Yerin təkindən istifadəyə görə bəzən aşağıdakı ödəmələr də vardır:
faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatına görə ödəmələr;
faydalı qazıntıların hasilatına görə ödəmələr;
yerin təkindən başqa məqsədlər üçün istifadəyə görə ödəmələr.
Ödəmələrin formaları birdəfəlik və hasilatdan sonra müntəzəm olur. Bu ödəmələrin son (yekun) ölçüləri Yerin təkindən istifadə üçün lisenziya ilə tənzimlənir. Mineral-xammal bazasının artırılması üçün ödəmələr satılmış məhsulun qiymətindən pay (faiz) kimi tutulur. Yerin təki üçün ödəmələr müxtəlif ölkələrdə müxtəlif səviyyəli olmaqla büdcələrə daxil olur. Yer təkinin istifadəsinin növündən asılı olaraq vəsaitin mərkəzləşdirilməsi və ya büdcələr arasında paylanması müvafiq qaydalarla müəyyən edilir. Rusiyada geniş yayılmış faydalı qazıntılara (qum, gil, çınqıl, çaqıl, qumca, gilcə və s.) görə 100 % yeraltı ödəmə (Yerin təkindən istifadə hüququna görə ödəmə) yerli büdcələrə daxil olur. Geniş yayılmayan faydalı qazıntıların hasilatı zamanı ödəmələrin paylanması aşağıdakı kimi olur – yerli büdcəyə - 50 %, regional (vilayət) büdcəyə - 25 %, federal büdcəyə - 25 %. Azərbaycanda hələlik bütün ödəmələr mərkəzi büdcəyə daxil edilir.