Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan



Yüklə 265,2 Kb.
səhifə2/84
tarix03.03.2023
ölçüsü265,2 Kb.
#86539
1   2   3   4   5   6   7   8   9   ...   84
entomologiya

Həşərat bədəninin quruluşu – Həşərat bədəni əsasən üç hissədən ibarətdir: baş, döş və qarıncıq.
Başda bir cüt bığcıq, 2-3 ədəd sadə göz, bir cüt mürəkkəb göz və ağız aparatı yerləşir.
Döş öz-özlüyündə üç hissəyə bölünür: qabaq döş, orta döş və arxa döş.
Qabaq döşdə bir cüt qabaq ayaqlar, orta döşdə bir cüt orta ayaqlar və bir cüt üst qanadlar, arxa döşdə isə bir cüt arxa ayaqlar və bir cüt alt qanadlar yerləşir.
Qarıncıq müxtəlif buğumların birləşməsindən ibarət olub, birinci buğumda eşitmə orqanı, tənəffüs sistemi, qan dövranı sistemi, maddələr mübadiləsi, dişi fərdlərdə qarıncığın nəhayətində yumurta qoyan, erkək fərdlərdə isə cütləşmə orqanı və s. yerləşir.
Ağız aparatı – Həşəratlarda əsasən iki tip ağız aparatı mövcuddur: gəmirici ağız aparatı və sorucu ağız aparatı.
Gəmirici ağız orqanları bərk qida maddələrini – yarpağı, meyvələri, toxumu, gövdəni gəmirir və onları müəyyən dərəcədə xırdalayır. Gəmirici ağız aparatı üst dodaq (labrum), üst çənələr (mandibula), alt dodaq (labrum) və alt çənələrdən (maxillae) ibarətdir.
Üst dodaq qidalanma zamanı yeyilən qidanın xaricə atılmasının qarşısını alır. Onun alt hissəsində yerləşən üst çənələr olduqca möhkəmdir, hərəkət edir, qayçı kimi ağız-ağıza gəlir və qidanı gəmirməkdən ibarətdir. Üst dodaq və üst çənələr sadə quruluşa malikdir. Alt çənələr və alt dodaq mürəkkəb quruluşa malikdir. Alt çənələr əsas buğum, gövdəcik, hiss çıxıntısı, daxili və xarici çeynəyici pərlərdən ibarətdir. Alt çənələr aşağıdan alt dodaq vasitəsilə örtülür. Alt dodaq çənə altının altı, çənə altı, hiss çıxıntısından ibarətdir.
Sorucu ağız aparatıüst dodaq, bir cüt tükşəkilli üst çənələr, bir cüt tükşəkilli alt çənələr və 3-4 buğumlu alt dodaqdan ibarətdir. Üst dodağın üst hissəsi yarıqdır, alt və üst çənələr alt dodağın içərisində yerləşir.
Sorucu ağız aparatı maye halında (hüceyrə şirəsi) olan qidanı qəbul etmək üçün uyğunlaşmışdır. Həşərat qidalanan zaman xortumlu alt dodağı yarpaq epidermisinin üzərinə qoyur və xortumunu yığır. Bu vaxt xortum və üst çənələrlə əhatə olunmuş alt çənələrin uc hissəsi yarpağın içərisinə daxil olur. Alt çənələr ağız-ağıza gəldikdə onun daxilində bir cüt kapilyar novcuqlar əmələ gəlir. Həmin novcuğun biri ilə həşərat bitki hüceyrəsinin daxilinə xüsusi tüpürcək buraxır, hüceyrə şirəsini durulaşdırır və ikinci novcuq vasitəsilə duru halına salınmış mayeni sorur. Bu dövrdə həşəratın udlağı daima hərəkətdə olur ki, o da zəif də olsa atmosfer təzyiq əmələ gətirir, həmin təzyiq nəticəsində aşağıdan yuxarıya doğru mayenin hərəkət etməsinə kömək edir.
Bığcıqlar – Həşəratlarda bığcıqlar bir cütdür və buğumlardan ibarətdir. Həşəratın həyatında bığcıqların iybilmə və hissetmə orqanı kimi böyük əhəmiyyəti vardır. Bığcıqlar quruluşuna görə müxtəlif formada olur. Əsasən aşağıdakı formada bığcıqlara təsadüf olunur:
Sapvari bığcıq, qılvari bığcıq, təsbehvari bığcıq, mişarvari, daraqvari, oxlovvari, toppuzvari, iyvari, lövhəvari, lələkvari, dirsəkli, qılcıqdaşıyan və qeyri-müntəzəm bığcıq.
Ayaqlar – Həşəratda ayaqlar 4 cürdür:

  1. Yüyürücü ayaqlar – qarışqalarda, milçəklərdə və sümürgən böcəklərdə.

  2. Tullandırıcı (atlandırıcı) ayaqlar – çəyirtgələrdə, şalada, sisəkdə, birələrdə, cırcıramalarda.

  3. Qazıcı ayaqlar – danadişi, lövhəbığ böcəklərdə.

Qanadlar – Həşəratlarda qanadlar əsasən iki cütdür. Bəzilərində isə bir cütdür (milçəklərdə). Qanadlar iki cüt olduqda bir cütü orta döşə və bir cütü arxa döşə birləşir. Bir cüt olduqda isə orta döşə birləşir. Qanadlar damarlanmasına, bərkliyinə və s. bir neçə cür olur:

  1. Pərdəqanadlılar – arılarda, qarışqalarda.

  2. Sərt qanadlar – böcəklərdə.

  3. Yarım sərt qanadlar – bağacıqlarda.

  4. Pulcuqlu qanadlar – kəpənəklərdə və s.


Yüklə 265,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin