Mövzu fəRDİ bazarlarin təHLİLİ: TƏLƏb və TƏKLİFİn mahiYYƏTİ



Yüklə 205,61 Kb.
səhifə5/7
tarix13.12.2023
ölçüsü205,61 Kb.
#175503
1   2   3   4   5   6   7
MÖVZU 7

D2
O Q O Q
Ed= ∞ Tam elastik tələb Ed= 1 Vahid elastik tələb
Təklif qanununa görə yüksək qiymətlər təklifin həcminin artmasına səbəb olur. Təklifin qiymət elastikliyi təklifin həcminin qiymətin dəyişməsi nəticəsində necə dəyişdiyini ölçür. Təkliyin həcmi qiymətin dəyişməsi nəticəsində çox dəişərsə, təklif elastik olar. Təklifin həcmi qiymət dəyişmələri nəticəsində az dəyişərsə, təklif qeyri-elastik olar. Təklifin qiymət elastikliyi (Es) təklifin həcminin dəyişməsinin qiymətin dəyişməsinə faizlə nisbəti ilə hesablanır.


Yəni: Es= Təklifin həcminin dəyişməsi (faizlə)
Qiymətin dəyişməsi (faizlə)
P P P

S2 S1
S1 S2

S1 S2
O Q O Q O Q
Es= ∞ Es = 1 Es = 0

Tam elastik təklif Vahid elastik təklif Tam qeyri-elastik təklif


Təklifin səviyyəsinə təsir edən müxtəlif amillərdən ən əsası vaxt amilidir. Belə ki, qısa müddət ərzində təklif qeyri- elastikdir. Cünki, qiymət neçə dəyişilsə də, qısa müddət ərzində istehsalı artırmaq mümkün deyildir. Orta müddət ərzində isə təklif nisbətən elastikdir. Cünki bazarda tələb artdıqda, istehsalcılar dəyişən xərçləri (əmək haqqı, xammal, yanaçaq və s.) artırmaqla, istehsalın həçmin genişləndirir və bazara nisbətən cox məhsul cıxarırlar. Uzun müddət ərzində təklif tam elastikdir. Bu müddət ərzində istehsalcılar nəinki dəyişən xərçləri, hətta sabit xərçləri də dəyişərək təklifin həçmini artırırlar. Yeni istehsal və xidmət müəssisələri, binalar və s. tikməklə təklifi artırırlar.


7.5. Qiymətlərin əmələ gəlmə mexanizmi. Bazar tarazlığı
Qiymət bazar mexanizminin ən fəal və dəyişkən komponentidir. Qiymətə müxtəlif təriflər verirlər. Marksist təlimə görə qiymət dəyərin pulda ifadəsidir, mübadilə dəyərinin çevrilmiş formasıdır. Qiymətin pulla bağlı olması şübhəsizdir. Bunu hamı bilir ki, qiymət alıcının müəyyən əmtəəni almaq üçün satıcıya verdiyi pulun miqdarıdır.
Əmtəənin istehsalına və reallaşdırılmasına çəkilən bütün xərclər qiymətdə öz əksini tapır və qiymət vasitəsilə ödənilir.
A.Marşalla görə qiymət istehsal xərcləri, tələb və təklifin qarşılıqlı təsirindən yaranır.
Qiymətin iqtisadi cəhətdən müəyyən edilməsində onun obyektiv məzmunu əsas götürülür. Əmtəələrin istehsalına çəkilən xərclərin artması qiymətlərin qalxmasına səbəb olur və əksinə, istehsal xərcləri azalırsa, qiymətlər aşağı olur. Vergilərin artırılması da qiymətlərin qalxmasına səbəb olur.
Bazar qiymətlərinə təsir edən başlıca amillərdən biri tələbin artmasıdır. Belə ki, əhalidə olan pulun miqdarının artması qiymətlərin qalxmasına səbəb olur. Ancaq tələb qiyməti artırmaya da bilər.

Yüklə 205,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin