Ekoloji sahibkarlığın formaları
Qarışıq iqtisadiyyatın əsas strukturlarından biri xüsusi mülkiyyətə, təsərrüfartın təşklinin bazar üsuluna və məhsul dövriyyəsinə əsaslanan sahibkarlıqdır.
Ekologiya baxımdan sahibkarlıq fəaliyyətinin müsbət tərəfi əsas fəaliyyəti insanlarınsağlamlığına və ətraf mühitə zərərin vurulmasının qarşısını alan malların istehsalı, iş və xidmətlərin görülməsi olan ekoloji sahibkarlığın yaradılmasıdır. Ekoloji sahibkarlığın maraqlar dairəsinə bu və ya digər ekoloji problemlərin həlli ilə bilavasitə bağlı olan istehsalat – kommersiya, vasitəçilik, məsləhət, elmi – tədqiqat fəaliyyətinin bütün növləri daxildir.
Hal – hazırda keçid iqtisadiyyatı olan ölkələrdə baş verən dövlətsizləşdirmə və özəlləşdirmə prosesləri ekoloji sahibkarlıq sahəsinin formalaşmasına imkan verir. Mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində təbiətdən istifadə məhsullarına olan ―rentasız‖ qiymətlərin hökmran olduğu şəraitdə resurslara qənaət edilməsi sərfəli olmadığı kimi, iri dövlət müəssisələri tərəfindən təmizləyici qurğuların, ekoloji texnika və texnologiyanın kiçik həcmlərdə istehsalı da sərfəli deyildi. Təbiəti mühafizəyə dair planlıarın icra olunmaması, təbiəti mühafizə məqsədləri üçün ayrılmış kapital yatırımlarının xərclənməməsi təbiəti mühafizə avadanlıqlarının sifariş edilməsinin mümkün olmaması ilə izah edilirdi, çünki mərkəzləşdirilmiş iqtisadiyyatda onun istehsalı ―küncə‖ sıxılmışdı.
Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ekoloji yönümlü məhsullar həm sənaye təyinatlı (təmizləyici qurğular, ekoloji texnika və texnologiyalar, yeni materiallar, nəzarət ölçü cihazları) malların istehsalında, həm də istehlak mallarının (qida məhsullarından tutmuş təhlükəsiz məişət cihazlarınadək) istehsalında öz möhkəm mövqeyini qoruyub saxlayır. Ekoloji sahibkarlığın əhəmiyyətli xüsusiyyəti o idi ki, kiçik və orta sahibkarlığın potensialından istifadə etməklə o ekoloji vəziyyətin stabilləşdirilməsinin əlavə büdcə ayırmaları tələb etməyən səmərəli yoldur.
Təbiəti mühafizə fəaliyyətində sahibkarlıq aktivliyinin inkişafı ekoloji normativlərin və ətraf mühitin çirkləndirilməsi üzərində nəzarətin gücləndirilməsinə imkan verir. Ekoloji xidmətlərin bütün növlərinin pullu əsaslarla həyata keçirildiyi mal və xidmətlərin dünya bazarında bir neçə müstəqil sahə formalaşmışdır.
Dostları ilə paylaş: |