b) Su obyektlərindən istifadəyə görə ödəniŞvə s.
Suya görə ödəmə keçmiş Sovet İttifaqında, o cümlədən Azərbaycanda, 1982ci ildən xərc metodu əsasında tətbiq edilirdi. Hazırda suya görə ödəmələr həm səth suları, həm də yeraltı sular üçün alınır. Azərbaycanda suya görə ödəmələr 1990-cı ilin qiymətləri ilə 1992-ci ildən tətbiq edilir. Manatın qiymətdən düşməsi ilə əlaqədar həmin məzənnələr 1995-ci ildə 10 dəfə artırılmışdır. Lakin, artıq o vaxtdan sonra bu qiymətlər də özünü doğrultmur. Xüsusən, yeraltı suların qiymətləri çox aşağı müəyyən edilmişdir. Ona görə də içmək üçün tam yararlı şirin yeraltı suların 80-90 %-i pulsuz (yalnız xidmət haqqı alınır) istifadə edilir. Kür çayının suyu iki böyük su kəməri vasitəsilə Bakı şəhərinə verilir. Hazırda Azərbaycanda qazılmış 150000-dən çox şirin su verən quyuların illik istismar ehtiyatı rəsmi olaraq 5,0 mlrd. kub m. təşkil edir. Bu ehtiyat əslində 7,0-7,5 mlrd. kub m.-dir. Eyni zamanda, yeraltı sular üzrə mineral-xammal bazasını artırmaq üçün ayırmalar həyata keçirilir və su obyektlərinə çirkli maddələrin axıdılmasına görə ödəmələr tutulur.
Sudan istifadəyə görə ödənişlər xüsusi icazələr əsasında istifadə növündən asılı olaraq müəssisə və təşkilatlara tətbiq edilir. Aşağıda göstərilən məqsədlər üçün sudan istifadə zamanı ödəmə tələb olunur:
su hövzəsindən su yığımını həyata keçirəndə,
sudan hidroenerji məqsədilə istifadə olunanda,
faydalı qazıntıların hasilatı, rabitə vasitələrinin, bina və tikililərin yerləşdirilməsi zamanı, qazma işləri aparılan zamanı su akvatoriyasından istifadə olunanda,
çirkli və tullantı sularının su hövzələrinə axıdılmasından və s.
Aşağıda göstərilən məqsədlər üçün sudan istifadə olunduqda haqq yəni pul alınmır:
təbii fəlakətlər və qəzaların aradan qaldırılması zamanı su yığımında;
fermer təsərrüfatında (əkinçilikdə, heyvandarlıqda, quşçuluqda) istifadə olunan suya görə,
su akvatoriyasının bi0loji resurslarının bərbası zamanı və balıqçılıqda istifadə olunan suya görə,
dövlət tərəfindən su və ya digər təbii ehtiyatların monitorinqi keçirilərkən və topoqrofik, hidroqrafik, geodeziya sahəsində dövlət tərəfindən elmi tədqiqatlar aparılarkən istifadə olunan suya görə və s. haqq alınmır.
Ehtiyatlardan istifadəyə görə ödəmələr Rusiyada federal, regional və yerli büdcələrə daxil edilir. Ödəmələrin büdcələr arasında paylanma nisbəti ehtiyatların növündən asılıdır.
Rusiyada təbiətdən istifadə vaxtı büdcəyə daxil olan gəlirlər:
royaltı payı və sudan istifadəyə görə ödəmələr;
mineral-xammal bazasının artırılması üçün ayırmaların (yığımların) payı;
torpaq vergisindən və kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsindən alınan gəlirlər;
şəhər və digər yaşayış məntəqələri torpaqlarının icarəyə verilməsindən alınan vəsaitin müəyyən qismi;
ətraf mühiti çirkləndirməyə görə ödəmələrin payı (Rusiyada bu rəqəm 10 %, Azərbaycanda isə 100 % təşkil edir).
Adətən, ətraf mühit və təbiətdən istifadə vaxtı dövlət büdcəsinə gəlirlərin məbləği ekoloji məqsədlərə yönəldilən xərclərdən çoxdur. Məsələn, Rusiyada bu rəqəm 1995-ci ildə gəlir üçün 1,98%, xərclər isə 1,03%, 1996-cı ildə isə müvafiq olaraq 3,2% və 0,75% olmuşdur. Azərbaycanda isə bu rəqəm daha aşağıdır.
Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmələr iki hissədən ibarətdir:
normativlər daxilində istifadə hüququna görə;
normadan artıq istifadəyə görə.
Birinci hissə faktiki olaraq məhsul alıcılarının (istehlakçıların) üzərinə düşür. Əgər bu ehtiyatlar daha səmərəli istifadə edilərsə, istehsalçılar bu hissədə əlavə gəlir əldə edə bilərlər. Ödəmələrin ikinci hissəsi istehsalçının gəliri hesabına örtülməlidir, çünki həmin məbləğ buraxılan məhsulun maya dəyərinə salınmır.
Təbii ehtiyatların bərpasına (artırılmasına) və mühafizəsinə görə ödəmələr məhsulun maya dəyərinə əlavə edilir və xüsusi fondların mənbəyi olur. Rusiyada ilkin mərhələdə nəzərdə tutulan üç fonddan (meşə, su və Yerin təki) yalnız Yerin təki üzrə fond qalmışdır.
Bütövlükdə, qeyd etmək lazımdır ki, təbii ehtiyatlara görə ödəmələrin qiyməti
(ölçüsü) xeyli aşağıdır. Onların vaxtında indeksləşdirilməsi həyata keçirilməli, dünya təcrübəsində ehtiyatlara qiymətqoyma meylləri nəzərə alınmalıdır. Məsələn, cəriməyə görə ödəmə Rusiyada 5 % təşkil edir, ixracata gedən meşə materialı üçün bu rəqəm 40 %-dir. Gələcəkdə müxtəlif təbii ehtiyatlardan istifadəyə görə ödəmələri onların tam iqtisadi qiymətinə müvafiq olan səviyyəyə qədər mərhələlərlə həyata keçirmək lazım gəlir. Belə halda ola bilsin ki, renta iqtisadiyyatı ideyasını həyata keçirmək mümkün olsun. Dövlət büdcəsinin gəlir hissəsi əsasən rentanın tam həcmdə tutulması hesabına da formalaşa bilər.
Dostları ilə paylaş: |