Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsi – sərvətlərin təsərrüfat qiymətlərinin pulla ifadəsidir.
Indiki dövrdə təbii ehtiyatların qiymətləndirilməsinin iki növü var:
mənimsənilmiş ehtiyatların qiymətləndirilməsi;
hələ tam mənimsənilməmiş ehtiyatların qiymətləndirilməsi
Mənimsənilmiş ehtiyatların qiymətləndirilməsi dedikdə bazar göstəricilərinin və coğrafi amillərində nəzərə alınması ilə kompleks tədbirlərin həyata keçirilməsi deməkdir. Məs: kənd təsərrüfatı sahəsində torpaqların kadastr qeydiyyatı və ya neft
yataqlarının istifadəsi zamanı təbii ehtiyatların qiymətləndirilməsi.
İkinci növə isə hələ tam mənimsənilməmiş yataqlardakı təbii ehtiyatların və ya rekreasiya ehtiyatlarının qiymətləndirilməsi aiddir. Bu qiymətləndirmədə resursun gələcək perspektiv istifadəsi və qarşıda duran işlərin layihə dəyəri və maraqlandıran resursların ehtiyatda olan kəmiyyət göstəriciləri nəzərə alınır.
Təbii ehtiyatlara düzgün qiymət verməklə bir çox problemləri müvəffəqiyyətlə həll etmək olar, xüsusilə:
təbii ehtiyatların istifadəsinin variantlarının növbəlilik dərəcəsini seçməklə;
təbii ehtiyatlardan səmərəsiz istifadədən dəyən zərəri və təbiəti mühafizə xərclərinin effektini (səmərəsini, xeyrini) qiymətləndirməklə;
təbiətdən səmərəli istifadənin stimullaşdırılması üzrə tədbirlərin əməli rolunu qiymətləndirməklə;
təbii ehtiyatlardan istifadəyə, ətraf mühiti çirkləndirməyə görə ödəmənin
məbləğinin, vergilərin qoyulmasının, icarə ödəmələrinin əsaslandırılması ilə.
Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi əksər istehlakçılar üçün faydanın müəyyən edilməsidir, yəni tələbatı ödəmək üçün onlara təbiətin töhfəsidir. Hər bir istənilən iqtisadi qiymətləndirmənin ölçüsü əməkdir. Əmək təkrar istehsalı bərpaya, qoruyub saxlamağa, məhsuldarlığı artırmağa sərf olunmuş, ya da bu və ya digər ehtiyatın istifadəsindən qənaət edilmiş əməkdir.
Ümumi planda ətraf mühitdən istifadədə tətbiq olunan iqtisadi qiymətləndirmədə təbii ehtiyatların iqtisadi qiyməti pul vahidi ilə, balla, yaxud natural qiymətlərlə müəyyən edilir. Bunu monetar üsul da adlandırırlar. Prinsip etibarı ilə, bütün təbii rifahları və xidmətləri dəqiq qiymətləndirmək olmaz. Elə nadir obyektlər var ki, qiymətsizdir. Təbiətdən istifadədə bir çox hallarda ənənəvi bazar yoxdur və müvafiq olaraq standart tələb və təklif də yoxdur. Təbii ehtiyatlar nə qədər məhduddursa (azdırsa), onun qiyməti bir o qədər yuxarı olur.
Lakin, bazar qiymətləri heç də həmişə təbii ehtiyatların qıtlığı (azlığı) haqqında işarə vermir. Belə hallarda digər qiymətləndirmə üsullarından istifadə etmək lazım gəlir.
Ətraf mühit və təbii ehtiyatların qiymətləndirilməsi iki əsas funksiyanı yerinə yetirir:
elmi (nəzəri), yəni ―nəyə malikik, nəyimiz vardır?‖ sualına cavab verir;
həvəsləndirici (stimullaşdırıcı).
Təbii zənginliklərin iqtisadi qiymətini təyin etmək üçün ən vacibi ―ödəməyə hazır olmaq‖ konsepsiyasıdır.
Dostları ilə paylaş: |