Təbii ehtiyatların iqtisadi dəyəri bir neçə üsulla müəyyən edilir:
Bazar qiymətləri;
Rentanın ödənilməsi;
Xərclərin qiymətləndirilməsi;
Alternativ dəyər;
Ümumi iqtisadi dəyər.
Təbii ehtiyatların qiymətləndirilməsinin bu üsullarının heç də hamısı tam əsaslandırılmamışdır. Bu üsullar əsasında təqribi iqtisadi dəyər müəyyən edilir. Renta əsasında təbii ehtiyatların qiymətləri daha yaxşı işlənib hazırlanmışdır. Burada təbii ehtiyatların ödənilən qiyməti (yaxud icarə haqqı) başa düşülür. Renta üsulu ilə qiymət:
P=R/r kimi hesablanır.
Burada, P-torpaq ehtiyatının qiyməti, R- rentanın illik miqdarı, r-əmsal (vahiddən kiçik olmaqla) bank faizinin korrelyasiya əmsalıdır.
Təbii ehtiyatların hazırlanması və istifadəsinə çəkilən xərclərin cəmi, ehtiyatın xərclərə görə qiymətləndirməsi hesab edilir. Alternativ dəyər əldən çıxmış dəyər kimi başa düşülür. Təbii ehtiyatların iqtisadi dəyəri a) real dəyər (həqiqi), b) potensial dəyər (gələcəkdə istifadə imkanı nəzərə alına bilən) və c) ehtiyatın mövcudluğunun əhəmiyyəti nəzərə almaqla müəyyən edilir.
Elmi-texniki inqilabın və məhsuldar qüvvələrin inkişafı şəraitində, eləcə də məhsulların pərakəndə satış qiyməti siyasətindən asılı olaraq mineral xammal sərvətlərinin qiymətləndirilməsi təkmilləşdirilir. Bu və ya digər təbii sərvətlər texniki tərəqqi şəraitində istifadə prosesində kəmiyyət və keyfiyyət dəyişikliyinə uğrayır, ardıcıl olaraq müxtəlif sahələrdə əmək predmeti və əmək aləti, istehsal vasitəsi kimi çıxış edir. Məsələn, dəmir, polimetal, alunit filizləri təkcə metal alınması üçün deyil, həm də kimyəvi, tikinti, şüşə, aqronomik xammal üçün də geniş istifadə edilir. Göründüyü kimi, mineral xammal sərvətlərinin faydalılığı təkcə onun təbii keyfiyyətlərindən asılı deyildir. Elmi-texniki tərəqqinin və məhsuldar qüvvələrin inkişafından, ictimai tələbatdan və təbii sərvətlərin kompleksliyindən asılı olaraq
bu və ya digər ilkin məhsulların faydalılığı da dəyişir.
Dostları ilə paylaş: |