Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Cədvəl 10. Təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini xarakterizə edən əsas göstəricilər



Yüklə 0,95 Mb.
səhifə64/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   60   61   62   63   64   65   66   67   ...   148
Mövzu 6

Cədvəl 10. Təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini xarakterizə edən əsas göstəricilər



2005

2009

2010

2011

2012

Təbii mənbələrdən götürülən su, mln.m3

12050

11425

11566

11779

12484

Su istehlakı, mln.m3

8607

7639

7715

8012

8249

Təmizlənməmiş çirkab suların sututarlara atılması, mln.m3

161

171

164

223

220

Atmosfer havasına atılan çirkləndirici maddələr - cəmi, min ton

1054,3

997,0

956,8

1003,1

1075,8

O cümlədən:

Stasionar mənbələrdən



557,9

300,0

214,8

224,0

226,5

Avtomobil nəqliyyatından

496,4

697,0

742,0

779,1

849,3

Yaranmış istehsal və istehlak tullantıları, min ton

2572

2284

2282

2790

3097

İstifadə edilmiş və zərərsizləşdirilmiş istehsal və

istehlak tullantıları, min ton



771

503

476

572

665


5. Torpaq ehtiyatlarının vəziyyətinin pozulmasının və çirklənməsi ilə bağlı iqtisadi ziyanının təyin olunması




Torpaq, su ehtiyatından istifadə prosesində texnoloji rejimlərə əməl edilməməsi, məsələyə birtərəfli yanaŞılması nəticəsində kənd təsərrüfatında həm nəzərdə tutulandan az məhsul istehsal edilir, həm də ekoloji tarazlıq pozulur. Gübrələnmə, xəstəliklərə və ziyanvericilərə qarşı işlədilən zəhərləyici kimyəvi vasitələr bir tərəfdən məhsul istehsalının artırılmasına, onun mühafizə olunmasına imkan yaradır, digər tərəfdən torpağın, ətraf mühitin çirklənməsinə səbəb olur. Yaxud, torpaqların meliorasiya məqsədilə Respublikada sərf olunan milyard manatlarla vəsait bir çox regionlarda ekoloji şərait nəzərə alınmadığına və işlər (tədbirlər) aşağı keyfiyyətdə aparıldığına görə az fayda verir. Bəzi hallarda isə meliorasiya nəticəsində torpaqlar şorlaşır və bataqlıqlaşır.

Torpağın vəziyyətinin ekoloji qiymətləndirilməsi meyarının seçilməsi onun yerləşmə spesifikası, genezisi, həmçinin istifadə xüsusiyyəti ilə təyin edilir.



Torpağın vəziyyəti qiymətləndirildikdə, ekoloji uğursuzluq dərəcəsinin əsas göstəriciləri fiziki deqradasiya, kimyəvi və bioloji çirklənmə meyarları hesab olunur.

Ərazinin ekoloji vəziyyətinin meyarlarından biri torpağın deqradasiyası (eroziya, deflyasiya, təkrar şorlaşma, şorakətləşmə, bataqlaşma) nəticəsində istifadədən çıxmış torpaq sahələri hesab edilir. Neqativ proseslər (açıq üsulla faydalı qazıntıların əldə olunması və tikinti işləri; insan tərəfindən törədilən su eroziyası və deflyasiya) torpaq horizontlarının dağılmasına səbəb olur, bu proses də torpağın deqradasiyası meyarı vəzifəsini görür. Torpağın strukturunun dağılması və bərkimə prosesinin inkişafı onun kipliyini artırır, bu da torpağın deqradasiyası göstəricisinin mühüm meyarıdır.

Fitotoksiklik torpağın çirklənməsinin kompleks göstəricisi sayılır – çirklənmiş torpağın xassələri toxumun cücərməsini, ali bitkilərin böyümə və inkişafını ləngidir (sıxışdırır). Buna test göstərici deyilir.

Torpaq mikroorqanizmlərinin həyat fəaliyyətinin aŞağı düŞməsi bioloji deqradasiyanın əlaməti sayılır.

Torpaqda çirkləndirici maddələrin YVK-nın artma təkrarı çox olarsa, onların mütəhərrik formalarına görə qiymətləndirmək lazımdır.

Ekspert qiymətləndirməyə görə ekoloji fəlakət ərazisi üçün məhsuldarlığın azalması 75%-dən artıq, ekoloji böhran ərazisi üçün isə 50.....75% qəbul olunması təklif edilir (həmin ərazi və bitki üçün kompleks aqrotexniki və aqrokimyəvi tədbirlərin yerinə yetirilməsi şəraitində).

Keyfiyyətə görə normativ tələbata uyğun gəlməyən məhsulun bir hissəsi (pestisidlərin qalıq miqdarı, toksiki elementlər, mikrotoksinlər, nitratlar, nitritlər) öyrənilən ərazi üçün (torpaq, hava, səth və qrunt suları) çirklənmə dərəcəsinin indiqatorunun əlavə göstəricisi sayılır.

Torpağın vəziyyəti haqqında məlumat əsas göstəricilər və çirkləndirici maddələrin tərkibi üzrə informasiyanı əks etdirən ətraflı tematik kartoqrafik materiallar şəklində təqdim edilməlidir.

Cəmiyyət ilə ətraf mühit arasındakı qarşılıqlı münasibətlərdə optimal variant seçilməli, təbii sərvətlərdən istifadə etməklə bərabər atmosferin, suyun, havanın, torpağın və s. çirklənməsinin qarşısını alan kompleks tədbirlər görülməlidir. Əgər əkin dövriyyəsinə əvvəllərdə istifadəsi mümkün olmayan yeni torpaqlar cəlb edilirsə, əvvəlcə həmin torpaqların yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış meliorasiya işləri aparılmalıdır ki, ətraf mühitə ziyan dəyməsin, yeni meşələrin qırılmasına ehtiyac qalmasın, heyvanat aləmi dağılmasın, qrunt sularının səviyyəsi qalxmasın və s.

Təbii sərvətlərdən səmərəli istifadə edilməsinə mənfi təsir edən amillərdən biri də torpaqdan, sudan, meşədən, mineral maddələrdən istifadə işində müəssisələrin iqtisadi marağının olmaması və bu səbəbdən tə-sərrüfat fəaliyyətində biganəliyə, məsuliyyətsizliyə yol verilməsidir.

MÖVZU 10.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin