Mövzu Gəlir vergisinin hesablanması və ödənilməsi 1 Gəlir vergisi anlayışı və vergi ödəyiciləri


Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir



Yüklə 33,04 Kb.
səhifə5/16
tarix08.11.2022
ölçüsü33,04 Kb.
#68080
1   2   3   4   5   6   7   8   9   ...   16
Mövzu 7

Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir


Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.
Qeyd
Bu cür təsnifat gəlirlərin mahiyyətini göstərir, ona görə ki, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir.
Passiv gəlirlər isə malların təqdim edilməsini, işlərin(xidmətlərin) görülməsini nəzərdə tutmur, və kapital qoyuluşundan (depozit, dividend), daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən , royaltidən və s. olan gəlirlərdir.
Qeyd etmək lazımdır ki, fiziki şəxsin gəlirlərinin sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilməsinə bölünməsi, ƏDV məqsədləri üçün də vacibdir. AR VM-nin 155.1 maddəsinə görə yalnız sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər ƏDV-nə cəlb oluna bilər.
Sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:

  1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;

  2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;

  3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və AR Vergi Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər (əsas vəsaitlərin satış qiyməti və qalıq dəyəri arasındakı fərq);

AR Vergi Məcəlləsi, Maddə 114.7



  1. gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir.

Kompensasiya edilən məbləğlərə əvvəllər gəlirdən çıxılmış xərc, zərər və ya şübhəli borcların sonradan ödənilməsi aiddir. Əldə edilən məbləğ onların ödənildiyi vaxtda gəlir sayılır.
Əvvəllər gəlirdən çıxılmış ehtiyat azalırsa, həmin ehtiyatın azalmış məbləği gəlirə daxil edilir. Bunlara aiddir:

    • məzuniyyət haqqı üzrə ehtiyatlar;

    • zəmanətli təmir üzrə ehtiyatlar;

    • ümidsiz borclar üzrə ehtiyatlar;

    • sair ehtiyatlar

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.
Fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməli, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına gəlirləri haqqında bəyannamə verməli və həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) gəlir vergisini dövlət büdcəsinə ödəməlidirlər.
Fiziki şəxslərin ümumi gəlirlərindən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirlərin əldə edilməsi ilə əlaqədar bütün xərclər çıxılır.

Yüklə 33,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin