Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


MÖVZU 2. FƏLSƏFƏ DÜNYAGÖRÜŞÜ ELMİDİR



Yüklə 124,77 Kb.
səhifə4/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   2   3   4   5   6   7   8   9   ...   47
Felsefe muhazire metnleri

MÖVZU 2. FƏLSƏFƏ DÜNYAGÖRÜŞÜ ELMİDİR


P L A N
1. Fəlsəfədə dünyagörüşü anlayışı
2. Dünyagörüşünün tarixi formaları
3. Dini və elmi-fəlsəfi dünyagörüşlərin oxşar və fərqli cəhətləri


1.Fəlsəfədə dünyagörüşü anlayışı
Dünyagörüş dünya və orada insanın yeri, mövqeyi, fəaliyyəti haqqında təsəvvürlərin, anlayışların, baxışların, münasibətlərin, ideya və prinsiplərin məcmusudur. Dünyagörüş gerçəkliyin mənəvi mənimsənilməsi, insanların müəyyən baxışları ilə şərtlənən həyat mövqeyi, idealı, idrakı, fəaliyyəti, qiymətləndirici istiqamətidir.
Dünyagörüş ancaq insana aiddir. Belə ki, şüur və məqsədli, zəkalı fəaliyyət ancaq insanda formalaşmışdır. Dünyagörüşdə dərketmə, qiymətləndirmə və fəaliyyət kimi üç mühüm amilin qarşılıqlı əlaqəsi nəzərə alınaraq, onun aşağıdakı üç mühüm funksiyası göstərilir: idraki, qiymətləndirici (dəyərləndirici), praktiki.
Dünyagörüşün tərkibində ümumi səciyyə daşıyan adi, həyati, məişət, peşə, elmi biliklər mühüm rol oynayır. Bilik onun əsas tərkib hissəsidir. Dünyagörüşdə intellektual başlanğıcda emosional və psixi cəhətlər, tərəflər də mövcuddur. İntellektual, emosional və psixi olan iradə ilə uzlaşaraq əqidəni yaradır. Əqidə insanların öz şüuruna, həyati cəhdlərinə uyğun olaraq, onların fəal qəbul etdikləri baxışlardan təşkil olunur. (Bilik, dəyərlər və əqidə dünyagörüşünün struktur kompanentlərini təşkil edir). Dünyagörüşün fəal ünsürlərindən biri də şübhədir. Şübhə dünyagörüşünü doqmatizmdən, ehkamçılıqdan qoruyur.
Dünyagörüşü mürəkkəb strukturludur. Bu strukturda üçünü xüsusilə ayırmaq olar: dünyanı duymaq (dünyaduyum),dünyanı qavramaq (dünyaqavrama)dünyanı anlamaq (dünyaanlama).
Dünyaduyum ətraf aləmi hisslə qavramaqdır. Dünyaduyum insanların gündəlik həyat fəaliyyəti prosesində, öz-özünə, kortəbii surətdə yaranır. O, dünyagörüşün emosional-psixoloji tərəfini əks etdirir. Dünyaduyumda xarici aləmin subyektiv və tam fərdi duyğuları əks olunur. Buna görə də dünyaduyumun müxtəlif tipləri mövcud olur. Bunlar optimist, pessimist, faciəli və s. tiplərdir.
Dünyanı qavrama ətraf aləmi ideal surətlərdə təsəvvür etməkdir. Bu halda təsəvvürlər gerçəkliyə adekvat da ola bilər və ya gerçəkliyə heç uyğun gəlməyə bilər.
Dünyagörüşünün idraki-intellektual tərəfi dünyaanlamı adlanır. Dünyaanlamı insanın ətraf aləmin, onda baş verən hadisələrin, proseslərin mahiyyətini aşkarlamağa yönəlmiş idraki intellektual fəaliyyətidir. Bu həm də insanın özünün mahiyyətini, varlığını dərk etməyə yönəlmiş idrakdır. Dünyanı anlamada təbiətdə və cəmiyyətdə baş verən hadisə və proseslər arasında qarşılıqlı əlaqə və təsiri öyrənmək baş verir. Dünyaduyum, elementar formalarda dünyanı qavramaq tək insana deyil, heyvanların da bəzilərinə məxsusdur. Dünyanıanlama isə ancaq insanlara məxsusdur.



Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin