Mübarizə tədbirləri. 1. Növbəli əkin sisteminə əməl edilməlidir.
2. Bitkinin inkişafını sürətləndirmək üçün bütün mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir.
3. Şitillərin sahəyə köçürülməsinə 30 gün qalmış hər 1m2-ə 200-400 ml hesabilə 40%-li texniki DDB-nin torpağın 15 sm dərinliyə verilməsi yaxşı səmərə verir.
4. Parnik və istixana şəraitində 1m3-ə 1 litr karbation verilməsi məsləhətdir.
Mövzu 9. Kartof, çuğundur və günəbaxan bitkilərinin
zərərvericiləri və onlarla mübarizə tədbirləri
Məmmədov V.Ə.
PLAN
Kartof gövdə nematodu, Kolorado kartof böcəyi və kartof güvəsinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
Çuğundur adi uzunburnu, çuğundur birəcikləri və çuğundur bağacığının morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onunla mübarizə tədbirləri.
Günəbaxan odlucasının morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.
ƏDƏBİYYAT
Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986
Dünyamalıyev M.Z., Eyvazov Ə.Q., Əhmədov S.Ə., Quluyev C.A., Ələsgərova X.N. – Karantin və xüsusi təhlükəli zərərli orqanizmlər. Bakı, «Nurlan», 2008
Hüseynov K. – Ekoloji təmiz kartof istehsalında inteqrir mübarizənin təşkili Gəncə, 2016.
Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat
Guncan A.,BAştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.
GƏNCƏ – 2021
Kartof bitkisinin zərərvericiləri o qədər də çox deyildir. Kartofa zərər verən müxtəlif bitkilərlə qidalanan zərərvericilərdən məftil qurdu, sovkaların kök boğazı gəmirən tırtıllarını, danadişi və lövhəbığ böcəkləri göstərmək olar.
Xüsusiyyətlənmiş zərərvericilərdən isə gövdə nematodu, Kolorado kartof böcəyi və kartof güvəsini göstərmək olar.
Dostları ilə paylaş: |