Sığorta müqaviləsi aŞağıdakı əsas bölmələri özündə əks etdirir:
müəssisənin adı, ünvanı, ekoloji riskin xarakteri;
illik dövriyyənin (pulla ifadəsində) həcmi;
müəssisənin istehsalat fəaliyyəti haqqında məlumat;
istehsalat prosesinin xarakteri, xammalın, materialların və istehsal edilən məhsulun növləri haqqında məlumat;
ətraf təbii mühit haqqında məlumat (əhalinin sayı, sıxlığı, istifadə edilən sahələrin xarakteri, torpaq, yerüstü və yeraltı sular);
əsas atılmalar (axıntılar) və tullantılar, ətraf mühitin vəziyyətinə nəzarət metodları;
atılmaların (axıntıların) risk dərəcəsi, onların ləğvi üzrə tədbirlər və s.
Müqavilələr adətən bir ilə bağlanır və müəssisənin arzusu ilə uzadıla bilər. Fasiləsiz olaraq 2 və daha çox ilə müqavilə bağlanarkən güzəştli (10-30%) imtiyazlar nəzərdə tutulur.
Ekoloji məsuliyyətin sığorta prosesi sığorta kompaniyasının iştirakı olmadan da, sənaye kompaniyalarının qarşılıqlı sığortalanma yolu ilə də həyata keçirilə bilər. Onlar birləşmiş fondlar yarada bilər, yaxud şəxsi (məxsusi) ehtiyat fondları formalaşdıra bilər.
Bütövlükdə ekoloji sığorta ekoloji menecment üçün çox cazibədardır və özündə iqtisadi-ekoloji maraqları birləşdirir. Onun geniş tətbiq edilməsinə aşağıdakılar mane olur:
tamamlanmış normativ-hüquqi bazanın olmaması;
müəssisələrin ağır iqtisadi vəziyyəti, sığorta haqlarının ödənilməməsi;
ekoloji risklərə görə yüksək tarif stavkalarının olması, avadanlıqların
köhnəlməsi üzündən sığorta hadisələrinin ehtimalının böyük olması.
Dostları ilə paylaş: |