Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Stasionar mənbələrdən ölkənin atmosfer havasına atılan çirkləndirici maddələr



Yüklə 0,95 Mb.
səhifə61/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   57   58   59   60   61   62   63   64   ...   148
Mövzu 6

Stasionar mənbələrdən ölkənin atmosfer havasına atılan çirkləndirici maddələr (min ton)

İllər

Atmosfer havasına atılan

çirkləndirici

maddələr-

Cəmi

O cümlədən:




Bərk maddələr

QazaoxŞar və maye maddələr

Onlardan:




Kükürd

Anhidridi

(SO2)

Karbon oksidi

(CO)

Azot oksidləri

(NO2)

2005

557,9

28,2

529,7

13,8

26,1

25,8

2006

344,2

23,7

320,5

12,4

16,0

29,3

2007

385,9

28,4

357,5

9,2

25,3

23,1

2008

295,0

31,3

263,7

8,0

37,4

33,6

2009

300,0

19,8

280,2

4,3

27,6

24,2

2010

214,8

19,3

195,5

2,2

27,2

19,8

2011

224,0

18,0

206,1

2,7

33,5

21,3

2012

226,5

9,9

216,6

3,3

34,9

23,7

Atmosfer havasının çirklənməsinin qiymətləndirilməsi tədqiqat ərazisində

hava hövzəsinin çirklənməsinin hərtərəfli hesablanmasına (qeydiyyatına) əsasla-

nır; bu, birbaŞa (bilavasitə) dolayı yolla və indikator meyarları ilə səciyyələnir.

Birbaşa (bilavasitə) meyarına geohidrokimyəvi, geodinamiki, tibbi sanitariya və ehtiyat meyarları daxildir.



Geohidrokimyəvi meyar qrupu geosferin kimyəvi, mexaniki, radionuklid çirklənməsini, tibbi-sanitar meyarı ilə bakterioloji çirklənmənin qiymətləndirilməsinə imkan verir. Geodinamik meyar qrupu geosfer sahəsinin təbii və antropogen geoloji proseslərlə pozulmasının (zədələnməsinin) qiymətləndirilməsi ilə əlaqədardır, ehtiyat meyarı isə biotanın, o cümlədən insan cəmiyyətinin normal yaşaması üçün lazımi sərvətlərin qiymətləndirilməsi ilə əlaqəlidir.

Dolayı meyarlarla qiymətləndirmə geosferin (təbii mühitin

komponentlərinin) müasir vəziyyətini həm-hüdud (yanaşı) mühitin (atmosfer və torpaq, atmosfer və bitki örtüyü və s.) qiymətləndirilməsi meyarı vasitəsilə qiy-

mətləndirməyə kömək göstərir.

İndikator (indiqasiya) meyarı ilə qiymətləndirmə bir qayda olaraq bu və ya digər geosferin ümumi vəziyyətini göstərir.

Qiymətləndirmənin birbaŞa (bilavasitə) meyarı. Hava hövzəsinin çirklənmə vəziyyətinin əsas meyarı insanın sağlamlığına mənfi təsir göstərən zərərli maddələrin Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş yol verilən konsentrasiyanın ölçüsü hesab edilir.

İl ərzində Yerin atmosferinə daxil olan antropogen mənşəli aerozolun ümumi miqdarı 60 milyon ton qiymətləndirilir. ABŞ, xarici Avropa, Rusiya turşulu yağıntıların əsas yayılma regionlarıdır. Lakin son zamanlar onlara Yaponiya, Çin, Braziliya, Hindistan və bəzi başqa ölkələrin sənaye rayonlarında da rast gəlinir. Statistikaya əsasən, sulfat dioksidinin konsentrasiya səviyyəsinə görə ilk onluğa aşağıdakı şəhərlər daxildir: Tehran, Rio-De-Janeyro, İstanbul, Moskva, Pekin, Katovitse, Tyantszin, Mexiko, Qahirə və Seul. Azot oksidinin konsentrasiya səviyyəsinə görə ilk onluğa isə aşağıdakı şəhərlər daxildir: Livan, Mexiko, Sofiya, Pekin, Kordova, San-Paulu, Santyaqo, Katomitse, Nyu-York və London. Turşulu yağıntıların yayılması xarakterik coğrafi hadisə ilə əlaqədardır. Onu adətən transsərhədlilik adlandırırlar. Bu özünü onda göstərir ki, turşulu yağıntıların yaranma və yağma rayonları arasında məsafə yüzlərlə və minlərlə ola bilər. Belə ki, Skandi-

naviyanın cənub hissəsində yağan turşulu yağışların əsas səbəbkarı Böyük Britaniyanın, Belçikanın, Hollandiyanın, AFR-in sənaye rayonlarıdır. Kanadanın Ontario və Kvaker bölgələrində bu cür yağışlar ABŞ-ın qonşu rayonlarından gəlir. Atmosferin çirklənmədən və xüsusilə də zəhərlənmədən mühafizəsi ilə bağlı tədbirlər uzun müddətdir ki, aparılır. Əvvəl turş sulu yağıntılarla mübarizə məqsədi ilə İES-lərin tüstü bacalarını hündür tikməyə başladılar. Lakin təcrübə göstərir ki, bu üsulla yalnız ətraf əraziləri zərərli maddələrdən qorumaq mümkün olur. Məs: 100m hündürlüyü olan baca tüstünün yayılma radiusunun 20 km-ə qədər artırır. Atmosfer havasının çirklənməsindən dəyən iqtisadi ziyan aşağıdakı xərclərin cəmindən əmələ gəlir: xəstələnmələrin artması nəticəsindəki xərclər, əsas fondların təmirinin sayının artması, onların xidmətinin azalması, kənd təsərrüfatı torpaqlarının məhsuldarlığının azalması, meşələrin məhsullarının azalması və s. Bu yanaşma çoxlu miqdarda ilkin informasiya tələb edir və iqtisadi ziyanı daha dəqiq təyin edir.

4. Su hövzələrinin çirklənməsi ilə əlaqədar iqtisadi ziyanının təyin olunması

Akademik V.İ.Vernadski yazmışdır: ‖Su planetimizin tarixində xüsusi yer tutur, elə bir təbii cisim yoxdur ki, əsas möhtəşəm problemlərə su qədər təsir göstərə bilsin. ‖Su-Yer üzərində canlı orqanizmlərin mövcudluğunu təmin edən

özünəməxsus mineraldır.

Akademik A.P.Karpiniski yazır: Su ən qiymətli faydalı sərvətdir. Su nəinki mineral xammal və kənd təsərrüfatının inkişafı üçün vasitədir. O həm də mədəniy-

yətin həqiqi göstəricisi, həyatsız yerə dirilik gətirən canlı qandır.

Su obyektlərinin çirklənməsinin qiymətləndirilməsi meyarı.

Səth suları. Təbii və antropogen mənşəli ekoloji pozuntu zonalarının formalaşması müxtəlif göstəricilərlə (kimyəvi, bioloji və s.) müəyyən edilir.

Kifayət qədər uzun müddət ərzində (1 ildən az olmayaraq) aparıcı göstəricilərin neqativ qiymətlərinin stabil qalması sanitar-ekoloji uğursuzluq haqqında nəticəyə gəlməyə əsas verir. Normadan kənara çıxma, bir qayda olaraq bir neçə meyarla müşahidə edilir. Bu baxımdan su mənbələrinin və içməli suyun patogen mikroorqanizmlərlə və parazit xəstəliklərin törədiciləri ilə, həmçinin xüsusi toksiki (olduqca təhlükəli) maddələrlə çirklənməsi müstəsnalıq təşkil edir, belə olduqda sanitar-ekoloji uğursuzluq haqqında bu meyar üzrə nəticə çıxarmaq olar.

Fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonasını ayırdıqda su obyektlərinin təhlükəli çirklənmə dərəcəsini ümumi qiymətləndirmək üçün KZP10-dan (kimyəvi zəhərləmə parametri) istifadə olunur. Kimyəvi maddələrlə çirklənmə, hər biri yol verilən konsentrasiyadan (YVK-dan) dəfələrlə çox olan bir neçə maddələrlə müşahidə edilən ərazilər üçün bu göstərici xüsusən vacibdir. Bu yalnız fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonası aşkar edildikdə hesablanır.

Hesablama YVK-nı maksimum keçən 10 birləşmə üzrə aşağıdakı düsturla aparılır.





Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin