|
Təbii ehtiyatlardan istifadəyə görə ödəmələrin formalaŞması
|
səhifə | 112/148 | tarix | 04.02.2022 | ölçüsü | 0,95 Mb. | | #52104 |
| Mövzu 6
Təbii ehtiyatlardan istifadəyə görə ödəmələrin formalaŞması aşağıdakılardan ibarətdir:
ödəmənin növü;
ayrı-ayrı ödəmələrin ölçüsünün təyini üsulları;
ödəmələrin təyin edilməsi, alınması və istifadəsi.
Ehtiyatlardan istifadəyə görə ödəmələr aşağıdakı prinsiplərə əsaslanır:
yaxşı (əla) ehtiyat üçün ödəmənin qiyməti yüksək olmalıdır;
ödəmənin qiyməti lazımi səviyyədə olmalıdır ki, resurs tutumunu azalda bilsin, ya da bu ehtiyatı (sərvəti) əvəz etməyə imkan yaratsın;
ödəmənin ölçüsü bazarın rəqabətini (məzənnəsini, tələb və təklifi) nəzərə almalıdır;
istifadə olunmayan təbii ehtiyatların potensial qiyməti olmalıdır, hesablamalarda nəzərə alınmalıdır və zaman keçdikcə düzəlişlər edilməlidir;
ödəmələrin ağırlığının (yükünün) istifadəçilərin üzərinə düşməsinin qarşısının alınması təmin edilməlidir.
Dostları ilə paylaş: |
|
|