Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Təbiəti mühafizə fəaliyyətinin maddi stimullaŞdırılması



Yüklə 0,95 Mb.
səhifə103/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   99   100   101   102   103   104   105   106   ...   148
Mövzu 6

1. Təbiəti mühafizə fəaliyyətinin maddi stimullaŞdırılması


Təbiəti mühafizə fəaliyyətində ən əməli əhəmiyyət kəsb edən həvəsləndirici (stimullaşdırıcı) amil dövlətin vergi siyasəti olmalıdır. Bu siyasət həm pozitiv, həm də neqativ həvəsləndirməni özündə əks etdirir. Bu qanunvericilikdə həm güzəştli vergilərdə və vergi ödəməkdən azadetmədə, habelə ekoloji təhlükəli məhsul üçün xüsusi vergilərin tətbiqində öz əksini tapır.

Təbiəti mühafizə üzrə bəzi büdcə təşkilat və idarələrinin əmlakı vergidən azad edilir (dövlət qoruqları, təbii parklar, botanika bağları). Bundan başqa, ümumi əmlakın təbiəti mühafizə məqsədləri üçün istismar edilən hissəsi də vergidən azad edilir.

Bir çox ölkələrdə verginin stavkası azaldılır, yeni ―vergi tətilləri‖ təşkil edilir. Məsələn, Yaponiyada plastmas və üzvi tullantıları emal edən istehsalçılar birinci üç il 50% vergidən azad edilirlər. Təmizləyici qurğular isə ilk 5 il ərzində tamamilə vergidən azad edilirlər.

Vergilər qoyularkən güzəştlərin tətbiqi kimi təbiəti mühafizə avadanlığının sürətləndirici amortizasiya metodu geniş istifadə olunur. Bu metod təmizləyici qurğuların təzələnməsində kapital yığımına köməklik göstərir. Kanadada təmizləyici qurğulara 2 illik amortizasiya müddəti müəyyən edilmişdir. Fransada təmizləyici qurğuların amortizasiyasının 50%-nə bir il ayrılmışdır. İtaliyada isə 3 ilə 45% amortizasiya nəzərdə tutulur. Böyük Britaniya, ABŞ və AFR-də amortizasiya müddəti 5 ildir.

Bazar iqtisadiyyatı dövründə təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində qiymətlər həvəsləndirici rol oynayır. Qiymətlərə təbiətdən istifa-dəyə görə ödəmələr təsir göstərirlər. Ekoloji təmiz məhsul istehsal edən müəssisələrə (qiymət vasitələri kimi) kompensasiyalar, kreditlər, ―əlavələr‖ tətbiq edilir. Eyni sözləri tullantılardan məhsul alan müəssisələr haqqında demək olar. Ekoloji təmiz məhsul istehsal edən müəssisələr əmtəə (mal) dövriyyəsini sürətləndirir və böyük gəlir əldə edə etməyə səbəb olur. Ekoloji cəhətdən zərərli məhsulun qiyməti aşağı salınır, xüsusi vergi tətbiq edilir.

Təbiəti istismar edən müəssisələrin məhsuluna qiymətlər qoyularkən təbii amillər nəzərə alınmalıdır, onlar üçün baza ―qapayıcı‖ xərclər olmalıdır. Bununla yanaşı renta gəlirini maksimum götürmək lazımdır. Qiymətlərin təyinatında sabit dünya təmayülü ondan ibarətdir ki, təbii ehtiyatların durmadan nisbi bahalaşması, renta münasibətləri sisteminin tətbiq edilməsinin təkmilləşməsidir. Təbii ehtiyatların qiymətləndirilməsində gələcək nəsillərin də marağı nəzərə alınmalıdır.

Bütövlükdə, təbiətdən səmərəli istifadənin hər bir vasitəsi, yaranmış vəziyyətdən asılı olaraq müxtəlif dərəcədə səmərə verə bilər.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin