Firmanın miqyasının maksimumlaşdırılması nəzəriyyəsi. Bu nəzəriyyənin yaradıcılarının fikirlərinə görə sahibkarların və menecerlərin ümumi bir məqsədi vardır: firmanın miqyasını maksimumlaşdırmaq. Menecerlər şəxsi status və qazanclarını artırmaq üçün buna çalışırlar. Müəssisə sahibləri isə varlanmaq məqsədilə onun aktivlərinin çoxalmasına can atırlar. Bu nəzəriyyəçilər arasında xüsusi yer tutan Marris qeyd edir ki, menecer tərəqqi edən firmanın adi iri firmaya çevrilməsinə çalışır.
Ümumiyyətlə, firma öz həcminin, miqyasının artırılmasına, mak- simumlaşdırılmasına hansı yollarla, necə nail ola bilər? Firmanın miqyasının maksimumlaşdırılması nəzəriyyəsinin tərəfdarları əsas iki yol göstərirlər.
Birinci yol, əsasən kapitalın və istehsalın təmərküzləşməsilə, firmanın daxili artımı ilə xarakterizə olunur.
İkinci yol isə udulma və qovuşma nəticəsində kapitalın və istehsalın mərkəzləşməsilə əlaqədardır.
Qovuşma iki kampaniyanın rəhbərlərinin birləşmə haqqında bağladıqları qarşılıqlı müqavilədə ifadə olunur.
Udulma bir firma tərəfindən başqasının alınması yolu ilə baş verir. Qovuşmanın (udulmanın) müxtəlif növləri vardır. Əsas növləri bunlardır:
üfüqi inteqrasiya, şaquli inteqrasiya və konqlomerasiya.
Son onilliklərdə mərkəzləşmənin və təmərküzləşmənin əksinə olan inkişaf meyli güclənməkdədir.
Dostları ilə paylaş: |