Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Ətraf mühitin mühafizəsi kompleks problem olduğundan



Yüklə 0,95 Mb.
səhifə148/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   140   141   142   143   144   145   146   147   148
Mövzu 6

Ətraf mühitin mühafizəsi kompleks problem olduğundan YNEP-in fəaliyyəti əlavə olaraq, onun ayrı-ayrı aspektləri ilə BMT-nin himayəsi altında

muxtariyyət statusu olan aŞağıdakı ixtisaslaŞdırılmıŞtəŞkilatlar məŞğul olurlar:



YUNESKO (United Nations Education Scientific an Cultural Organization) –

―insan və biosfera‖ proqramı üzrə işləri yerinə yetirir, insan və mühit arasında qarşılıqlı əlaqə və inkişafın ictimai-iqtisadi amillərinin tədqiqini həyata keçirir.



FAO (Food and Agricultural Cultural Organization of the United Nations) – kənd təsərrüfatı məhsullarının istehsalı və emalının yaxşılaşdırılması, aqrosferaya investisiya qoyuluşuna yardım, torpaq və su resurslarından sərfəli istifadə, bərpa oluna bilən enerji mənbələrinin mənimsənilməsi kömək məqsədlərinə xidmət edir.

BHO (World Neath Organization – Ümumdünya sağlamlığın mühafizəsi) – qarşısına təhlükəsiz su və qida da daxil olmaqla ekoloji təhlükəsizliyin təmin edilməsinə kömək məqsədini qoymuşdur.

UAEA (İnternational Atomic ENERGÜ AGENCÜ-MAQATE) – radioaktiv maddələrin daşınması və tullantıların utiləşdirilməsi də daxil olmaqla, radiasiyadan müdafiə və təhlükəsizlik normalarını işləyib hazırlayır.

Qlobal ekoloji problemlərin həll edilməsində QEF-Qlobal Ekologiya Fondu (The Global Environment Facility) getdikcə daha mühüm rol oynamağa başlayır.

XX əsrin 90-cı illərinin əvvəllərində yaradılmış bu fond əsasən inkişaf etməkdə olan ölkələrdə qlobal xarakter daşıyan ekoloji problemlərin həllinə kömək üçün yaradılmışdır. QEF-in fəaliyyətində üç beynəlxalq quruluş: BMT-nin İnkişaf Proqramı (The United Nations Development Programme), ətraf mühit üzrə BMT proqramı (YNEP) və Beynəlxalq Bank (World Bank) iştirak edirlər.

Maliyyələşdirmə üçün birinci növbəli istiqamətlər kimi: iqlimin qlobal istiləşməsi, beynəlxalq suların çirklənməsi, biomüxtəlifliyin azalması və ozon qatının azalması problemləri ayrılmışdır.

Yuxarıda qeyd edilən təşkilatlar hökumətlərarası razılaşmalar əsasında yaradılmışdır, müstəqildirlər və geniş beynəlxalq səlahiyyətlərə malikdirlər. Bu təşkilatlardan başqa ətraf mühitin mühafizəsinin ayrı-ayrı aspektləri üzrə digər

təşkilatlar da məşğul olurlar.

Regionlarda ekoloji problemlər dünyanın müxtəlif yerlərində ictimai-iqtisadi vəziyyəti öyrənən komissiyaların fəaliyyətlərində öz əksini tapırlar. Bu cür komissiyalar Asiya və Sakit okean regionlarında (ECKATO), Latın Amerikasında (EKLAK), Avropada (Economic Commission for Europe) fəaliyyət göstərirlər və onların nəzdində ekoloji siyasət üzrə Komitələr mövcuddurlar.

Yuxarıda göstərilən bütün orqan və təşkilatlar çoxsaylı hökumətlərarası və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərirlər. Axırıncıya ―Təbiət və təbii sərvətlərin qorunması üzrə ―Beynəlxalq İttifaq‖, ―Heyvanların müdafiəsi üzrə Beynəlxalq Federasiya‖ və digərlərini aid etmək olar.

Qlobal ekologiya problemlərinin müzakirəyə qoyulması və onların həlli istiqamətlərinin işlənib hazırlanmasında təbii mühitin mühafizəsi üzrə keçirilən bey-nəlxalq konfransların rolu böyükdür. Bu fəaliyyətin başlanğıc nöqtəsini

Stokholm konfransı (1972-ci il) qoymuşdur ki, onun açılış günü – 5 iyun, sonralar Ümumdünya ətraf mühit günü elan edilmişdir. Bundan sonra hər 5 ildən bir bu cür konfrans keçirilir.

BMT-nin Rio-De-Janeyroda 1992-ci ildə keçirilən konfransında qeyd olunmuşdur ki, hər bir ölkə yeni texniki kəşflər, yeni texnologiya, məmulatlar, fəaliyyət növləri və s. icad edirlər ki, onlar da müəyyən tələblər sisteminə cavab verməlidir və bu tələblər içərisində ekoloji təhlükəsizlik birinci yerdə durmalıdır. Bu sahədə beynəlxalq cəhdlər o vaxt səmərə verə bilər ki, o bütün ölkələrin hər birinin atdığı addımlara əsaslandırılsın.

Konfransın işinə yekun vurarkən onun Baş Katibi Moris Stronq bu hadisənin misli görünməmiş miqyas və əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, biz ha-mımız yalnız birlikdə sağlam mühiti saxlaya bilərik, əks halda heç kim sağ qalmayacaqdır. Konfransın qəbul et-diyi ―Torpaq Xartiyası‖ Deklarasiyası ekoloji təhlükəsizliyi təmin etmək üçün problemlərin miqyası və mürəkkəbliyinin olduğu kimi başa düşülməsini, ekoloji proqramların hüquqi, maliyyə, texniki təminatının zəruriliyini, resurslara qənaət edən və az tullantılı texnologiyalara əsasən iqtisadiyyatın istehsal-sahə quruluşunun təkmilləşdirilməsini, biosfera (təbiət) – qoruq fonduna əsaslanan xüsusi qorunan biosfer fondunun yaradılması və s. zəruriliyini qeyd etmişdir.

Təbii mühitin mühafizəsi sahəsində regional xarakterli konfransların da böyü rolu vardır. 1995-ci ildə uyğun nazirlər səviyyəsində keçirilən Ümumavropa konf-

ransında ―Avropa üçün ekoloji proqram‖ qəbul edilmişdir.

Son illərdə beynəlxalq əməkdaşlığın konvensiya, çox, yaxud ikitərəfli müqavilələr, razılaşmalar, proqramlar kimi formaları geniş yayılmışdır. Bu formalardan hər hansı birinin qüvvəyə minməsi ölkələrin təbiəti mühafizə fəaliyyətinin bu və ya digər aspektləri üzrə öz üzərlərinə müəyyən öhdəliklər qəbul etdiklərini təsdiq edir.

Təbiətin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın ən mühüm aspektlərindən biri milli hökumətlərə ekoloji-iqtisadi proqramlarını həyata keçirmək üçün bir sıra beynəlxalq təşkilatların maliyyə köməyi göstərməsi imkanlarıdır. Bu kömək bir qayda olaraq borc və ya kredit şəklində verilir. Bu cür kömək göstərən ixtisaslaşmış təşkilatlar sırasında Yenidənqurma və İnkişaf Beynəlxalq Bankı (international Bank for Reconstruction and Development, World Bank) Beynəlxalq Valyuta Fondu (İnternational Monetary Fund), Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondu (İnternational Fund for Agricultural Development), YNEP fondu və digərlərini göstərmək olar.





Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin