Mövzu döVLƏt qulluğunu idarəetmə orqanlari



Yüklə 40,43 Kb.
səhifə4/6
tarix02.03.2023
ölçüsü40,43 Kb.
#86177
1   2   3   4   5   6
dövlet 2

4.Azərbaycan Respublikasının Dövlət Qul­luğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin tərkibi.
Dövlət qulluğunun formalaşması və fəaliyyət istiqamətlərini göstərən prinsiplər üçün təməl daşı kimi Azərbaycan Konstitu­siyasının preambulasında bəyan edilən niyyətləridir: Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası (bundan sonra - Şura) "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq həmin Qanunun tətbiqinə nəzarəti və dövlət qulluğunun normativ-metodik təminatını həyata keçirir, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyənləşdirir.
Şura "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən 18 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir.
Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
Şura öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri ilə qarşılıqlı əlaqədə qurur və mütəmadi olaraq onları özünün fəaliyyəti haqqında məlumatlandırır,
Şura aşağıdakı əsas funksiyaları həyata keçirir:
vahid dövlət kadr siyasətinin formalaşdırılmasında iştirak;
dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi;
dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsi;
dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların və metodik göstərişlərin layihələrinin hazırlanması və həmin sənədlərin hazırlanmasında dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodik işinin əlaqələndirilməsi;
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda dövlət qulluqçularının şikayətlərinə baxılması;
dövlət qulluqçularının peşə hazırlığı, təcrübə və əlavə təhsili sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması;]
dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət edilməsi;
dövlət qulluğunun təşkili və səmərəliliyinin artırılması məsələləri ilə əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak etmək
İlk dövrdə Azərbaycan Respublikası Prezidenti yanında dövlət qulluğunun idarəetmə orqanı səlahiyyətlərini AR Prezidentinin 24 avqust 2002-ci il fərmanı ilə AR prezident İcra aparatının kadr məsələləri üzrə şöbəsi həyata keçirirdi. Bu fərmanla dövlət qulluğunun idarəetmə səlahiyyətləri AR Nazirlər Kabinetində, müvafiq Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında bu orqanların kadr qurumlarına tapşırılırdı. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsas vəzifələrdən biri «dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasəti həyata keçirməkdir. Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2005-ci il tarixli fərmanı ilə yaradılmış AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya AR-də dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqini təşkil edən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə AR qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Komissiyanın əsas vəzifələrinə: dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin forma­laş­dırılmasında iştirak etmək və bu siyasəti həyata keçirmək; dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlamaq, bu sahədə Azərbaycan Respublikası Prezidentinin və Dövlət qulluğunu İdarəetmə Şurasının tapşırıqlarını yerinə yetirmək; dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihələrini hazırlamaq; dövlət qulluq­çu­larının peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, bu sahədə işlərin vəziyyətini təhlil etmək və təkliflər hazırlamaq; dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirmək və ondan səmərəli istifadə olunmasını təmin etmək; mərkəzləşdirilmiş qaydada vətən­daşların dövlət qulluğuna qəbulunu müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil etmək; dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət etmək və s. daxildir. Komissiyanın əsas hüquqlarından ən əsası dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə bu halların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təkliflər vermək və qanun­vericilikdə nəzərdə tutulmuş digər tədbirlər görməkdir.



Yüklə 40,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin