Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Sual 3. Dəri səthini qoruyan vasitələrin növləri



Yüklə 296,18 Kb.
səhifə58/62
tarix23.04.2022
ölçüsü296,18 Kb.
#56143
1   ...   54   55   56   57   58   59   60   61   62
tutu mulki convert

Sual 3. Dəri səthini qoruyan vasitələrin növləri


Dəri səthinin mühafizə vasitələri – növləri bədənin açıq sahələrini, paltarları və ayaqqabıları onların səthində ZM damcıları, yoluxucu xəstəlik törədiciləri, radio- aktiv toz düşməsindən, həmçinın qismən də işıq şualanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə (ümümqoşun mühafizə komplekti-OZK, yüngül mühafizə kostyumu L-1 və əlaltı vasitələr) və ələltı vasitə- lər (məişət paltarlannın ünsürləri) növlərinə ayrılır. Mühafizə prinsiplərinə görə ta- bel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur.

Dərini mühafizə edən süzücü vasitələrə süzücü mühafizə paltarı komplekti (dəsti) aiddir. Bu paltar dəsti xüsusi biçimli və xüsusi kimyəvi maddə - pasta məhtulu hopdurulmuş parça kombinezondan, habelə kişi alt paltarından, parça şlemaltıqdan, iki cüt portyankadan (ayağa sarınan parça zolaqları) ibarətdir ki, bunların bir cütünə də kombinezona hopdurulmuş pasta hopduruiur. Hopdurucu pasta məhlulu ya zəhərləyici maddə buxarlannı tutub saxlayan (absorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (xemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir. Alt paltarlar, şlemaltlıq və pasta hopdurulmuş bir cüt portyanka insanın bədəninə kombinezonun sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür.



  1. Ümumqoşun mühafizə komplekti OZK- mühafizə plaşından, mühafizə corablanndan və mühafizə əicəklərindən ibarətdir, adətən, hopdurulmuş üsi və alt paltarların üstündən geyilir.

  2. Yüngül mühafizə kostyumu L-1 rezinləşdirilmiş parçadan hazırlanan başlıqlı köynəkdən, corablı şalvardan, ikibarmaqlı əlcəklərdən və şlemaltıqdan ibarətdir.

Dərini təcrid edən mühafizə vasitələri MM dəstələrinin şəxsi heyyəti üçün nəzərdə tutulmuşdur. Bunlardan ZM- in yüksək konsentrasiyası şəraitində iş aparılarkən, habelə deqazasiya (zəhərləyici maddələrin təmizlənməsinə və yaxud neytirallaşdırılmasına deyilir ) və dezinfeksiya (xəstəlik törədən mikrobların məhv edilməsinə və onların toksinlərinin dağıdılmasına deyilir. ) işləri yerinə yetirilərkən istifadə edilir.

  1. Yardımçı vasitələr- bədənin səthini radioaktiv, kimyəvi və bakterial mad- dələrlə zəhərlənmədən qorunmaq üçün insanların öz adi paltar və ayaqqabılarından yardımçı vasitələr kimi istifadə etməyi bacarması- kütləvi qırğın silahlarının törədə biləcəyi tələfatı azaltmaqla böyük əhəmiyyətə maiikdir. İnsanların bədənini qoru- yan yardımçı vasitələr kimi, hər şeydən əvvəl xüsusi iş paltarlarından – kombine- zonlardan, gödəkçə və şalvarlardan, başhqlı xələtlərdən istifadə etmək olar. Belə iş paltarları, adətən, brezentdən odadavamlı və ya rezinləşdirilmiş parçadan və digər möhkəm parçalardan tikilir. Bu cür parçalar nəinki bədənin səthinə radioaktiv və bakterial maddələr düşməsinin qarşısını alır, həm də maye damcıları halındakı zəhərləyici maddələri müəyyən müddət ərzində keçirmir. Məsələn, brezent paltar- lar maye damcı halındakı zəhərləyci maddələrdən qışda 1 saat, yayda isə 30 dəqiqə müddətində mühafizə edir. Rezinləşdirilmiş parçadan və ya səthinə xlorvinil pl- yonka çəkilmiş parçadan hazırlanan plas və bürünjəklər də mühafizə üçün-yararlı- dır.

Qış paltarları – qalın mahuddan və ya drap parçadan tikilmiş paltı, digər paltarlarla birlikdə maye-damcı halındakı zəhərləyici maddədən 1 saata qədər, yayda isə 20 dəqiqəyə qədər, pambıq gödəkcə və şalvar – 2 saata qədər qoruyur. Üst paltarların digər növləri də (kostyumlar, gödəkcələr, şalvarlar, köynəklər və s.) onları mvafiq sürətdə uyğunaşdırdıqdan sonra bədənin səthini mühafizə edə bilər.

Bu məqsədlə müxtəlif idman kostyumlarından da istifadə etmək daha yaxşıdır.



  1. Ayaqları mühafizə etmək üçün işdə və məişətdə işlədilən rezin çəkməiərdən, botilərdən, qaloşlardan, istifadə etmək lazımdır. Rezin ayaqqabılar maye-damcısı halındakı zəhərii maddələri 3-6 saat ərzində keçirmir.

Gön və gönü əvəz edən materiallardan tikilmiş ayaqqabılardan istifadə oluna bilər. Qeyri-rezin ayaqqabiların altlığına qalın kağız sarımaq, kağız cırılmasın deyə, onun üstündən hər hansı parça zolağı dolamaq lazımdır.

  1. Əlləri mühafizə etmək üçün rezin və ya dəri əlçəklərdən istifadə olunmalıdır. Yun, iplik və parça əlcəkləri radioaktiv və bakterial maddələrdən qorunmaq üçün yararlı deyil.

  2. Adi paltarlar insanı zəhərli maddələrln buxarlarından və aerozollarından qoruya bilsin deyə, bunlara xüsusi məhlul hopdurmaq lazımdır. Yalnız adi parçadan tlkilən paltarlara məhlul hopdurmaq olar, sintetik materiallara məhlul hopdurulmur. Bir dəst paltara və ona əlavə edilən hissələrə (sinəbənd.xişdək, başlıq, əlcəklər, corablar) hopdurmaq üçün 2,5 litr məhlul lazımdır.

Iki cür hopdurucu məhlul hazırlamaq mümkündür:

    1. paltar yumaq uçun işlədilən sintetik maddələri suda qarışdırmaqla; Hazırlanma qaydası: Sintetik yuyuju maddələrdən istifadə etməklə hopdurucu məhlul hazırlamaq üçun 500q maddəni 40-50 dərəcə qızdınlmış 2,5 I suda əridir və bunu 2-3 dəqiqə ərzində açıq - sarı rəngli məhlul alınana qədər qanşdınrlar.

    2. hər hansı mineral (karter, transformator, maşın yağları və s.) və ya bitki yağı (günəbaxan, pambıq yağları) ilə sabunlu suda qarışdırmaqla. Hazırlanma qaydası: 250-300q sabun yonqarını 60-70 dərəcəyədək qızdırılmış 2 litr suda əridir, sabun suda tamamilə əriyəndən sonra buna 0,5 litr mineral (bitki yağı) əlavə edirlər. Alınan qatışığı azacıq qızdırmaqla emulsiya halına düşənə qədər 5 dəqiqə qarışdırırlar.

Hopturulacaq paltar dəstini hər hansı qaba qoyub üstündən isti məhlulu bəra- bər sürətdə tökürlər. Məhlul paltara hopandan sonra onu çıxanb iç üzünə çevirir və bir daha hopdururlar. Sonra partarı yüngülcə sıxıb açıq havada quruduriar. Yardım- çı vasitələrdən radioaktiv, kimyəvi və ya bakterial maddələrlə zəhərlənmə təhlükə- si yaranarkən istifadə edirlər.

Ətraf havanın hərarətindən asılı olaraq adamların dəri səthini qoruyan vasitələrdə qalma müddəti:

- +300 s və daha artıq – 15-20 ekranlayıcı nəm kombinezosuz və 1-1,5 saat nəm kombinezonlar;


    • 25-290s – 30 nəm kom-la və 1,5-2 saat nəm kombinezonla;

    • 20-240s – 45 nəm kombinezonsuz, 2-2,5 saat nəm kombinezonla;

    • 15 – 190s – 2 saat qədər nəm kombinezonsuz və 2 saatdan artıq nəm kombinezonla;

- +150s –dən aşağı – 3 saatdan artıq – nəm kombinezonsuz.


Yüklə 296,18 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin