təbii mühit komponentlərinə faktiki təsirin yol verilən təsirlə və fon göstəriciləri (ümumi göstəricilər) ilə tutuşdurulması;
cari hesablamaların aparılması (tullantıların səpələnməsi, suların qarışdırılması və s. barədə), statistik hesabat formalarının hazırlanması.
2. Orta səviyyə (müəssisə, təsərrüfat subyektləri):
təbii mühit komponentlərinin çirkləndirilməsinin yol verilən həddi aşması barədə məlumatların təhlili, müəssisənin bütün obyektlərinin təsir zonalarında təbii mühit komponentlərinin deqradasiyasının qiymətləndirilməsi;
təbii mühit komponentlərinin çirkləndirilməsinə və təbiətdən istifadəyə görə ödəniş səviyyəsinin qiymətləndirilməsi;
ekoloji şəraitin yaxşılaşdırılması üçün təsir səviyyəsinin azaldılması üzrə işlərin zəruriliyinin və istiqamətləndirilməsinin müəyyən edilməsi;
ətraf mühitin mühafizəsi və təbiətdən istifadə tədbirlərinin planlaşdırılması; - hesabat sənədləri, ödənişlərin hesablanması.