Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan



Yüklə 265,2 Kb.
səhifə50/84
tarix03.03.2023
ölçüsü265,2 Kb.
#86539
1   ...   46   47   48   49   50   51   52   53   ...   84
entomologiya

Çuğundur birəcikləri. Bunlar böcəklər dəstəsi (Coleoptera), yarpaqyeyənlər (Chrysomelidae) fəsiləsinə mənsubdurlar.
Çuğundur bitkisi üzərində bir neçə növ birəciyə təsadüf edilir. Bunlardan qarabaşaq birəsi və çuğundur birəciyi daha çox zərər verir.
Birəciklər kiçik 1,5-2,5 mm böyüklükdə böcəkdir. Bədəni tutqun rəngdə, metal parlaqlığına malikdir. Dal ayaqları atlandırıcı tipdədir.
Birəciklər yetkin halda torpağın üst qatında və bitki qalıqları altında qışlayır. Yazda böcəklər qışlama yerlərindən çıxır, ilk dəfə alaq otları ilə qidalanır, sahədə çuğundur cücərtiləri əmələ gəldikdə onların üzərinə keçir. Cücərtilərlə qidalanan böcəklər yarpaqda kiçik çökəkciklər əmələ gətirir. Şiddətli surətdə zədələnən cücərtilər məhv olur.
Böcəklər bir müddət qidalandıqdan sonra cütləşmə prosesi gedir və dişi böcəklər bitki kökləri yaxınlığına yumurta qoyur, özləri isə yaşamırlar. Qoyulmuş yumurtalardan sürfələr çıxır və bitkinin kökü ilə qidalanır. İnkişafını başa çatdırmış sürfələr torpaqda pup halına keçirlər.
Yayın ortalarında puplardan yeni nəslin böcəkləri çıxır və bitkinin üzərinə daraşır. Bu dövrdə bitkilər xeyli inkişaf etdiyindən bir o qədər də zərər vura bilmirlər.
Payızda havaların soyuması ilə əlaqədar olaraq böcəklər qışlama yerlərinə gedirlər.
Mübarizə tədbirləri.
1. Aqrotexniki tədbirlər vaxtında yerinə yetirilməlidir.
2. Alaq otları müntəzəm olaraq məhv edilməlidir.
3. Qışlamadan çıxan böcəklərə, eləcə də 2-ci nəslin böcəklərinə qarşı mübarizədə 85%-li Sevin – 2,0 kq/ha, 5%-li karate – 0,4 l/ha, 2,5%-li desis preparatlarından istifadə etmək olar. Həmçinin Koru-alfa 0, 3 l/ha pestisidi də istifadə oluna bilər.
Sürfələrə qarşı mübarizədə səpindən qabaq torpağa 12%-li heksaxloran preparatından 30-40 kq torpağa verilməlidir.
Çuğundur bağacığı (Polymetrus cognatus F.) – Yarımsərtqanadlılar (Hemiptera) dəstəsinin ot bağacıqları (Miridae) fəsiləsinə mənsubdur.
Çuğundur bağacığı alabəzək rənglidir, uzunluğu 3-5 mm-dir.
Yumurtası ovalvaridir və sarımtıl rəngdədir. Zərərvericinin yumurtaları yonca, unluca, yovşan bitkiləri gövdəsi daxilinə qoyur. Yumurtadan çıxan sürfə çoxillik paxlalılarla qidalanıb inkişaf edir. İnkişafını başa çatdırmış yetkin fərdlər çuğundur sahələrinə uçurlar. Bir müddət çuğundur bitkisi ilə qidalandıqdan sonra dişi fərdlər gövdəyə, yarpaq damarlarına və saplaqlara yumurta qoyur. Yumurtadan çıxan sürfə bitkinin hüceyrə şirəsini sormaqla qidalanır. Zərərvericinin sonrakı nəslinin inkişafı əvvəlki nəsildə olduğu kimidir. İldə 2-3 nəsil verir.
Zərərvericinin yetkin və sürfələri qidalanarkən bitki hüceyrələrinə fermentlər buraxır və nəticədə bitki soluxur, yarpaqlar bükülür və əksər hallarda cücərti məhv olur.

Yüklə 265,2 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin