Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Ekoloji sahibkarlığın mahiyyəti və formaları



Yüklə 0,95 Mb.
səhifə95/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   91   92   93   94   95   96   97   98   ...   148
Mövzu 6

4. Ekoloji sahibkarlığın mahiyyəti və formaları


Bazar iqtisadiyyatında sahibkarlıq aparıcı mövqeyə malikdir. Sahibkarlıq yalnız ictimaiyyətin yeniləşməsində əsas həlledici rol oynamamalıdır o, həm də ekoloji problemlərin həllinə kömək etməlidir. Sahibkarlıq bu insan fəallığının və fəaliyyətinin potensialı hesab edilir. Sahibkarlıq üçün ən vacib cəhət qərar qəbuletmə azadlığı və əldə ediləcək nəticələrə görə tam iqtisadi məsuliyyət daşımasıdır. Sahibkarlıq üçün istehsalın təşkili çox səciyyəvidir və xidmətlərin göstərilməsində öz qorxu və riskinə arxalanmaqdır. Burada təşkilatı və idarəetmə sənətinə sahib olmaq zəruridir. Sahibkarlıqda müvəffəqiyyət o subyektə mənsub olur ki o şəxs cəmiyyətin tələblərinə daha tez reaksiya verir. Belə bir vəzifənin öhdəsindən kiçik və orta biznes müəssisələri daha yaxşı gələ bilir. Lakin müəssisə, fəaliyyət miqyasını və ölçüsünü hər bir konkret hal üçün sahibkar nəticələri müqayisəli ekoloji-sosial-iqtisadi qiymətləndirdikdən və prioritetlərin, məhdudiyyətlərin və meyarların səmərəsini müəyyən etdikdən sonra hərəkət etməlidir. Onu da nəzərə almaq lazımdır ki, cəmiyyət onun tələblərini qane etməyən biznesi, özü də gəliri olmayan biznesi qəbul etmir.

Ekologiya sahəsində Azərbaycanda, MDB və başqa xarici ölkələrin təcrübəsini öyrənmək vacibdir. Ekobiznesin əsas prinsipləri 1990-cı ildə Beynəlxalq ticarət palatası tərəfindən ―Sabit inkişaf naminə sahibkarlıq fəaliyyəti xartiyasında‖ hazırlanmış sənəddə öz əksini tapmışdır. Ətraf mühitin mühafizəsi biznes sahəsində hər bir fəaliyyətin ən yüksək üstün vəzifələrindən biri olmalıdır. Xartiyada 16 prinsip irəli sürülmüşdür. Məqsəd ondan ibarətdir ki, nə qədər mümkündürsə ən çox müəssisə öz üzərinə təbiəti mühafizə sahəsində daha yüksək öhdəliklər götürsünlər. Onlardan ən vacibləri aşağıdakılardır:


  • müəssisə üçün üstün olan ekoloji təhlükəsizlik;

  • inteqrasiya etmiş menecment;

  • təkmilləşmə prosesi;

  • heyətin təhsilinin artırılması və ətraf mühitin mühafizəsində kütləvilik;

  • ilkin qiymətləndirmələr;

  • məhsullar və xidmət;

  • istehlakçılara məsləhətlər və s.

İqtisadiyyatın təbiətə qarşı məsul münasibətinin həyata keçirilməsini aşağıdakı tələblər vasitəsilə realizə etmək nəzərdə tutulur:

  1. biosferin qorunması;

  2. təbii ehtiyatların qorunub saxlanmasını dəstəkləmək;

  3. tükənən ehtiyatları xüsusi mühafizə etmək;

  4. enerjinin qənaətlə işlənməsi;

  5. riskin azaldılması;

  6. təhlükəsiz məhsul və xidmət;

  7. ətraf mühitin bərpası;

  8. ictimaiyyətə informasiya verilməsi;

  9. rəhbərliyin öhdəlikləri;

  10. auditlər və məruzələr;


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin