6. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının əsas funksiyaları
Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası (bundan sonra - Şura) "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq həmin Qanunun tətbiqinə nəzarəti və dövlət qulluğunun normativ-metodik təminatını həyata keçirir, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyənləşdirir.
Şura "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən 18 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir.
Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
Şura öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri ilə qarşılıqlı əlaqədə qurur və mütəmadi olaraq onları özünün fəaliyyəti haqqında məlumatlandırır və aşağıdakı əsas funksiyaları həyata keçirir:
vahid dövlət kadr siyasətinin formalaşdırılmasında iştirak;
dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi;
dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsi;
dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların və metodik göstərişlərin layihələrinin hazırlanması və həmin sənədlərin hazırlanmasında dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodik işinin əlaqələndirilməsi;
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda dövlət qulluqçularının şikayətlərinə baxılması;
dövlət qulluqçularının peşə hazırlığı, təcrübə və əlavə təhsili sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması;
dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət edilməsi;
dövlət qulluğunun təşkili və səmərəliliyinin artırılması məsələləri ilə əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak;
Dövlət başçısı kimi Azərbaycan Respublikası Prezidenti dövlət kadr siyasətinin hazırlanmasında müstəsna səlahiyyətlərə malikdir. O, kadr siyasətinin məqsəd və istiqamətlərini müəyyən edir. Dövlət qulluğunun idarəetmə şurası «Dövlət qulluğu haqqında» AR qanununun 5-ci maddəsinə uyğun olaraq yaradılmış və 2002-ci il 29 mart tarixli qanunla Əsasnaməsi təsdiq edilmişdir. Şura «Dövlət qulluğu haqqında» qanununun tətbiqinin nəzarəti və dövlət qulluğunun normativ-metodik təminatını həyata keçirir. AR-da dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslər müəyyən etdirilir. Şuranın 18 nəfər üzvünün 6-sını AR Prezidenti, 6-sını AR Milli Məclisi və 6-sını isə AR Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Şura dövlət orqanı deyil və səlahiyyətləri ictimai əsaslarla həyata keçirilir. Şuranın qəbul etdiyi qərarların məcburiliyi onu yaradan orqanlar tərəfindən təmin edilir.
Dövlət qulluğunda kadr siyasəti konsepsiyasının hazırlanmasında və həyata keçirilməsində «Dövlət Qulluğunun İdarəetmə Şurasının», AR Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə Komissiyasının və AR Prezidentinin İcra Aparatının Kadr məsələləri şöbəsinin, Mərkəzi və Yerli icra hakimiyyəti orqanlarının kadr bölmələrinin xüsusi rolu vardır.
Şuranın funksiyalarına: vahid dövlət kadr siyasətinin formalaşmasında iştirak etmək; dövlət hakimiyyət orqanlarında dövlət qulluğunun vəziyyətini və səmərəliliyini təhlil etmək; dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktlarını və metodik göstərişlərin layihələrinin hazırlanmasını və həmin sənədlərin hazırlanmasında dövlət hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək; dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodik işini əlaqələndirmək; dövlət qulluqçularının şikayətlərinə baxmaq; dövlət qulluqçularının peşə hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılması sahəsində işləri təhlil etmək və bununla bağlı təkliflər hazırlamaq; dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət etmək; dövlət qulluğunun təşkili və səmərəliliyinin artırılması məsələləri ilə əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak etmək daxildir.
Cəmi 6 fəsildən və 35 maddədən ibarət olan "Dövlət qulluğu haqqında" Qanunda göstərilir ki, qanun dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Qanun icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Qanunda dövlət qulluğunu idarəetmə orqanlarının, dövlət qulluğunun əsas vəzifələrinin və prinsiplərinin nədən ibarət olduğu, dövlət orqanının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış dövlət qulluqçularının qurumu olduğu göstərilir.
Dövlət idarəçiliyi üçün sistemlilik xüsusiyyəti prinsipial əhəmiyyət kəsb edir. Yalnız sistemliliyin mövcudluğu dövlət idarəçiliyində qarşılıqlı razılaşma, əlaqələndirmə, subordinasiya, müəyyən məqsədyönlülük, rasionallıq və yüksək səmərəliliyin əldə edilməsi üçün zəmin yaradır. Lakin yeni iqtisadi və siyasi sistemin formalaşmasına maneçilik törədən bir sıra səbəblər də var ki, bunlardan ən başlıcası dövlət idarəçiliyinin səmərəliliyinin aşağı olmasından ibarətdir. Dövlət idarəetməsinin səmərəliliyinin artırılması Azər-baycan dövlətinin gələcəyini müəyyən edən başlıca amil olduğu üçün çox mühüm strateji məsələdir. Buna görə də dövlət idarəetməsinin köklü təkmilləşdirilməsi, iq-tisadiyyatda dövlətin iştirakina yenidən baxilmasi, dövlətin təsərrüfat subyektləri ücün qanunilik, nizam-intizam, davranış normaları baxımından zəmanətçiyə çevrilməsi tələb olunur.