Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN



Yüklə 124,77 Kb.
səhifə9/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   5   6   7   8   9   10   11   12   ...   47
Felsefe muhazire metnleri

Əl-Əşariyyə kəlam məktəbi mötəzililiyə alternativ bir dini-fəlsəfi məktəb kimi meydana gələrək, İslamı mötəzililikdən qorumaq məqsədi güdüb. Təsisçisi – Əl-Əşari-Əbül-Həsən Əli ibn İsmayıl olmuşdur. Mötəzililərdən fərqli olaraq, Əl-Əşəri Allahın real və əbədi atributları olduğunu, Quranın ilahi mənşəli olduğunu qəbul etmişdir. Əşarilər fatalizmi iradə azadlığı ilə əvəz etmişlər. Onların fikrincə, Allah insanı xeyir və şər əməllərə qadir olan vücud kimi yaratmışdır. Xeyir işlərdə Allah insana kömək edir, bəd əməllərdə Allah insanı tərk etmiş olur.
Müxalifətçi sxolastlar – mötəzililər tövhidi (Allahın vahidliyini) məntiqi dəlillərlə əsalandırmağa çalışdıqları məqamda Allahın atributlarının əzəlilyini inkar edir, o cümlədən, Quranın sonradan yaradıldığını (xəlq edildiyini) söyləyirdilər. Əşəri isə Allahın atributlarının əzəliliyini təsdiq edirdi. “Allah-təala bilənlə bilən, qüdrətlə qüdrətli, diriliklə diri, iradə ilə iradə sahibi, danışmaqla danışan, eşitməklə eşidən və görməklə görəndir. Bu atributlar Allah-təalanın mahiyyəti ilə əzəli mövcuddur”.
Şərq peripatetizmi.
Orta əsrlərdə Qərbdən fərqli olaraq, Şərq ölkələrində fəlsəfi fikir yüksək dərəcədə inkişaf edirdi. VIII əsrdən başlayaraq yunan mədəniyyət, ellinizm dövrünün elmi və fəlsəfi ədəbiyyatı tərcümə edilərək ərəb xilafətinə yayılmağa başlamışdır. Bunun əsasında Şərqdə yaranan elmi fəlsəfi təlimlərdən birincisi aristotelizm və başqa antik fəlsəfi ənənələr zəminində işlənib hazırlanmış Şərq peripatetizmidir (Əl-Məşşaiyyə). Nümayəndələri Aristoteli özlərinin “birinci müəllim”i adlandırmışlar. Onlardan: Yaqub Kindi, Əbunəsr Fərabi, İbn Sina, Bəhmənyar, İbn Rüşd və b. göstərmək olar.
Şərq peripatetizminin ilk böyük nümayəndəsi Yəqub Kindidir (800-873). O, ərəb dilində fəlsəfi terminlərin yaranıb təşəkkül tapmasında böyük xidmət göstərmişdir. Əl-Kindinin varlığın yaradılması haqqında görüşləri Allahın yaradıcı və idarəedici rolunu qəbul etməklə bağlıdır. Varlıq haqqında təlimini hazırlayarkən o, Platon və Aristotelin baxışlarını birləşdirməyə çalışmışdır. O, 4 ünsürü (torpaq, su, od, hava) 4 səbəb adlandırmışdır. Allahı ilk səbəb və yaradıcı hesab etmişdir.
Şərq peripatetizminin mükəmməl sistemini Əbunəsr Fərabi (874-950) yaratmışdır. O, “ikinci müəllim” fəxri adına layiq görülmüşdür. Fərabi yaradıcılıq işini 2 istiqamətdə aparmışdır: 1) Öz sələflərinin kitablarını şərh etmiş; 2) Yeni, orijinal əsərlər qələmə almışdır. Onun orijinal əsərlərindən “Elmlərin təsnifatı”, “Xoşbəxtliyin əldə edilməsi”, “İki filosof – Aristotel və Platon görüşləri arasında ümumilik”, “Fəzilətli şəhər əhlinin görüşləri” və s.
Fərabi elmləri 5 sinfə bölmüşdür: 1) Dil elmi; 2) Məntiq elmi; 3) Dəqiq elmlər; 4) Təbiət elmləri və ilahiyyat elmi; 5) Mənəvi-ruhi elmlər (hüquq və kəlam). Fərabiyə görə fəlsəfə təkcəni və ümumini (aləmi) öyrənən və şərh edən elmdir.
Fərabi Demokritin atomist təlimini, “atom” və “boşluq” anlayışlarını rədd edir, Aristotelin materiya və forma təliminə haqq qazandırır. Onun dediyinə görə, materiya və formanın vəhdətindən cisimlər yaranır, bunlar yeni-yeni formalara düşərək dəyişirlər, ona görə də maddə həmişə qalır, o, üç ölçülü və sonsuzdur. Deməli, aləmin əvvəli və sonu vardır, onun yaradıcısı Allahdır. Aləm Allahdan emanasiya you ilə yaranır və dünyanın sonunda Allaha qayıdır. Əl-Fərabi aləmi maddi xarakterli bir şey sayır, amma onun təməlində ruh və əqlin durduğunu söyləməklə platonçuluğa qapılır. Gerçəkliyin zirvəsində zəruri varlıq olan Allah durur. O, təkdir və hər şeydir, bütün mövcudatın mayası “O”-dur. Hər bir şey ya mümkündür, ya da vacibdir. Mümkün olan dünya vacib (zəruri) dünyanın törəməsidir. Vacib varlığın heç şeyə ehtiyacı yoxdur. Onu dərk etmək mümkün deyil. O, haqdır, hakimdir.
Bütövlükdə, Əl-Fərabinin fəlsəfəsi İslam dünyagörüşü ilə əsasən üst-üstə düşür. O, Peyğəmbərə gələn vəhyi fəal əql ilə insan əqli arasında əlaqə yaradan bir qüvvə hesab edir.
Əl-Fərabidən sonra İslam peripatetizminin ən görkəmli və ən böyük nümayəndəsi İbn SinaQərbdə Avisenna adı ilə şöhrət qazanmışdır. İbn Sinanın bütün fəlsəfi sistemlərini əks etdirən “İşarət” əsəri və onun “Kitabi-Qanun fit-tibb” kimi əsərləri vardır. “Kitabi-Qanun” əsəri XVII əsrin ortalarına qədər Qərbi Avropada universitetlərdə dərs vəsaiti kimi istifadə olunmuşdur.
İbn Sina fəlsəfəsi empirik rasionalizm mövqeyindən irrasionalizmə yönəlmiş, məşşailikdən (Aristotelçilikdən) – işraqiliyə (Platonçuluğa) doğru getmişdir.
İbn Sina fəlsəfəsi “nəzəri” və “əməli” hikmət adı ilə 2 yerə bölünür. Nəzəri fəlsəfə təbiət fəlsəfəsi, riyazi fəlsəfə və mənəvi (humanitar) elmləri əhatə edir. Əməli hikmətə isə biliklə birlikdə icra da daxildir. “Siyasət”, “iqtisadiyyat” və “əxlaq” bura daxildir.
İbn Sina peripatetik olaraq göstərirdi ki, forma materiyadan əvvəldir, amma ondan ayrılmazdır, yalnız düşüncədə ayrıla bilər. Hər cismin bir maddəsi və forması vardır. Aləm vəhdət təşkil edən vahiddir. Hərəkətin mənbəyi də birdir və o, dairəvi xarakterlidir.
İbn Sina varlığın 3 simasından danışır:

  1. Mümkün varlıq aləmi – maddi aləm;

  2. Vacib və mümkün varlığın qatışığı – mələklər və səma aləmi;

  3. Özü-özünə zəruri olan İlahi aləm.

Kordovada qazilər və fakihlər ailəsində doğulan və mükəmməl təhsil görən İbn Rüşd (1126-1198) Qərbdə Averroyes adı ilə şöhrət qazanmışdır. İbn Rüşdün fəlsəfəsi peripatetik fəlsəfədir. Lakin o, özündən əvvəlki məşşailərlə yanaşı, kəlamçıları da ciddi tənqid edərkən öz şəxsi fikirlərini də irəli sürmüşdür. Onun fəlsəfi sisteminin əsas cəhətləri kimi aşağıdakıları göstərmək olar:
1. Aləm və Allah. Aləm ilkin materiyadan meydana gəlmişdir. O, əzəli birlikdir, ona materiya və forma daxildir, bunlar bir-birindən yalnız zehində ayrıla bilər. Aləmin əzəlində bir dəyişiklik baş verməsi üçün ilk hərəkət lazımdır. Bu isə öz növbəsində bir hərəkətvericiyə möhtacdır. Bu ilk təkanverici qüvvə isə Allahdır.
2. Allahın elmi məsələsi. İnsanların biliyi sonradan əmələ gəlir, müvəqqəti və səthidir. Allahın elmi isə həmişə mövcud olan əbədi bir atributdur.
3. Fəlsəfə və dinin münasibəti məsələsi. Qurani Şərifdən bəzi ayələri gətirməklə İbn Rüşd fəlsəfənin din tərəfindən xoşagələn bir bilik sahəsi hesab edildiyini bildirir. İbn Rüşdə görə, elm ilə din arasında bir ziddiyyət yoxdur.
İbn Rüşdün siyasi baxışları Platonun təsiri altında formalaşmışdır. Ona görə dövləti filosoflar idarə etməlidir.
Sufizm
İslamın ilk çağlarında onda mistik-tərkidünya bir istiqamət meydana gəlmişdi. Məhəmməd peyğəmbərin təşəbbüsü ilə Mədinədə tikilmiş məscidin bir küncündə peyğəmbərə sadiq olan evsiz-eşiksiz və kimsəsizlərin gecələməsi üçün bir damaltı (ərəbcə “əs suffa”) tikilmişdir. Həyatlarını peyğəmbərə qulluq etməyə həsr etmiş, əmlakı və ailəsi olmayan bu fanatik dindarlar gecələdikləri yerin (əs-suffa) adı ilə sufu adlandırılırdılar və öz vaxtlarını ibadətlə keçirir, peyğəmbərin hüzurunda dururdular. Sufi adının onların kobud parçadan tikilmiş geyimlərindən (suf) götürüldüyünü söyləyənlər də vardır. Peyğəmbərin vəfatından sonra Ərəbistanı gəzib Rəsulillahın həyat tərzini, dediyi kəlamları, xasiyyətini və əməllərini təbliğ etməklə məşğul olan bu şəxslər (sufilər) dərvişlik edərək böyük dini istiqamətin - ət-təsəvvüfün (sufiliyin) təməlini qoyurdular. Onların fikirlərində ortodoksal (ənənəvi) İslamın ehkamlarına uyğun olmayan müddəalar da olurdu ki, sonralar bu cəhətlər sufiliyin özünəməxsusluğunu təşkil edən bir təmələ çevrilmişdir. Sufilər İslamın əleyhinə olmamışlar, sadəcə olaraq onun özünəməxsus şəkildə izahına və şərhinə görə bütün başqa islam cərəyanlarından əsaslı surətdə seçilmişlər. Sufilik əvvəlcə şəhər yoxsullarının, sonralar isə kənd əhalisinin mənafeyinə uyğun olan bir İslam dini baxışlar sistemini təşkil etmişdir.
Sufilik dünya nemətlərinə, insan həyatına biganəlik təbliğ edir, dünya nemətlərindən imtina etmək, tərkidünyalıq yolu ilə fikrən Allaha qovuşmağı, insan həyatının ilahi məqsədi sayır. Sufilər yoxsulluğu, asketizmi (tərkidünyalıq) tövsiyyə edirlər (XI əsrdə geniş yayılır).
Sufiliyə görə sufinin həyatında ali məqsəd – İlahi ilə mənəvinin qovuşmasıdır, kamil insana çevrilməkdir, əxlaqi kamilləşməkdir. Bunun üçün isə hərtərəfli pəhriz, asketizm və məhrumiyyətlərə dözmək lazımdır. Sufizmdə Allaha qovuşmağın mərhələləri – şəriət, təriqət, mərifət, həqiqət.
Sufiliyin əsas nümayəndələri – Əl-Bistami, Həllac Mənsur, Zünnün əl-Misri, Cüneyd Bağdadi və s.
(Sufilikdə “Vəhdət ül vücud” – Allah öz yaratdığı ilə vəhdət təşkil edir. “Vəhdət ül Şühud” – insanda ilahi və insani başlanğıclar vəhdətdədirlər).


Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin