Mübarizə tədbirləri.
1. Bitki qalıqları sahədən çıxarılmalı və dərin dondurma (cərgəarası) şumu aparılmalıdır.
2. Ağacların dibi bellənməlidir.
3. Aqrotexniki tədbirlər vaxtında yerinə yetirilməlidir.
4. Tumurcuq dövründə kimyəvi mübarizə olaraq Lannate 1,8-2,2 l/ha, Sumi – alpha 1,5 l/ha preparatlarından istifadə oluna bilər.
Kazarka (Rhynchites Baccus L.) - Böcəklər dəstəsi (Coleoptera), uzunburun böcəklər (Curculionidae) fəsiləsinin nümayəndəsidir.
Yetkin böcək qırmızı mis rənginə, yaxud yaşıla çalan qızılı rəngdədir. Böcəyin başı uzanaraq xortum şəklini almışdır. Uzunluğu 4,5-6,5 mm-dir.
Yumurtası kiçikdir, ovalvaridir və şəffaf rənglidir. Sürfəsi ayaqsızdır, bədəni sarımtıl rəngdədir.
Zərərverici böcək halında torpağın üst qatında, bitki qalıqları altında qışlayır. Qışlamadan çıxan böcəklər tumurcuğu deşir və oradan çıxan şirə ilə qidalanır. Ən çox almaya zərər vurur. Dişi böcək yumurtanı qönçənin daxilinə tək-tək qoyur. Bir dişi 200-ə qədər yumurta qoya bilir. Yumurtanın embrional inkişafı 5-10 gündür. Sürfələr meyvələrin lətli hissəsi ilə qidalanır. Belə zədələnmiş meyvə tökülür.
İnkişafını başa çatdırmış sürfələr torpağa düşüb puplaşır. İldə 1 nəsil verir.
Dostları ilə paylaş: |