Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


b) Çiklənməyə görə ödəmə prinsipləri



Yüklə 0,95 Mb.
səhifə120/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   116   117   118   119   120   121   122   123   ...   148
Mövzu 6

b) Çiklənməyə görə ödəmə prinsipləri:

Ekoloji ziyana görə ödəmələr bazar tarazlığının reallıqlarına uyğun gəlir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq vergi-dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Doğrudan da nəzəriyyədə hər şey məntiqli və sadə görünür. Ətraf mühiti çirkləndirən müəssisələr təsərrüfat fəaliyyətlərini yaxşılaşdırmağa cəhd edərək bu üsulla çirklənmənin qarşısını alaraq ödəmələrdən azad olunurlar. Ödəmənin miqdarı müəssisənin ətraf mühitə vurduğu ziyanın illik həcminin hesablanmış pulla ifadəsinə bərabərdir.

Çirkləndirməyə görə ödənilən haqq səlahiyyəti dövlət orqanı tərəfindən həyata keçirilir. Çirklənməyə görə alınan ödənişlər, büdcədənkənar ekoloji fondların maliyyələşdirilməsinə yönəldilir. Azərbaycan Respub-likasının vergi sistemində təbii sərvətlərdən istifadəyə, ətraf mühitin çirklənməsinə görə müəssisələr vəsaitlərinin 10 faizini dövlət büdcəsinə köçürməlidirlər. Təəssüfki, həmin ödəmələr təbiəti mühafizə fəaliyyətinin maliyyə əsası kimi qəbul olunan ekoloji fondların möhkəmləndirilməsinə əhəmiyyətli təsir göstərmir.

Müəssisənin ekoloji səmərəliliyi marağı olan daxili və xarici tərəflər üçün daha mühüm əhəmiyyət kəsb edir. Bununla belə ekoloji qanunvericiliyin tətbiqi təcrübəsi göstərir ki, məhsul istehsalçıları öz müəssisələrində istehsal proseslərinə və buraxdıqları məhsula ekoloji nəzarətin təmin olunması tədbirlərini könüllü həyata keçirmək istəmirlər. Çünki, ekoloji normalara riayət olunması tənzimləyici qurğuların tikilməsi və ekoloji təmiz məhsulların yeni texnologiya ilə buraxılması əlavə xərclərlə müşayiət olunur.

Müəssisənin rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsi zəruriliyinin dərk olunma amili çox zaman müəssisənin kommersiya marağından həmişə üstün sayılmır. Odur ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda, müəssisələr ekoloji

təhlükəsizlik normalarına riayət olunmanı təmin etmək üçün ekoloji qanunvericiliyə riayət etməyən istehsalçılara dövlət orqanları cərimə sistemləri tətbiq edirlər. Həmin ödəmələr isə su mənbələrinə və atmosferə zərərli maddələrin buraxılma normalarını pozan müəssisələrə cəza tədbiri kimi əhəmiyyətsizdir. Belə ki, təbiəti çirkləndirən müəssisələr üçün göstərilən ödəmələr mövcud təmizləyici qurğuların modernləşdirilməsi və ya yenilərinin tikilməsi ilə bağlı çəkiləcək xərclərlə müqayisədə çox kiçikdir.

Bu sahədə baza normativ sənəd Azərbaycan Respublikası Nazirlər

Kabinetinin ―Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına ödəmələrin tətbiqi və həmin ödənişlərdən gələn vəsaitdən

istifadə haqqında‖ qərarla təbiətə çirkləndirici maddələrin axıdılması, tullanması və yerləşdirilməsinə görə ödəmə normaları (hər il indeksasiya edilir) və onların tətbiqi qaydaları müəyyən olunur.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin