Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ



Yüklə 0,95 Mb.
səhifə144/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   140   141   142   143   144   145   146   147   148
Mövzu 6

Ekoloji təhsil dedikdə - ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadə üzrə normaların, xüsusi biliklərin, təcrübənin tədrisi və öyrədilməsi prosesi başa düşülür. Bu vaxt ətraf mühitə, ekologiyaya, insan və təbiət arasında qarşılıqlı əlaqələrə dair məlumatlar, ekoloji mədəniyyətin formalaşmasına yönəldilmiş biliklərin yayılması, ekoloji təhlükəsizliyə dair bilik və təcrübənin öyrədilməsi nəzərdə tutulur.

Mövcud qanunvericiliyə görə təhsil və tərbiyə sahəsində aŞağıdakılar nəzərdə tutulur:



  • cəmiyyətdə ekoloji birliklərin və mütəxəssis kadrların peŞə hazırlığını yüksəltmək məqsədi ilə məktəbəqədər, məktəb, orta ixtisas və ali təhsilin bütün mərhələlərində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılmasını əhatə edən ekoloji tərbiyənin və təhsilin ardıcıllığı və fasiləsizliyi təmin edilməlidir;

  • əhali arasında ekoloji biliklərin yayılması məqsədi ilə dövlət orqanları və ictimai birliklər tərəfindən kütləvi informasiya vasitələri ilə qanunvericiliyə zidd olmayan təbliğat işləri aparılmalıdır;

  • tədris müəssisələrində, onların profilindən və mülkiyyət formasından asılı olmayaraq ekologiyanın əsaslarının tədrisi nəzərdə tutulmalıdır. Bu məqsədlə qanunun tələblərinə uyğun tədris proqramları tərtib edilir və dərsliklər hazırlanır;

  • ətraf mühitə zərərli təsir göstərən fəaliyyətlə bağlı olan vəzifəli şəxslər məcburi qaydada lazımi ekoloji hazırlığa və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin əsaslarına dair biliklərə malik olmalıdır.

Ekoloji təhsil və maarifləndirmə idarəetməni həyata keçirən dövlət

hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına, təhsil müəssisələrinə əhalinin maarifləndirilməsi ilə məşğul olan, həmçinin digər aidiyyəti hüquqi və fiziki

şəxslərə şamil edilir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin