Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Mövzu 8. Fərdi mühafizə vasitələri



Yüklə 296,18 Kb.
səhifə54/62
tarix23.04.2022
ölçüsü296,18 Kb.
#56143
1   ...   50   51   52   53   54   55   56   57   ...   62
tutu mulki convert

Mövzu 8. Fərdi mühafizə vasitələri




  1. Fərdi mühafizə vasitələrinin əhəmiyyəti növləri
  2. İşləmə prinsipinə görə təcrid edici əlehqazların kəmiyyəti və qrupları.


  3. Dəri səthini qoruyan vasitələrin növləri
  4. Tibbi mühafızə vasitələrinin təsnifati və əhəmiyyəti


  5. Fərdi dərman qutusunun(Aİ-2) quruluşu

Sual 1. Fərdi MV-in əhəmiyyəti və növləri .


Mülki mühafizəyə – əhalinin təhlükəsizliyini təmin edilməsi sahəsində vahid dövlət siyasətini həyata keçirməklə nail olunur (bu məqsədlə: fövqəlada hadisələri vaxtında proqnozlaşdırmaq, aşkar etmək və qarşısını almaq, onların zədələyici, psixoloji təsirini neytrallaşdırmaq və zəiflətmək, iqtisadiyyat obyektlərinin sabit işləməsini təmin etmək, fəlakət rayonlarında xəsarət almış adamları təhlükəsiz yerlərə köçürmək kimi tədbirlər görülür)

Mülki Müdafiə bütün hakimiyyət və idarə etmə orqanları, MM-nin ixtisaslaı dəstələri, bütün əhali əməli olaraq bütün nazirliklərin və sahələrin mənsubiyyətindən, mülkiyyət formasından asılı olmayaraq hər cür təşkilat və müəssisələrin qəza-xilasetmə qüvvələri, ictimai təşkilatlar iştirak etməlidirlər. Bu zaman əsas diqqət hazırda olduğu kimi, ancaq hadisə nəticələrinin aradan qaldırılmasına deyil, həm də fövqəlada hal törədən səbəblərin aşkar edilməsinə və qarşısının alınmasına yönəldilməlidir, yəni hadisədən sonra fakt üzrə yox, ona yol verməmək məqsədilə ondan əvvəl fəaliyyət göstərməlidir.

Azərbaycanda əhalinin həyat fəaliyyəti, iqtisadiyyat və təbii mühit üçün daxil- dən təhlükənin mənbələri ölkədə zərərli maddələr ehtiyatlarının eləcə də zərərli istehsalatlar, texnologiyalar, enerji və informasiya vasitələrinin həm kəmiyyətcə, həm də miqyasına təhlükəli səviyyəyə qədər artması sayəsində yaranır ki, bu da texnoloji qəzaların, hətta sosial və təbii fəlakətlərin törəməsinə təkan verir.

F.vqəlada hadisələrin qarşısının alınması və aradan qaldırılması, belə hallarda ən vacib obyektlərin sabit işləməsi üçün əvvəlcədən tədbirlər görülməsindən əhalini və təbii mühitin mühafizəsi kimi humanitar işlərin yerinə yetirilməsində bu sahədə qarşıda duran problemlərin səmərəli həllində bütün səviyyədən olan icra orqanlarının rolu olduqca vacib və böyükdür. Hazırda ölkəmizdə hakimiyyət orqanları sisteminin təkmilləşdirilməsi, o cümlədən vahid mülki mühafizə sisteminin yaradılması üzrə işlər başa çatmışdır.

Respublikamızda yaranmış sosial-iqtisadi şəraitdə fövqəlada halların, aşkar edilməsi, proqnozlaşdırılması və qarşısının alınması və aradan qaldırılmasının effektivliyini artırmaq üçün ən əsas şərtlərdən biri, hazırda müxtəlif idarələrdəki, ən əvvəl isə texnogen və digər təhlükəli sahələrdəki pərakəndə halda olan xilasetmə müşahidə və nəzarət üzrə qüvvə və vasitələri vahid bir respublika qurumunda cəmləşdirmək və bu qurumun tərkibində fövqəladə halların qarşısının alınması üzrə respublika müşahidə və nəzarət sisteminin yaradılmasıdır.

Müasir dövrdə texnogen və təbii fəlakətlər təhlukəsi, onların dağıdıcı nəticələri- nin miqyası artdıqca, mühafizə özünün əhəmiyyətinə görə ölkənin silahlı müdafiə- sinə bərabər səviyyəyə yüksəlir, bir sıra hallarda isə daha vacib əhəmiyyət kəsb edir. Buna görədə ona yetirilən diqqət əhalinin, iqtisadiyyatın, təbii mühitin və ümumiyyətlə, ölkənin iri miqyaslı fövqəladə hadisələrin təsirindən etibarlı sürətdə mühafizə edilməsi problemlərinə yetirilən diqqət ciddi və əhəmiyyətli olmalıdır.

Sülh və müharibə dövrlərində ehtimal edilən FH-lar və aradan qaldırılması işləri üzrə respublika səviyyəsindən başlamış obyektlərədək bütün hakimiyyət orqanlarının müəyyən edilib dəqiqləşdirilməsi, onlar arasında fasiləsiz qarşılıqlı fəaliyyətin təşkil edilməsi tələb olunur.

Bütün bu məsələlərdə əhali avadanlıqlar və ətraf mühit üçün təhlükə, qorxu törədə bilən bütün hadisələr növlərini, eləcə də onlardan mühafizə tədbirləri kompleksini modelləşdirmək və sistemli təhlil etmək yolu ilə yerinə yetirmək mümkündür.

Bu məsələlərin həllində birinci növbədə durur insanlar (yəni əhali) mühafizə olunmasa belə tədbirlər həyata keçirilə bilməz.

Əhalinin mühafizəsində ən əsas üsullardan da biri fərdi mühafizə vasitələri- dir. Onları vaxtında əhaliyə çatdırmaq, onları düzgün tədbiq etməyi öyrətmək lazımdır.

Həm də mühafizə vasitələrinin ehtiyatlarını yaratmaq (şəhər, rayon, obyekt və s.) vaxtında yoxlayıb dəyişmək və onlarla əlaqədar məşqlər keçirmək indiki dövrdə ən vacib məsələlərdən biri sayılır.

Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi və tibbi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Bu mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, kimuəvi və ya bakterioloji silah işlədilərkən əhali, qoşunların, mülkü müdafiə dəstələrinin şəxsi heyyəti müəyyən müddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM), yaxud bakterial vasitələrlə (BV) zəhərlənmiş sahələrdə və ya atmosferdə qalmalı, ya da burada xilasetmə işləri aparmalı olacaqlar. Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:



  1. tənnəfüs orqanlarının mühafizə vasitələri;

    • süzgəcli əlehqazlar

    • təcridedici əlehqazlar

    • respiratorlar

    • sadə vasitələr

  1. dəri səthinin mühafizə vasitələri

    • ümumi qoşun mühafizə dəsti

    • yüngül mühafizə kostyumu H yardımcı vasitələr Fərdi və tibbi mühafizə vasitələrin təsnifatı:

Tənəffüs üzvlərinin vasitələri:

  • süzgəcli əleyhqazlar

  • təcridedici əlehqazlar

  • respiratorlat

  • sadə vasitələr

Dərinin mühafizə vasitələri

  • ümumi qoşun mühafizə dəsti

  • yüngül mühafizə kostyumları

  • yandırıcı vasitələr

Tibbi-fərdi mühafizə vasitələri



Yüklə 296,18 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin