Mövzu Gəlir vergisinin hesablanması və ödənilməsi 1 Gəlir vergisi anlayışı və vergi ödəyiciləri



Yüklə 33,04 Kb.
səhifə7/16
tarix08.11.2022
ölçüsü33,04 Kb.
#68080
1   2   3   4   5   6   7   8   9   10   ...   16
Mövzu 7

3 ildən az olmayan müddətə bağlanan, lakin vaxtından əvvəl xitam verilən həyatın yığım sığortası və pensiya sığortası müqaviləsi üzrə sığorta haqlarından, qeyri-dövlət fondlarınını ödədiyi pensiyalardan, habelə vergi uçotunda olmadan, VÖEN təqdim edilmədən göstərilən iş və xidmətlərə görə fiziki şəxsə ödənilən gəlirdən də yuxarıda qeyd olunan aylıq gəlirdən tutulan vergi dərəcələrlə gəliri ödəyən şəxslər tərəfindən müvafiq qaydada ödəmə mənbəyində vergi tutulur
Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər və ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənar gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.

7.3 Gəlirin dəqiqləşdirilməsi.
Gəlirin dəqiqləşdirilməsi
Fiziki şəxsin aldığı və Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş
dividend,
faiz,
icarə haqqı,
royalti,
daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər və
idman mərc oyunlarından əldə edilən uduşlar
bir daha vergiyə cəlb edilmir.
Ödəmə mənbəyində dividenddən vergi tutulması

Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən AR Vergi Məcəlləsinin 122.1 maddəsinə əsasən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.
Ödəmə mənbəyində faizlərdən vergi tutulması
Faizlərin faktiki sahibi fiziki şəxsdirsə, AR Vergi Məcəlləsinin 123.1-ci və 123.4-cü maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutulmuş faizlər həmin fiziki şəxslərə ödənildikdən sonra onlardan bir daha vergi tutulmur.
Ödəmə mənbəyində icarə haqlarından və royaltidən vergi tutulması
İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən AR Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 14% dərəcə ilə vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.
Daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər
Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergi tutumuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.
İdman mərc oyunlarından əldə edilən uduşlar
İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində uduşlardan (mükafatlardan) ödəmə mənbəyində vergi tutumuşdursa və ya onun ödəmələri verən şəxs tərəfindən ödənilmişdirsə, bu gəlirlərdən birdaha vergi tutulmur.
Misal.
Fiziki şəxsin illik gəliri 53 000 AZN təşkil etmişdir. Bu gəlirə daxildir
25 000 AZN - xidmətlərin göstərilməsi,
3 500 AZN - dividend,
1 500 AZN - idman mərc oyunlarından əldə edilən uduşlar,
3 000 AZN - royalti,
20 000 AZN daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlir.
Dividenddən, royaltidən, uduşlardan və daşınmaz əmlakın təqdim edilməsindən ödəmə mənbəyində vergi tutulmuşdur. Belə olduqda, dəqiqləşdirilmiş gəlir olacaqdır: 25 000 AZN (53 000 - 3 500 - 1 500 - 3 000 - 20 000).


Yüklə 33,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin