Firma haqqında menecer nəzəriyyəsi, yəni satışdan alınan gəlirin maksimumlaşdırılması nəzəriyyəsi.
Müasir şəraitdə mülkiyyətin səhmdar forması həlledici rol oynayır. İdarəetmə funksiyalarını peşəkarlara həvalə etməklə əsil mülkiyyətçilər səhm sahibi olur və formal mülkiyyətçiyə çevrilirlər. Doğrudur, az sayda mülkiyyətçi nəzarət səhm paketinə sahib olmaqla firmanın strateji fəaliyyətinə nəzarət edir. Amma söhbət korporasiyaların fəaliyyətindən bixəbər olan milyonlarla kiçik, orta və iri mül- kiyyətçilərdən gedir. Beləliklə, firmaların fəaliyyətində, idarə olunmasında menecerlərin rolu getdikcə artır. İqtisadi həyatda baş verən belə dəyişikliklər firma haqqında menecer nəzəriyyəsinin yaranmasına gətirib çıxartmışdır.
Dostları ilə paylaş: |