Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Təbii sərvətlərə qiymət qoyulmasının təcrübədə



Yüklə 0,95 Mb.
səhifə5/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   2   3   4   5   6   7   8   9   ...   148
Mövzu 6

Təbii sərvətlərə qiymət qoyulmasının təcrübədə həyata keçirilməsinə dair mütərəqqi addımlardan biri də 1973-cü il yanvar ayından başlayaraq faydalı qazıntı mədənlərinin istismarı prosesində qeyri-kənd təsərrüfatı sahələrinə cəlb edilən torpaqların haqqının ödənilməsinin qarŞıya qoyulmasıdır. Bunun

əsasını təbii sərvətlərə çəkilən xərclər təşkil edir. Lakin bu xərclər həmin sərvətlərdən alınan məhsullardan əldə edilən gəlirin cüzi hissəsini təşkil edir. Belə şəraitdə faydalı qazıntı xammalına, suya, torpağa, qırılan meşələrə, korlanan bitki örtüyünə görə ödəmə haqqı çox məhdud çərçivədə iqtisadi mülahizələrə əsaslanır.

Ən keyfiyyətli xammaldan istifadə müqabilində çoxlu gəlir əldə etmək, müəssisənin ―rentabelliyini‖ artırmaq məqsədilə əlavə xərc və əmək sərfinə yol verməmək üçün xammaldan kompleks istifadə etməyə səy göstərilmir, bəzi hallarda isə bundan imtina edilir. Təbii sərvətlərdən müəyyən vaxt (illik, beşillik plan tapşırıqları) ərzində az xərc, əmək və maddi məsarif sərfi şəraitində çox gəlir əldə etmək, bunun sosial təbiət qoruyucu cəhətlərini nəzərə almamaq bir sıra xoşagəlməz hadisələrlə nəticələnir. Elmi tədqiqat işlərinin nəticəsi göstərir ki, əhaliyə, istehsala, ekoloji mühitə, təbiətə zərər yetirən belə hadisələrin aradan qaldırmasına sərf edilən külli miqdarda xərclər, əvvəlcədən onların qarşısının alınmasına yönəldilə bilən xərclərdən xeyli çoxdur. Burada bir cəhəti də nəzərə almaq lazımdır ki, havanın, suyun, torpağın çirkləndirilməsi, torpaqların kimyalaşdırılması, kənd təsərrüfatı ziyanvericilərinə qarşı mübarizə tədbirləri hesabına insanların səhhətinə, bioloji aləmə dəyən zərərin miqdarının və nəticəsini ölçmək mümkün deyildir.

Emaledici dağ-mədən sənaye müəssisələrinin bu və ya digər xammala olan tələbatının minimum əmək və vəsait sərfi müqabilində nəzərdə tutulmuş vaxt ərzində ödəmək, bir sıra sosioloji, təbiəti mühafizə problemlərini yaddan çıxarmaq, bir qayda olaraq ən keyfiyyətli, müəssisə üçün ―sərfəli‖ olan sərvətlərdən istifadə etməyə vadar edir. Belə olduqda xalq təsərrüfatı üçün zəruri olan, lakin nisbətən ―kasıb tərkibli‖ , ―keyfiyyətsiz‖ sərvətlər əvəzsiz olaraq itirilib istifadə mübadiləsindən çıxarılır. Xalq təsərrüfatının müasir tələbatı şəraitində ―itirilmiş‖ sərvətlərin təkrar çıxarılması ilk istismar vaxtına nisbətən daha çox əsaslı vəsait qoyuluşu və əmək sərfi tələb edir.

Azərbaycanın bir sıra neft mədənlərində keçmişdə bəsit, az səmərəli texnika tətbiqi şəraitində məhsuldar laylardan qalan küllü miqdarda neftin baha başa gələn şaxta və təkrar üsulla çıxarılması xalq təsərrüfatının yanacaq və xammala olan müasir tələbatından irəli gəlir. İstismar prosesində yerin təkində qalmış və ya torpağa qarışdırılmış ―keyfiyyətsiz‖ xammal sərvətlərinin yenidən çıxarılmasının mürəkkəb proses olmasını və xeyli baha başa gəlməsini nəzərə alaraq, xammalın əvvəlcədən səmərəli istifadəsini təşkil etmək iqtisadi, təbiəti mühafizə cəhətdən daha faydalıdır. Ətraf təbii mühitin mühafizəsini də nəzərə almaqla, təbii sərvətlərin iqtisadi qiymətləndirilməsinin əsas göstəriciləri ilkin və təkrar xammalın istifadəsində, məsələn, 1 t filizə, 1 m3 suya sərf edilən məsariflə gəlirin həcmi arasındakı fərq nəzərə alınmalıdır. Burada əsas məqsəd müvafiq əmək, vəsait şəraitində təkcə əldə edilən gəliri deyil, eləcə də iqtisadi, sosioloji və təbiəti mühafizə tədbirlərinin səmərəliliyini təyin etməkdən ibarətdir. Bu sahədə başqa mülahizələr də irəli sürülmüşdür. Bunun əsas məzmunu təbii sərvətlərin iqtisadi qiymətləndirilməsində dağ-mədən rentası və bu rentadan əldə edilən gəlirlə ifadə edilir. Belə olduqda iqtisadi qiymətləndirmə hər hansı təbii sərvəti istifadə edən sənaye müəssisəsinin inkişaf və fəaliyyət xüsusiyyətlərini də nəzərə alır. Bunun əsasını müəyyən istehsal planının yerinə yetirilməsi dövrü ərzində xammaldan alınan məhsul istehsalına sərf edilən əşyalaşmış və canlı material sərfi səmərəliliyi təşkil edir. Bu çoxlu miqdarda iqtisadi statistik materialların təhlilini tələb edir. Belə mürəkkəb işlər ixtisaslaşdırılmış müəssisələrin müvafiq şöbələrinin və laboratoriyalarının mövcudluğu şəraitində daha müvəffəqiyyətlə yerinə yetirilə bilər.

Qeyd etmək lazımdır ki, xalq təsərrüfatı mübadiləsinə verilən ilkin və təkrar xammaldan alınan səmərə ilk emal prosesində (xırdalama, saflaşdırma, neytrallaşdırma) deyil, onların son mərhələdə emalından (hazır məhsul istehsalından) sonra müəyyən edilir. Buna görə həmin sərvətlərin iqtisadi qiymətləndirilməsi ekoloji mühitin normal inkişafı, ətraf təbii mühitin mühafizəsini təmin etmək şərti ilə istifadə prosesinin son mərhələsinə - istehsalın səmərəliliyinə əsaslanmalıdır.

Elmi-texniki tərəqqinin nailiyyətləri şəraitində təbiətlə cəmiyyət arasındakı qarşılıqlı vəhdətə əməl edilməsi zəruriliyinin nəzərə alınması məqamının ―sərfəli‖ və ―sərfəsiz‖ xammal arasındakı istehsal fərqləri və texnoloji üsulların tətbiqi şəraitində hər hansı müəssisə üçün hətta ―sərfəsiz‖ və keyfiyyətsiz hesab edilən xammalın emalı son mərhələdə xalq təsərrüfatı kompleksində faydalı ola bilər.

Göstərmək lazımdır ki, Yerin təkindən çıxarılan xammaldan alınan məhsulların qiyməti istismara vermək faydalı qazıntı mədənlərinin səmərəliliyini ifadə edə bilməz. Keyfiyyətsiz faydalı qazıntı mədənlərində çıxarılan ―kasıb‖ xammaldan alınan məhsulun dəyərinə ―orta satış qiyməti ilə‖ müqayisə etsək göstərilən xammalın istifadəsi sərfəsiz olur. Lakin, xalq təsərrüfatının müxtəlif çeşidli faydalı qazıntı xammalına olan müasir tələbat şəraitində ―kasıb‖ xammaldan da istifadə edilməsi zəruridir. Bu milyon illərin yaratdığı məhsulların səmərəli istifadə edilməsini təmin edən mühüm amildir. İqtisadi qiymətləndirmə vaxtı belə sərvətlərlə yanaşı istifadə edilməyən, lakin gələcəkdə istifadəsi mümkün olan ehtiyatlar da nəzərə alınmalıdır. Burada iqtisadi qiymətləndirmənin müasir göstəriciləri şərti qəbul edilə bilər.

İstehsalın elmi-texniki tərəqqinin müasir inkişafında və bütün təbii sərvətlərdən istifadə edilməsi prosesində mineral xammal ehtiyatı təkcə əmək şəraiti olmayaraq, əmək alətinin nəticəsinin və göstərilən sərvətlərin təkrar istehsalının nizamlayıcısı kimi özünü ifadə edir. Mineral xammal ehtiyatının sənaye istehsalı prosesində təkrar istehsala nail olunması geoloji kəşfiyyat işlərinin düzgün təşkili, xammaldan kompleks istifadə edilməsi istehsal tullantılarının yenidən emala verilməsi, korlanmış torpaqların rekultivasiya yolu ilə istifadəyə cəlb edilməsi şəraitində mümkündür. Istehsalın belə təşkili şəraitində təbiətdən alınan sərvət və məhsullar dəyər daşıyıcısına çevrilir və istehsal vasitələrinə daxil edilməklə son mərhələlərdə hazır məhsul şəklində istehsala verilir. Mineral sərvətlər əmək məhsulu və dəyər daşıyıcısı kimi istehsalın inkişafının yerləşdirilməsinə, sənaye komplekslərinin yaradılması və fəaliyyətinə təsir edən mühüm amildir. Lakin, bunun səmərəliliyi təsərrüfat əhəmiyyəti, iqtisadi qiymətləndirmə mexanizmi vasitəsilə ictimai istehsalda xüsusilə emal və realizasiya prosesində tutduğu mövqedən asılıdır. Planlaşdırma və məhsuldar qüvvələrin səmərəli inkişafı təsərrüfatın idarə edilməsində əlverişli variantların seçilməsini və tətbiqini təbii sərvətlərə qiymət qoyulmasının ətraf təbii mühitin mühafizəsinə dair dövlət qərarlarını həyata keçirməyi tələb edir. Bu baxımdan mineral sərvətlərin iqtisadi qiymətləndirilməsinin əhəmiyyətli olması, xərc və əmək sərfi nəzərə alınmaqla nəinki iqtisadi səmərə almaqda, eləcə də geoloji mühitin normal inkişafına şərait yaratmaqda özünü göstərir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin