən yükdür. Seçilmiş boru üçün [P]-ni cədvəldən istifadə etmək lazımdır

Yüklə 435,35 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin