Ətraf mühiti çirkləndirməyə görə ödəmələrin cəminə aşağıdakılar təsir göstərir:
çirkləndirici maddələrin atılmasının (axıdılmasının, yerləşdirilməsinin) ümumi kütləsi (çəkisi, həcmi);
çirkləndirici maddələrin aqressivlik (toksiklik) üzrə strukturu;
normativ və limitlərə riayət edilməsi;
ehtiyat qoruyucu texnologiyadan istifadənin dərəcəsi (səviyyəsi);
həyata keçirilən təbiəti mühafizə tədbirlərinin müddəti və həcmi; 6) fəaliyyət göstərən təbiəti mühafizə avadanlığının səmərəsi.
Üçüncü mərhələ, artıq SSRİ-nin dağılmasından, iqtisadi əlaqələrin qırılmasından və MDB ölkələrində inflyasiyadan sonra başladı və ödəmələrin həcmi artırıldı. Məsələn, Belarusiyada 350 dəfə, Rusiya və Ukraynada 250-320 dəfə, Azərbaycanda 10 dəfə artırıldı. Sonralar 1997-ci ildə bu artım 470 dəfə təklif edildi, lakin ödəmələrin minimum əmək haqqı ilə ölçülməsi müəyyən çətinliklər yaratdığından məsələ təxirə salındı.
Ödəmə Ö aşağıdakı düsturla müəyyən edilir:
Burada, mi – zərərli maddənin atılması, ton. B1 – ödəmə norması (regional əmsallarla birlikdə). k – pulun dəyərdən düşməsinin (inflyasiya) indeksləşdirmə əmsalı.
Azərbaycanda Nazirlər Kabinetinin təsdiq etdiyi ödəmə normativləri (mart 1992-ci il) atmosferə atılan maddələr üçün nəzərdə tutulmuşdur. Suya atılan maddələr üçün Azərbaycan Respublikası təbiəti mühafizə üzrə müvafiq səlahiyyətli icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmişdir.
Səyyar mənbələrdən (avtomobillərdən) ətraf mühitə atılan çirkləndirici maddələr işlədilən yanacağın həcminə əsasən hesablanır. Bərk tullantıların yerləşdirilməsinə görə ödəmələr müəyyən edilmiş limitdən, tullantıların toksiklik dərəcəsindən, miqdarından və yığılma yerindən asılıdır. Tullantıların yerləşdirilməsinin baza normativləri tullantının vahid kütləsinin IV sinif toksiklik göstəricisinə və ödəmənin indeksasiya əmsalına hasili kimi təyin edilir.
Təhlillər göstərir ki, zaman keçdikcə ətraf mühiti çirkləndirməyə görə ödəmələr həvəsləndirmə üzrə və təbiəti mühafizəyə vəsait toplamaq sahəsində öz əsas funksiyasını tamamilə yerinə yetirə bilmir. Belə ki, onlar indeksasiya aparılmadığından rəmzi xarakter alır. Məsələn, 1995-ci ildə artım əmsalı Rusiyada 17, Azərbaycanda 10 idi. 2001-ci ilin yanvarından bu əmsal 94 müəyyən edilmişdir, Azərbaycanda isə 2005-ci ilə kimi manatın indeksasiyası aparılmadığından həmin əmsal dəyişməmişdir. Halbuki, manatın qiymətdən düşməsi davam edirdi. Bundan başqa ətraf mühitin çirklənməsi haqqında məlumatlar hər zaman dürüst olmur, belə ki, Azərbaycanda hələ də dəqiq ölçmə işləri həyata keçirilmir. Müəssisələrə çirklənmənin səviyyəsini azaltmaq sərfəlidir. Lakin bunun üçün hələlik imkan yoxdur. Monitorinq də hələlik kifayət qədər geniş tətbiq edilmir. Odur ki, əsasən seçmə ölçmələrdən, laboratoriya sınaqlarından və xüsusi hesablama metodlarından (ilk növ-bədə balans metodu) istifadə edilir. Tullantıların (axıntıların) həcminin müəssisələr tərəfindən gizlədilməsi halları aşkar edilərsə, bunlar limitdən artıq hesab edilir və belə halda artırıcı əmsaldan istifadə edilməsi lazım gəlir. Əgər limit təyin edilməyibsə, onlar limitdən artıq hesab edilir.
Hələ indiyə qədər neft və qazçıxarma sahəsində atmosferə atılan karbohidrogenlərin və digər tullantıların miqdarı dəqiq təyin edilməmişdir. Neft tutumlarının səthindən nə qədər buxarlanma baş verdiyi müəyyən edilməmişdir. Vaxtı ilə normativ itkilərin ətraf mühitə atılmasını gizlədirdilər, halbuki, bu rəqəm 7-9% təşkil edirdi. Eyni sözləri su obyektlərinə axıdılan çirkab suları haqqında da demək olar. Hazırda Azərbaycandakı 80-dən çox şəhər və rayon mərkəzindən
bütün kommunal-məişət tullantı suları tamamilə təmizlənmir. Əslində, bu axıntılar qəza hallarında ətraf mühitə axıdılan çirkab sularına bərabər tutulmalı və günahkarlara qarşı yüksəldici əmsal (5-10 dəfə) tətbiq edilməlidir. Halbuki, qəza vaxtı yaylım axıntılar (atılmalar) zamanı, ətraf mühitə, təsərrüfat obyektlərinə böyük zərər dəyir. Belə hallarda, məsələn, Rusiyada iqtisadi sanksiyalar 25 dəfə artırılır. Azərbaycanda isə həmin rəqəm 10-a bərabərdir.
Dostları ilə paylaş: |