Mübarizə tədbirləri.
1. İçərisində tırtıl və barama olan tor yumruları xüsusi alətlə kəsilib yığılmalı və məhv edilməlidir.
2. Entobakterin – 4 kq/ha və dendrobasilin – 4-5 kq/ha preparatlarının suspenziyası ilə çiləmə aparılmalıdır.
3. Kimyəvi mübarizədə Coragen 150-300 ml/ha, Avaunt 0,4 l/ha, Bİ-59 – 2 l/ha emulsiyası ilə çiləmə aparmaq məsləhətdir.
Üfunətli ağacovan (Cossus cossus L.) - Kəpənəklər dəstəsi (Lepidroptera), ağacovanlar (Cossidae) fəsiləsinə mənsubdur.
İri kəpənək olmaqla, qanadları açılan halda erkək fərdlər 70 mm, dişi fərdlərin uzunluğu isə 90 mm-dir. Rəngi bozdur, üzərindələkələr vardır. Yumurtası ovalvaridir, açıq-qəhvəyi rəngdədir.
Tırtılı qırmızıdır, uzunluğu 30 mm-dir.
Zərərvericinin tırtılı budaq və oduncaq içərisində qışlayır. Yazda pup halına keçir. Pupun inkişafı 12-20 gün çəkir.
Dişi fərdlər yumurtasını topa halında qabıqların qırışına qoyur. Bir dişi 800-1000 ədəd yumurta qoya bilir. Yumurtadan çıxan tırtıllar oduncağın içərisinə girir və onun özək hissəsi ilə qidalanır. Tırtıllar qidalanan zaman iyli-üfunətli maddə ifraz edir. Elə adı da buradan götürülmüşdür. Zərərverici 2-3 ildə bir nəsil verir.
Dostları ilə paylaş: |