Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Ətraf mühitin mühafizəsi üzrə fondlara aŞağıdakılar daxildir



Yüklə 0,95 Mb.
səhifə125/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   121   122   123   124   125   126   127   128   ...   148
Mövzu 6

Ətraf mühitin mühafizəsi üzrə fondlara aŞağıdakılar daxildir:

  • Ətraf mühitin mühafizəsi üzrə fondlar ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin, ona vurulan zərərin aradan qaldırılmasının və kompensasiya verilməsinin, ətraf mühitin mühafizəsi sahəsində başqa tədbirlərin maliyyələşdirilməsi üçün yaradılır;

  • Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət və ictimai fondların yaradılmasına yönəldilir;

  • Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu təbiətdən istifadəyə görə ödəmələr, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələr, qanunvericilikdə müəyyən edilmiş qaydada müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər, könüllü ianələr, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar hesabına təşkil edilir.

Azərbaycanda 1989-cu ildə büdcədənkənar xüsusi təbiəti mühafizə fondu yaradılmış və onun formalaşması və istifadəsi haqqında qaydalar Respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.

Həmin fond əsasən, ətraf mühiti çirkləndirməyə və tullantıların yerləşdirilməsinə görə ödəmələr və cərimə, iddialardan gələn vəsait hesabına formalaşır.

Rusiyada analoji büdcədənkənar ekoloji fondların 10%-i federal büdcəyə, qalan 90%-i isə büdcədənkənar fondlar sisteminə köçürülür və aşağıdakı kimi bölünür: 60%-i yerli büdcələrə (rayon, şəhər), 30%-i federasiya subyektləri səviyyəsində paylanır. Bu fond vəsaitləri məqsədyönlü olaraq təbiəti mühafizə obyektlərinin tikintisinə, ekoloji təmiz texnologiyaların tətbiqinə, ekoloji təhsilin inkişafına, elmi tədqiqat işlərinə xərclənməlidir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin