Mübarizə tədbirləri.
1. Şiddətli yoluxmuş budaqlar kəsilərək bağdan kənara çıxarılmalıdır.
2. Tırtılın açdığı deşik vasitəsilə ya dixloretan buraxılmalı, ya da dixloretan pambığa hopdurulub deşikdən budağın içərisinə qoyulmalıdır və deşiyin üzəri gillə suvanmalıdır.
Alma şüşəqanad kəpənəyi (Synanthedon myopaeformis B.) - Kəpənəklər dəstəsi (Lepidroptera), şüşəqanad kəpənəklər (Aegeriidae) fəsiləsinə mənsubdur.
Yetkin kəpənəyin qanadları şüşə kimi parlaqdır. Uzunluğu 15-20 mm-dir, tünd mavi rəngdədir.
Yumurtası ovalvaridir, qızılı-qəhvəyi rəngdədir, uzunluğu 1 mm-dir.
Tırtılı sarımtıl rəngdədir, uzunluğu 20 mm-dir.
Zərərvericinin 1 və 2 illik tırtılları qabıq altında qışlayır. Yazda tırtıllar qidalanır və pup halına keçirlər. Pupun inkişafı 11-20 gün çəkir.
Dişi fərdlər yumurtalarını ağacların qabıqlarının qırış və yarıqlarına qoyur. Bir dişi 200-250 ədəd yumurta qoya bilir. Yumurtadan çıxan tırtıl qabıqlardan içəri daxil olur və canlı toxumaya qədər hərəkət edir.
Tırtıllar 2 dəfə qışlayır, sonra pup halına keçir. İki ildə 1 nəsil verir.
Dostları ilə paylaş: |