Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ



Yüklə 0,95 Mb.
səhifə58/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   54   55   56   57   58   59   60   61   ...   148
Mövzu 6

U= ΣiUt = ΣXtPt


Burada Ut – i amilinin dəyişməsi ilə meydana çıxan iqtisadi zərər;



Xti amilinin natural həcmi; Pt – i amilinin pulla dəyəri.

Təbiətin mühafizəsi üçün iqtisadi tədbirlərin mühüm məsələlərindən biri ekoloji itkinin minimuma endirilməsidir. Hazırda ekoloji təsiri qiymətləndirməyə imkan verən bir sıra üsullar mövcuddur.

Onlar iki istiqamət üzrə daha ətraflı işlənib hazırlanmışdır:


  1. əmtəə və xidmətlərə təsiri qiymətləndirmək üçün mövcud (bazar)

qiymətlərindən istifadə;

  1. birbaşa xərclərin kəmiyyətindən istifadəyə əsaslanan qiymət.

Birinci üsulda göstərilən istiqamətlər üzrə ekoloji vəziyyət və ekoloji itkiləri əks etdirən natural göstəriciləri hesablamaq mümkündür. Bu istiqamətlərin əsas üstünlüyü, əmtəə və xidmətlərə təsiri qiymətləndirmək üçün bazar qiymətlərindən istifadənin mümkünlüyüdür.

Atmosferin qaz tərkibinin dəyişməsi, dünya okeanlarının çirklənməsi, energetika problemi, əhalinin ərzaq məhsullarına, mineral maddələrə tələbatının ödənilməsi və s. əsas problemlərdəndir.

Təbiətdə baş verən dəyişiklikləri, əmələ gələcək problemləri nisbətən yumşaltmaq və tənzimləmək məqsədilə ondan istifadəni proqnozlaşdırmaq vacib şərtlərdəndir. Təbiətdən istifadəni əvvəlcədən proqnozlaşdırmaq lazımdır. Çünki, bunu etməklə, təbii ehtiyatlardan ardıcıllıqla, səmərəli istifadəyə şərait yaradar, ətraf mühitə dəyən zərəri azalda bilərik. Həmçinin, bu yolla havanın, suyun, torpağın çirklənməsinin qarşısı nisbətən alınar, ekoloji cəhətdən təmiz məhsul istehsalına şərait yaranar.

Təbiəti mühafizənin proqnozlaşdırılması hazırda və gələcək inkişafda təbii sərvətlərdən səmərəli və düzgün istifadəyə, ətraf mühitin zərərli maddələrlə çirklənməsinin qarşısını almağa şərait yaradan əsas amillərdən hesab olunur.

Hazırda elmi-texniki tərəqqinin inkişafı, onun istehsalata tətbiqi, yeni torpaq sahələrinin, meşə massivlərinin, su hövzələrinin istehsal dövriyyəsinə cəlb olunması ətraf mühitin fəal qarışıqlarla çirklənməsini sürətləndirir. Son illərdə kənd təsərrüfatında gübrələrdən zə-hərli kimyəvi maddələrdən səmərəli istifadə olunmaması üzündən torpaq örtüyü müxtəlif dərəcədə eroziyaya uğramış, şorlaşmış, qrunt suları kimyəvi maddələr artığına məruz qalmışdır. Ona görə də hazırkı şəraitdə təbiətin zərərli maddələrlə çirklənməsinin qarşısının alınması vacib olmaqla, proqnozlaşdırma yolu ilə müəyyən tədbirlər sisteminin işlənməsi və tətbiqi mühüm əhəmiyyət kəsb edir. Təbiəti mühafizə tədbirlərinin proqnozlaşdırılması məsələləri öyrənilərkən bir sıra amillərə xüsusi diqqət yetirilməlidir. Çirklənmə nəticəsində ziyan aŞağıdakı səbəblərdən əmələ gəlir: torpaqdan istifadə metodlarının tətbiqi; gübrələrin istifadəsi və tətbiqi; bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı işlədilən zəhərli kimyəvi maddələrin tətbiqi; heyvandarlıqda təbiəti mühafizəsi tədbirlərinin olmaması; sənaye müəssisələrinin istehsal təyinatından asılı olaraq düzgün yerləşdirilməməsi; bir çox sənaye müəssisələrində tullantısız texnologiyanın tətbiq edilməməsi; istehsal tullantılarının təkrar emal edilməməsi;

faydalı qazıntılardan istifadənin proqnozlaşdırılmaması və s.

Bununla yanaşı, təbiətin mühafizəsi və sağlamlaşdırılmasını proqnozlaşdırmaq məqsədilə aşağıdakı tədbirlərində həyata keçirilməsinə xüsusi əhəmiyyət verilməlidir: torpağın, su və külək eroziyasından qorunması üçün aqrotexniki, hidrotexniki, aqromeşə-meliorasiya tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi.

Kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinə və xəstəliklərinə qarşı bioloji mübarizənin gücləndirilməsi üçün tədqiqat işlərinin genişləndirilməsi. Havanın, torpağın, suyun, heyvan və bitki aləminin mühafizəsi məqsədilə zəhərləyici maddələrdən istifadə məqsədilə töv-siyələrin işlənib hazırlanması və tətbiqi. Sənaye tullantılarının bioloji konversasiya üsulu ilə zərərsizləşdirilməsi, hər bir regionda nadir bitki, heyvan növlərinin saxlanması üçün müvafiq tədbirlər sisteminin işlənilməsi, maye yanacaqdan istifadənin yaxşılaşdırılması və onun ətraf mühitə buraxdığı zərərli qazların minimuma endirilməsi üçün tədbirlərin işlənilməsi. Bərk yanacaqdan istifadənin səmərəli formalarının tədqiq olunması. Təbiəti mühafizə tədbirlərinin proqnozlaşdırılması fəal qarışıqların artmasının qarşısını alar, onun ətraf mühitə təsirini zəiflədə bilər, ona görə də bazar iqtisadiyyatının hazırkı mərhələsində təbii ehtiyatlardan istifadəyə, onun mühafizəsi məsələlərinə xüsusi əhəmiyyət verilməlidir.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin