4. Ekoloji təhsil və maarifləndirmə
Ekologiya və təbiətin mühafizəsinə dair normativ-hüquqi aktlarda mühafizə sahəsində təhsil və mədəniyyət məsələlərinə xüsusi yer verilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununda (8 iyun 1999-cu il) maddə 59-da bu məsələyə diqqət yetirilir. Qanuna görə cəmiyyətdə ekoloji biliklərin və mütəxəssis kadrların peŞə hazırlığını yüksəltmək məqsədilə məktəbə qədər, məktəb, orta ixtisas və ali təhsilin bütün mərhələlərində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılmasını əhatə edən ekoloji tərbiyənin və təhsilin ardıcıllığı və fasiləsizliyi təmin edilməlidir. Bundan başqa dövlət orqanları və ictimai birliklər kütləvi informasiya vasitələri ilə
qanunvericiliyə zidd olmayan təbliğat işləri aparılmalıdır. Tədris müəssisələrində onların profilindən və mülkiyyət formasından asılı olmayaraq ekologiyanın əsasları tədris edilməli, tədris proqramları və dərsliklər hazırlanmalıdır.
Dostları ilə paylaş: |