Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ



Yüklə 0,95 Mb.
səhifə57/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   53   54   55   56   57   58   59   60   ...   148
Mövzu 6

NormalaŞdırma üsullar qrupu xalq təsərrüfatında, yaxud onun ayrılıqda sahələrinin (zərər verənin) çirklənmədən dəyən zərərin orta miqdarının elmi səviyyədə tədqiq edilməsi və müvafiq olaraq zərərin orta qiymətinin iqtisadi qiymətləndirilməsinin qabaqcadan öyrənilməsindən ibarətdir.

Alınmış orta göstəricilər normalar kimi təsdiq olunurlar. Bütövlükdə düzəliş əmsalları şəklində ödənilən zərərin miqdarının təyin olunmasında əmək tutumlu nəticələrin qiymətləndirilməsində istifadə olunurlar.



Analitik üsullar qrupu iqtisadi zərərlə çirklənmənin xarakteristikası arasında əlaqə analitik asılılığın olması ilə əlaqədardır. Bu və ya hər hansı başqa yaxınlaşmadan istifadə olunması zərərin təyin olunmasının konkret məqsədindən asılıdır (o cümlədən hüquqi subyektlərin qarşılıqlı əlaqələrinin vəziyyətindən).

Bazar iqtisadiyyatı ölkələrində ətraf mühitin çirklənməsindən yaranan zərərin iqtisadi qiymətləndirilməsində çox vaxt müqayisə üsulundan istifadə olunur. Bu üsullar istehlakçının pul vəsaitinə əsaslanır və ona görə də onlara ətraf mühiti çirkləndirməyə imkan verilmir. Adətən bu halda aşağıdakı iki metodoloji yaxınlaşma tətbiq olunur:



  1. ətraf mühitin yaxşılaşdırılması üçün istehlakçının ödəməyə hazırlığının qiymətləndirilməsi (İÖH);

  2. ətraf mühitin pisləşməsi ilə istehlakçının razılaşmasının hazırlığının qiymətləndirilməsi (İRH).

Ətraf mühitin çirklənmə səviyyəsinin yüksəlməsi sənayecə inkişaf etmiş regionlarda əhali, meşə, kənd təsərrüfatı bitkiləri və heyvanat aləmi, su və meşə təsərrüfatı üçün ciddi təhlükə törədir. Heyvanın, suyun, torpağın zəhərlənməsi müxtəlif (angina, bronxit, qrip, xərçəng, mədə, ciyər və s.) xəstəliklərin əmələ gəlməsinə, onun ildən ilə kəskin surətdə artmasına, bitki örtüyünün azalmasına səbəb olmuşdur. Hazırda xərçənglə xəstələnmə halları XX əsrin əvvəli ilə müqayisədə on dəfədən çox artmışdır. Bu insanların təbii ehtiyatlardan səmərəsiz istifadə etmələri, ətraf mühitə daha çox müxtəlif tullantılar, xüsusilə də tüstülü qazların atmaları hesabına baş vermişdir. Coğrafiyaşünasların məlumatına görə insanlar yer kürəsi ərazisinin 60 %-dən çoxunu istismar edirlər. Çay axarının 20 %dən, meşə ehtiyatlarının isə 70%-ə qədərindən istifadə olunur. İnşaat və mədən işləri nəticəsində hər il 4000 km3 süxur və qrunt, yerin tərkibindən ildə 120 milyard tondan çox faydalı qazıntı (neft, qaz, daş kömür və s.) çıxarılır və 7-8 mlrd. ton şərti yanacaq vahidi yandırılır. Yeraltı sular intensiv surətdə istifadə edilir, göllər qurudulur.

Bunlar isə yer səthinin qarşısıalınmaz çökmələrinə, sürüşmələrə səbəb olur. İnsanın təsərrüfat fəaliyyəti sayəsində su hövzələrinə milyard tonlarla sənayeməişət çirkab suyu axıdılır, ildə 800 mln. ton müxtəlif metallar əridilir, tarlalara 300 mln. tondan çox mineral gübrə, 4-5 mln. tona qədər zəhərli maddə səpilir, hər il atmosferə 23 mlrd. tondan çox karbon qazı, 1 mlrd. tondan çox kimyəvi maddələr buraxılır. Hesablamalara görə 50-100 ildən sonra çaylara axan bütün sular, artan sənaye əhəmiyyətli balıqlar, habelə meşələr tam istifadə ediləcəkdir.

100-200 ildən sonra isə ətraf mühitə daxil olan enerjinin miqdarı günəşdən gələn radiasiyanın miqdarına bərabər olacaqdır. Energetikanın hazırki inkişafı nəticəsində havanın istiliyinin 3,50S artmasına və bununla da buzlaqların əriməsi və okeanların səviyyəsinin qalxması ehtimalı ola bilər. Hazırda dünya üzrə ildə enerji istehsalı 8 % artır ki, bu da ətraf mühitə mənfi təsir göstərir.

Ekoloji-iqtisadi zərər - çirkləndirmə nəticəsində ətraf mühitdə, təbii ehtiyatların kəmiyyət və keyfiyyətində baŞverən mənfi dəyiŞikliklər, habelə bu dəyiŞikliklərin nəticələrinin pulla qiymətləndirilməsi baŞa düŞülür. Ekoloji zərər və onun nəticələri müxtəlif növlərdə və sahələrdə çirkləndirilmiş hava və sudan istifadə edən insanların səhhətinin pisləşməsi (ictimai zərər), sənaye tullantıları ilə (çirkləndirilmiş torpaq sahələrinin kənd təsərrüfatı məhsuldarlığının azalması və s.) özünü göstərə bilər. Adətən, təbiətə vurulan zərər ölçülən zaman əvvəlcə müəyyən dəyişikliklər (təbii göstəricilərin pisləşməsi) aşkar edilir, sonra isə onlara iqtisadi qiymət verilir.

Ekoloji-iqtisadi zərəri aşağıdakı düstur şəklində göstərmək olar:



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin