Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan



Yüklə 265,2 Kb.
səhifə48/84
tarix03.03.2023
ölçüsü265,2 Kb.
#86539
1   ...   44   45   46   47   48   49   50   51   ...   84
entomologiya

Mübarizə tədbirləri.
1. Daxili karantin tədbirlərinə əməl olunmalıdır.
2. Kiçik sahələrdə böcəklər əl ilə yığılıb məhv edilməlidir.
3. Sürfələrin 1-ci və 2-ci yaş dövrünün kütləvi artım dövründə xəstəlik törədən mikrobioloji preparatlardan – boverin – 2 kq/ha, bitoksibasilin – 3 kq/ha və dendrobasilin – 4 kq/ha məsarif normasında suspenziyası çilənməlidir.
4. Kimyəvi mübarizə olaraq 35%-li fozalon – 2 l/ha, 50%-li volaton – 1,5 l/ha, 5%-li karate – 0,4 l/ha və s. preparatlarının emulsiyası ilə çiləmə aparmaq məsləhət bilinir. Həmçinin Arrivo (0,1l/ha), Mospilan (0,4 nkq/ha), Sumi-alfa (0,25 l/ha) preparatlarının istifadəsidə tövsiyyə olunur.
Kartof güvəsi (Phthorimaea operculella L.) – Kəpənəklər (Lepidoptera) dəstəsinin güvələr (Gelechidae) fəsiləsinə mənsubdur.
Yetkin kəpənək gümüşü-boz rəngdədir. Böyüklüyü 12-16 mm-dir. Yumurtası ovalvaridir, ağ rəngdədir, 0,35-0,36 mm böyüklükdədir. Tırtılı açıq-sarı, yaxud yaşılımtıl rəngdədir. Axırıncı yaşda uzunluğu 12 mm-ə çatır.
Pupu boz gümüşü barama içərisində olur.
Güvənin pupları qışlayır. Erkən yazda puplardan kəpənəklər uçurlar. Bir müddət qidalanır, cütləşir və yumurta qoyurlar.
Dişi fərdlər yarpağın alt səthinə 2-3 ədəd yumurta qoyur. Yumurtanın embrional inkişafı 5-7 gün çəkir, tırtılın inkişafı 20-25 gündə başa çatır.
Anbarlarda isə yumurtalar topa halında kartof yumrularının gözcüklərinə qoyulur.
İnkişafını başa çatdırmış tırtıllar tarla şəraitində müxtəlif sığınacaq yerlərində, anbarda isə kisələrin qırışqlarında, divar yarıqlarında pup halına keçir.
Kartof güvəsi daxili karantin obyektidir. Zərərverici kartof bitkisinin yarpaq, gövdə və kök yumruları ilə qidalanır. Eyni zamanda güvə həm tarla şəraitində, həm də anbarlarda zərər verir. İl ərzində 5-8 nəsil verir.
Mübarizə tədbirləri.
1. Alaq otları, o cümlədən yabanı badımcançiçəkli bitkilər məhv edilməlidir.
2. Daxili karantin tədbirlərinə əməl edilməlidir.
3. Kimyəvi mübarizədə 5%-li karate – 0,4 l/ha və 35%-li fozalon – 2,0 l/ha preparatlarının emulsiyası ilə çiləmə aparmaq olar. Güvəyə qarşı Arrivo (0,16 l/ha), Desis (0,2 l/ha) və Siruks (0,16 l/ha) preparatlarının da istifadə etmək məsləhət bilinir.



Yüklə 265,2 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin