Mövzu Fonem və danışıq səsi. Plan



Yüklə 29,75 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü29,75 Kb.
#41059
1   2   3   4
FONETİKA MÜHAZİRƏ

Akkomodasiya. Bu fonetik hadisə öz səciyyəsinə görə uyuşma hadisəsindən fərqlənmir. Lakin assimilyasiyadan fərqli olaraq burada dəyişmə samitlərlə samitlərin münasibətlərinin təsiri ilə deyil, sa mitlərlə saitlərin arasıdakı əlaqənin təsiri ilə olur. Məs. bal sözündəki b və l samitləri arxa sıra a saitinin təsiri ilə qalın olduğu halda, bil sözündəki həmin saitlər ön sıra saitinin təsiri ilə incə olur. Rus dilində incə və qalın samitlərin təsiri ilə saitlərin keyfiyyətində ciddi dəyişikliklər meydana çıxır.

Fərqləşmə (dissimilyasiya). Bu, uyuşmanın tamamilə əksinədir. Əgər uyuşmada bir səs başqa səsə təsir edərək, onu öz məxrəcində olan və yaxud öz məxrəcinə yaxın bir səsə çevirirsə, burada eyni məxrəcdən olan və yaxud bir –birinə yaxın iki səsdən biri digərinə təsir edərək, onu öz məxrəcindən uzaqlaşdırır. Məs: Azərbaycan dilinə morfoloji normaya çevrilmiş qaralmaq, saralmaq sözləri də mənşəcə fərqləşmə nəticəsidir.

Səs düşümü. Bu hadisə düşən səsin mövqeyindən və səciyyəsindən asılı olaraq, 8 təzahür formasına malikdir. 1. Absorbsiya (sonor samitin yanındakı saitin itməsi: əsil - əsl, nəsil - nəsl), 2. Apokopa (söz sonundakı samit səsin və ya səslərin fonetik proseslər nəticəsində düşməsi: tələbədir – tələbədi, gəl bura – gə bura), 3. Aferezis (sözün əvvəlindəki səsin və ya səslərin əvvəl gələn sözün sonuncu səsinin və ya səslərinin təsiri ilə düşməsi: dəftərlə - dəftər ilə, gəlirdi – gəli idi), 4. Qaplologiya ( yan – yana gələn iki eynicinsli hecadan birinin düşməsi: gələcəyəm –gələcəm, alacağam – alacam) 5. Diereza (iki müxtəlif səsdən birinin düşməsi ilə səciyyələnən fonetik hadisə: dostdur – dosdur, sərbəst – sərbəsdir), 6. Eliziya ( sait səslərin itməsi: Əli ağa – Əlağa, Əli Əkbər – Ələkbər), 7. Sinkopa (söz içərisində, xüsusən kipləşən samitlər arasında səsin düşməsi: cərimə - cərmə, ərizə - ərzə), 8. Reduksiya (səsin zəifləməsi: burun – burnun, sinif – sinfin).

Səs artımı. Səs artımı hadisəsi əlavə olunan səsin mövqeyindən və səciyyəsindən asılı olaraq, 4 cür olur. 1. Proteza. (sözün əvvəlinə müxtəlif danışıq səsinin artırılması: rəf- irəf, Rəşid – İrəşid, stəkan – istəkan), 2. Epenteza. (söz daxilində müxtəlif səslərin artırılması: aid- ayid, ailə - ayilə), 3. Epiteza. (müəyyən fonetik və morfoloji şəraitlə əlaqədar olaraq söz sonunda artıtılan səs: alma + y + a, alma + n + ı), 4. Lyezon. (saitlə qurtaran sözlə saitlə başlayan sözün arasına səs artırılması: Yaşayış yollarında yəhərli atlı illər - Yaşayış yollarında yəhərli (y) atlı (y) illər. M. Müşfiq.).

Səslərin yerdəyişməsi. Söz tərkibində səslərin qarşılıqlı surətdə öz yerlərini dəyişməsi hadisəsinə metateza da deyilir. Yarpaq – yapraq, kirpik – kiprik.
Heca haqqında anlayış

Danışıq zamanı nitqin səslənmə keyfiyyətinə görə ayrıldığı ən kiçik parçalara heca deyilir. Hecalar iki qrupa bölünür: açıq hecalar, qapalı hecalar.



  1. Təkcə bir saitdən ibarət olan heca saf heca adlanır: adam. Dilimizin qanununa görə saf heca, əsasən, sözün əvvəlində gəlir.

  2. Sait və samitdən ibarət olan hecalar qovuşuq heca adlanır.: ba-ba, nə-və.

  3. Samitlə başlayıb, saitlə qurtaran heca açıq heca adlanır: xa-la, bi-bi.

  4. Samitlə bitən heca qapalı heca adlanır: ət, əl, ox, ot.

  5. Samitlə başlayıb samitlə qurtaran örtülü-qapalı heca adlanır: qar-daş.

Hecanı əmələ gətirən saitin səciyyəsinə görə də hecalar müxtəlif növlərə ayrılır. Məs. uzun saitin əmələ gətirdiyi heca uzun, qısa saitin əmələ gətirdiyi heca isə qısa heca adlanır. Hecanı əmələ gətirən heca vurğulu olursa, vurğulu heca, vurğusuz olursa, vurğusuz heca yaranır.

Bəzi dillərdə hecanın müxtəlif növləri geniş yayıldığı halda, müəyyən dillərdə hecanın yalnız bir növü mövcud olur. Məs. Şərqi Nigeriya əhalisinin dili olan iqbo dilində yalnız açıq heca növü mövcuddur.

Vurğu

Söz və ya söz birləşməsinə daxil olan hecalardan birinin davamlılığın, gərginliyin və ucalığın artması, habelə səsin güclənməsi və ya tonun yüksəlməsi ilə tələffüz olunmasına vurğu deyilir. Vurğunun müxtəlif prinsiplərə görə müxtəlif növləri vardır ki, bunlar, adətən 4 prinsipə görə müəyyən edilir.




  1. Yüklə 29,75 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin