Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun vəsaitləri aŞağıdakı tədbirlər üçün istifadə edilir:
elmi tədqiqat işlərinə, ehtiyat qənaətedici və ekoloji təmiz texnologiyalarının tətbiqinə;
təbiətdən istifadəçilər tərəfindən həyata keçirilən təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə;
ətraf mühitin çirklənməsi nəticəsində dəymiş ziyanın bərpası sahəsində həyata keçirilən tədbirlərə;
çirklənmə və başqa mənfi təsirlər nəticəsində vətəndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş kompensasiyanın verilməsinə;
ətraf mühitin pozulmuş ekoloji tarazlığının bərpasına, proqram, layihələrin, normativ-metodiki sənədlərin işlənməsinə və həyata keçirilməsinə;
ekoloji tərbiyə və təhsilə;
xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsinə;
nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsinə və
bərpasına;
ətraf mühitin mühafizəsi sahəsində dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına;
ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə;
ətraf mühitin mühafizəsi sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi məqsədilə onların maddi stimullaşdırılmasına.
MÖVZU 15.
ƏTRAF MÜHİTDƏN İSTİFADƏNİN İQTİSADİYYATINDA EKOLOJİ