Məqsədə və ya deyilən münasibətə görə (məntiqi vurğu, həyəcanlı vurğu)
İntonasiya haqqında anlayış
Səs tonunun (meloidikanın) yüksəkliyinin, vurğunun, tələffüz sürətinin və tembrin mürəkkəb vəhdətinə intonasiya deyilir. Intonasiya fikrin ifadə vasitəsi olub, danışanın öz dediklərinə münasibətini əks etdirir. Intonasiyanın növləri:
Aydınlaşdırıcı intonasiyadan sadə və mürəkkəb cümləninxüsusi növlərində istifadə olunur.
Ayırıcı intonasiya bölgü bildirən bağlayıcılı cümlələrdə istifadə olunur. məs. Ya biz gələcəyik, ya da onlar gələcəklər.
Affektiv intonasiya –emosional intonasiya. Hiss, həyəcan bildirən intonasiya. Yağış yağır cümləsini təəccüb, qorxu, sevinc, kədər məna çalarlıqları lə demək mümkündür.
Əmr intonasiyası
Nəqli intonasiya
Nida intonasiyası cümlənin intonasiyaya görə növləri ilə əlaqədardır.
Sual intonasiyası
Orfoqrafiya və orfoepiya
Orfoqrafiya yunan sözü olub (orphos –düz, düzgün, grapho – yazıram) düzgün yazı qayydalarını nəzərdə tutur. Orfoqrafiya qaydalarını tərtib edərkən müxtəlif prinsiplərə əsaslanılır.
Etimoloji prinsip – sözün etimologiyasını, yəni mənşəyini nəzərdə tutur və onun öz ilkin formasında yazılmasını qanuniləşdirir. Məs: fonetika sözü (fonetik) şəklində deyilməsinə baxmayaraq, mənsub olduğu yuna dilindəki ilkin formasında yazılır.phonetic
Fonetik prinsip – sözün və ya söz formanın deyildiyi kimi yazılışı.
Morfoloji prinsip – sözlərin kök və şəkilçilər üzrə yazılışı.
Tarixi - ənənəvi prinsip – sözün tarixən necə yazıılmasını nəzərə alır. Məs: məlum olduğu kimi, aldanmaq sözü, adətən, allanmaq şəklində deyilir. Deməli fonetik prinsipə görə o, əslində allanmaq kimi yazılmalıdır. Lakin sözün tarixən yazılışı (“Aldanmış kəvakib”) nəzərə alındığından tarixi - ənənəvi prinsipə görə, aldanmaq şəklində yazılışı qəbul olunmuşdur.
Orfoqrafiyaya nisbətən orfoepiya fonetika ilə daha çox bağlıdır. Orfoepiya orthos (düz, düzgün) və epos (nitq) sözlərində ibarət yunan sözüdür. Ədəbi tələffüzə və onun haqqında olan elmə orfoepiya deyilir. Orfoepiya, adətən, ictimai mahiyyətə malikdir. Belə ki, müxtəlif təbəqələri tələffüzündə, demək olar ki, həmişə fərqli cəhətlər özünü göstərir. Sinifli cəmiyyətdə, xalqın bir hissəsinin savadsız olduğu zaman bu hal özünü xüsusən hiss etdirir. Hərflərin oxunuş qaydaları da orfoepiyaya daxildir.
Dostları ilə paylaş: |