Mövzu Gəlir vergisinin hesablanması və ödənilməsi 1 Gəlir vergisi anlayışı və vergi ödəyiciləri


Ezamiyyə xərclərinin normadan artıq olan hissəsi



Yüklə 33,04 Kb.
səhifə6/16
tarix08.11.2022
ölçüsü33,04 Kb.
#68080
1   2   3   4   5   6   7   8   9   ...   16
Mövzu 7

Ezamiyyə xərclərinin normadan artıq olan hissəsi sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirdən çıxılmır.
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir:

  1. faiz gəliri;

  2. dividend;

  3. əmlakın icarəyə verilməsindən gəlir;

  4. royalti;

  5. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı hallar istisna olmaqla, vergi ödəyicisinə bağışlanmış borcun məbləği;

  6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;

  7. işə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hallar istisna olmaqla, təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği;

  8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir(təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) — əmək haqqından başqa.

  9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.

  10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar;

  11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haq;

  12. idman mərc oyunlarından əldə edilən uduşlar.

Fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən.
Qeyri-sahibkarlıq fəaliyyəti üzrə fiziki şəxslərin illik gəlirindən 14 faiz dərəcə ilə vergi tutulur.
Dividendlərdən, faizlərdən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından uduşlardan, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən əldə olunan gəlirdən (mükafatdan) və pul şəklində uduşlardan (mükafatlardan) ödəmə mənbəyində 10%, icarə haqqlarından və royaltidən 14 faiz dərəcə ilə müvafiq qaydada ödəmə mənbəyində vergi tutulur. Bu zaman dividend, faiz, icarə haqqı, royalti, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər və idman mərc oyunlarından əldə edilən uduşlar digər vergi tutulan gəlirdən çıxılır və bir daha vergiyə cəlb edilmir.
Xüsusi notariuslar vergitutma obyektindən xərclər çıxılmadan 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləğini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli, "Xüsusi notariusun gəlir vergisi bəyannaməsi"ni isə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

Yüklə 33,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin