Müasir ədəbi dilimiz üçün bəzi leksik vahidlər müasir şivələrdə işlənməkdədir.
Məsələn:
al-hiylə, ayıtmaq-demək, yağı- düşmən, küz-payız, yazı-çöl, suç-günah sayru-xəsdə və s.
Bir çox sözlərin ilkin formasının bərpa edilməsində şivə leksikasının rolu əvəzedilməzdir. Məs: baqır-paxır(mis), bunalmaq-kədərlənmək kimi sözlər sözün semantikasma uyğun şəkildə dialektlərdə işlədilir. Ə.Dəmirçizadə yazırdı: "Yazılı abidələrdə dustaq sözü vaxtilə "tutsaq" şəklində işlənmişdir ki, onun tutmaq felindən əmələ gəldiyini əsaslandırmaq üçün Gürcüstan rayonunun Az. şivələrində işlənən"tutuq" sözü tədqiqatçılara kömək edib".