Ekoloji sahibkarlığın səmərəliliyi – bu səmərələrin (ekoloji, sosial, iqtisadi) və onlara nail olmaq üçün zəruri xərclərin müqayisə edilməsidir. Sahibkarlığın səmərəsi yüksək nəticələr əldə etməyə imkan verən ekoloji xidmətlərin təşkili ilə bağlı ola bilər.
İstehsalın ekolojiləşdirilməsi, bir qayda olaraq, yüksək nəticələr verir. Bu əsasən tullantılardan da istifadədə özünü göstərir. Xalq istehlak mallarının istehsalı artır, tullantıların yerləşdirilməsinə görə ödəmələr azalır, ətraf mühitə ziyanın qarşısı alınır, ucuz xammaldan istifadə edilir, müəssisələr əlavə gəlir əldə edir. Eyni zamanda ilkin xammalın hasilatı üçün xərclər azalır. Bütövlükdə, tullantılardan istifadənin ümumi səmərəsi müəssisənin və əhali istehlakının səmərəsindən, habelə istehsalatda və sahələrdə, sosial-ekoloji sferada yaranan səmərədən ibarət olur.
Tullantılardan istifadənin səmərəsinin meyarı ənənəvi xammal əvəzinə əldə edilmiş xalq təsərrüfatı nəticəsi olur, yəni:
C< Cm + CH + E olur.
Burada, C- tullantılardan məhsulun alınmasına sərf edilən ümumi xərclərdir;
Cm – yatağının mənimsənməsinə yönəldilən, yəni əlavə xammal almaq üçün çəkilən xərclərdir;
CH – yeni yatağın xammalının hasilatı və işlənməsinə (emalına) çəkilən
xərclərdir;
E – təbiəti mühafizə sferasına çəkilən xərclərdir. Həmin xərclər özündə aşağıdakıları birləşdirir:
E = Y+ C
Burada, Y – iqtisadi ziyanın qarşısının alınması xərcləri,
C – yeni yatağın açılması və istismarı zamanı təbiəti mühafizəyə çəkilən xərclərdir.
Bəzi xarici ölkələrdə yaşıl biznesin iş təcrübəsi göstərir ki, bir çox firmalar ətraf mühitin çirklənməsinin azaldılması hesabına yüksək gəlir əldə edirlər. Kompaniyalar ətraf mühitin çirklənməsini azaltmaq (tullantıların utilizasiyası) üzrə müxtəlif layihələr hazırlayırlar. Ətraf mühitin qorunması kapital qoyuluşunun etibarlı mənbəyinə çevrilir. Ekobiznesin müsbət təcrübəsi mətbuatda geniş
işıqlandırılır. Ekoloji biznes firmanın ekoloji imicini artırır, biliklərin yayılmasına kömək edir və ekoloji təfəkkürün formalaşmasına təsir göstərir.
Dostları ilə paylaş: |